Sahil Babayev qərar imzaladı
Digərləri 23 Dek 2025 18:31:00 103 0
Maliyyə Nazirliyinin Kollegiyası "İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartlarına uyğun illik maliyyə hesabatlarını tərtib edən təşkilatlarda əsas fondlara tətbiq edilən amortizasiya normaları barədə Təlimat"ı təsdiqləyib.
Bu xəbəri də oxu: Axtarışda olanlardan biri "ArazNaxçıvan"ın prezidentidir
Son.az xəbər verir ki, bununla bağlı nazir Sahil Babayev yeni qərar imzalayıb.
Qərara əsasən, əsas fondlara amortizasiya məbləğlərinin hesablanması aşağıdakı kimi həyata keçiriləcək:
- il ərzində istismara verilmiş əsas fondlar üzrə istismara verildiyi gündən (istismara verilmə tarixi daxil olmaqla) ilin sonunadək müəyyən olunmuş normalar hədlərində günlük amortizasiya hesablanılır;
- il ərzində istismardan çıxarılmış və ya əvəzsiz verilmiş əsas fondlar üzrə ilin əvvəlindən istismardan çıxarılan tarixədək (istismardan çıxarılma tarixi daxil olmaqla) müəyyən olunmuş normalar hədlərində günlük amortizasiya hesablanılır;
- əvəzsiz alınmış və istifadə edilmiş əsas fondlar üzrə istismara verildiyi gündən (istismara verilmə tarixi daxil olmaqla) ilin sonunadək bu aktivlər üzrə qalan faydalı istifadə müddətinə uyğun olaraq müəyyən edilmiş normalar hədlərində günlük amortizasiya hesablanılır;
- istismarda olan əsas fondlar üzrə amortizasiya məbləği müəyyən olunmuş normalar hədlərində ildə bir dəfə hesablanılır.
Nazirliyin Aparatının İctimaiyyətlə əlaqələr və vətəndaş müraciətləri ilə iş şöbəsinə bu Qərarın 3 gün müddətində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsi tapşırılıb.
Paytaxtın Nizami rayonunda silsilə oğurluq hadisəsi baş verib.
Dövlət əleyhinə yönələn açıq çağırışlar etməkdə təqsirləndiril
Xalq artisti Röya Ayxan həmkarı Aygün Kazımova ilə duet oxumasından danı
İddia sənədinin verilmə tarixinin müəyyən edilməsi qaydaları müəyyən
Gürcüstanda Yeni il ağacı işıqlandırılan zaman alışıb
Azərbaycanda həbsdə olan Vaqif Xaçaturyanın vəziyyəti açıqlanıb.
Binəqədi rayonu Rəsulzadə qəsəbəsində, Aydınbəyov küçəsi 18 ünvan�
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də Ağdam
Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, Ba
Türkiyədə tamamilə süni intellektlə istehsal olunan ilk cizgi filmi olan &
Bakıda sosial şəbəkələrdə "Smoking Azerbaijan" səhifəsində t
Sumqayıtda yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Abşeron rayon
