Saçını teztez yuyanlara pis xəbər Mütəxəssislər xəbərdarlıq edir
Digərləri 19 Dek 2025 20:41:00 89 0
Saçı tez-tez yumağın faydalı olduğu düşünülür, lakin mütəxəssislər bu vərdişin saç və dəri sağlamlığı üçün mənfi nəticələrə yol aça biləcəyini bildirirlər. Son.az xəbər verir ki, dermatoloqların sözlərinə görə, saçın gündəlik və ya həddindən artıq yuyulması baş dərisinin təbii yağ balansını pozur. Nəticədə saçlar daha tez quruyur, kövrəkləşir və tökülmə riski artır. Eyni zamanda baş dərisində qaşınma, kəpək və həssaslıq kimi problemlər yarana bilər.
Bu xəbəri də oxu: Qaynanmış yumurtanı tezbazar soymağın ən asan üsulu
Mütəxəssislər qeyd edirlər ki, tez-tez yuma baş dərisini qoruyan təbii yağ qatını aradan qaldırdığı üçün orqanizm bu itkini kompensasiya etməyə çalışır və daha çox yağ ifraz edir. Bu isə saçların daha tez yağlanmasına səbəb olur və yanlış bir dövr yaradır.
Həkimlər saç tipinə uyğun yuma rejiminin seçilməsini tövsiyə edirlər. Normal saçlar üçün 2-3 gündə bir dəfə yuma kifayət hesab olunur. Yağlı saçlara sahib şəxslərə isə uyğun şampunlardan istifadə etməklə yuma tezliyini tədricən azaltmaq məsləhət görülür.
Ekspertlər vurğulayırlar ki, düzgün qulluq vasitələrinin seçilməsi və həddindən artıq yuma vərdişindən imtina saçların sağlam görünüşünü qorumaq üçün əsas şərtlərdəndir.
Asya Son.az
Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və
Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycandan ölkəsinə neft məhs
Xalq artisti Aygün Kazımova həmkarı Röya Ayxanla barışıqlarından danı�
Türkiyə Daxili İşlər Nazirliyi Kocaeli vilayəti ərazisində düşən PUA-
Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən irəli sürülmüş təşəb
Bu ilin yanvar-noyabr aylarında Azərbaycandan 807.4 milyon ABŞ dolları dəy�
Xəbər verdiyimiz kimi meyxanaçı Kərim bu gün vəfat edib.
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb
Bakıda gənc qız hündürmərtəbəli binadan yıxılıb.
Ləğv edilmiş Yüksəliş Partiyasının sədri Anar Əsədlinin cinayət işi
Göz gimnastikasının görmə qabiliyyətini bərpa etməsi ilə bağlı fikirl
Ali məktəblərə qəbul və buraxılış imtahanlarında iştirak etmək üç�
Ağstafa rayonunda üç azyaşlı uşağın ataları tərəfindən məişət zor
Azərbaycan dili üzrə bilik səviyyəsinə uyğun sertifikat verilməsini hüq
