Azərbaycan dili sertifikatı hansı sahələrdə tələb olunacaqsa, həmin şəxslər müvafiq imtahandan keçməlidir Məleykə Abbaszadə
Digərləri 19 Dek 2025 18:31:00 79 0
Azərbaycan dili üzrə bilik səviyyəsinə uyğun sertifikat verilməsini hüquqi müstəvidə həll etmək üçün müvafiq orqanlara müraciət edilib.
Bu xəbəri də oxu: Bunu ehtiyatsızlıqdan da etsəniz, həbs olunacaqsınız
Son.az bildirir ki, bunu Trend-ə müsahibəsində Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə bildirib.
Onun sözlərinə görə, sertifikatın formatının təsdiqlənməsi, nə vaxt təqdim ediləcəyi, kimlərə veriləcəyi, hansı növ imtahanlarda qəbul olunacağı və kimlərdən tələb olunacağı məsələləri həll edilməlidir:
"Azərbaycan dili sertifikatı hansı sahələrdə tələb olunacaqsa, həmin şəxslər müvafiq imtahandan keçməlidirlər. Amma tələb olunmadığı halda da bu imtahandan keçərək ana dilinizi hansı səviyyədə bildiyinizi yoxlaya bilərsiniz. Sertifikatı əldə edən şəxs onu IELTS və TOEFL sertifikatları kimi CV-sinə əlavə edə bilər. Həmçinin, bu sertifikat dövlət tərəfindən tanınmış sertifikat kimi işəgötürənlərə təqdim oluna bilər".
Məleykə Abbaszadə qeyd edib ki, sınaq variantda iştirak sayı çox az olub:
"Sınaq variantında imtahandan keçənlərin nəticələri artıq özlərinə təqdim edilib. On milyonluq Azərbaycan əhalisindən ən azı 20 min nəfərin bu imtahanda iştirakını gözləyirdik. Təəssüf ki, minə yaxın şəxs iştirak edib. Amma özümüz əlavə olaraq imtahanlara müəyyən adamları cəlb etdik və bu say nəticələri təhlil etməyə kifayət etdi. Biz hamıya müraciət etmişdik; əsas məqsəd hər təbəqədən olan insanların imtahanda iştirakı idi". Son.az
2025-ci ilin 18 dekabr tarixində Mexiko şəhərinin tanınmış "Milli Au
Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Prezident İlham Ə
Binəqədidə 4 gəncin elektrik cərəyanı vurması nəticəsində ölməsi il
Aparıcı Lamiyyə Ələkbərova müğənni Rəqsanə İsmayılovanın onun haqq
Ekologiya və Təbii Sərvətlər Nazirliyində "Ov Məsələləri üzrə K
İstintaq aparılarkən, bu işin arxasında kimlərin dayandığı barədə mə
Türkiyənin Kocaeli vilayətinin İzmit şəhərinə pilotsuz uçuş aparatı d
Müğənni Luna şəxsi həyatı ilə bağlı sarsıdıcı etiraflar edib.
İstanbulda narkotik istintaqı çərçivəsində keçirilən üçüncü əməli
Meyxanaçı Balaəli Maştağalı maraqlı açıqlama verib.
10 gündür itkin düşən balıqçı Ağadədə Həsənovun meyitinin ailəsi
Xəbər verdiyimiz kimi, Beyləqanda azyaşlı bədbəxt hadisənin qurbanı olu
Rusiya və Ukrayna İstanbul razılaşmaları çərçivəsində döyüşlərdə
"Biz artıq il yarımdır ki, həkimlərin fəaliyyətinin monitorinqini ap
