Binəqədi güzəştli mənzillər satışa çıxarılır 2 gün qaldı
Digərləri 01 Dek 2025 12:38:00 66 0
Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) Binəqədi Yaşayış Kompleksi üzrə mənzillərin satışını həyata keçirir.
Bu xəbəri də oxu: Qorxu evinə getdi Alnına 11 tikiş qoyuldu
Son.az xəbər verir ki, bunu bu gün Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) mətbuat katibi Diana Dadaşova Binəqədi Yaşayış Kompleksinə media-tur çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, sözügedən kompleksdə 204 mənzil satışa çıxarılır:
"Ümumilikdə Binəqədi yaşayış kompleksi 9 və 12 mərtəbəli olmaqla 28 yaşayış binasından ibarətdir. Bu binalarda 1398 mənzil olacaq. Bu kompleksin ərazisində yaşayış yerləri ilə yanaşı 80 yerlik bir uşaq başçası, 960 şagird yerlik ümumtəhsil müəssisəsinin, həmçinin, sosial-məişət obyektlərinin, istirahət guşələrinin də istifadəyə verilməsi nəzərdə tutulub".
Qurum rəsmisi mənzillərin satışına 3 dekabr saat 11:00-da başlanacağını və 12 dekabr saat 11:00-dək davam edəcəyini qeyd edib:
"Üç dekabrda həyata keçiriləcək güzəştli mənzillərin satışı zamanı Binəqədi yaşayış kompleksi ilə yanaşı Hövsan yaşayış kompleksinin birinci və ikinci mərhələsi, Sumqayıt və Lənkəran yaşayış kompleksləri, yeni layihəmiz olan Yevlax və Şirvan yaşayış komplekslərinin də satışı həyata keçiriləcək. Bu elan çərçivəsində 627 mənzil satışa çıxarılacaq. Mənzillərin əldə edilməsi elektron hökumət portalı üzərindən həyata keçirilir. Gözləmə qaydasında mənzillərin seçimi 9 dekabr tarixindən başlayacaq və 12 dekabr tarixinədək davam edəcək. Vətəndaşlar bu mənzilləri həm öz vəsaiti hesabına ödəniş üsulu ilə, həm də güzəştli ipoteka vasitəsilə də əldə edə bilərlər".
Ölkə ərazisinə qaçaqmal yolu ilə gətirilmiş külli miqdarda güclü təs
IDEA İctimai Birliyinin təşəbbüsü ilə müxtəlif orta məktəbləri təms
Rusiya Müdafiə Nazirliyinin məlumatına əsasən, beş saat ərzində Belqoro
Beren Saat və Kenan Doğulunun yanan evindəki dəyərli itkilər üzə çıxı
Kəlbəcərdə noyabrın 28-dən başlayan yanğın davam edir.
İrəvanda piano zavodunun ərazisində partlayış nəticəsində bina çökü
Son illər kibertəhlükələr artdığı üçün smartfonlara gizli nəzarət h
1-5 dekabr tarixlərində istismar müddəti başa çatmış və istifadəyə ya
Obyektiv baxanda, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) qlobal kapitalın
Paytaxtda hündür mərtəbəli yaşayış binalarında baş verən yanğınlar
Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılan AXCP sədri Əli K
Biz dost və tərəfdaş olan Rumıniya ilə dostluq və əməkdaşlıq əlaqəl
Prezident İlham Əliyev Rumıniyanın Prezidenti Nikuşor Dana təbrik məktubu
