Prezident Nikuşor Dananı təbrik etdi
Siyasət 01 Dek 2025 11:01:00 71 0
Prezident İlham Əliyev Rumıniyanın Prezidenti Nikuşor Dana təbrik məktubu ünvanlayıb.
Bu xəbəri də oxu: DTX tərəfindən saxlanılan Məmməd İbrahimliyə ittiham irəli sürülüb
Son.az xəbər verir ki, məktubda deyilir:
"Hörmətli cənab Prezident,
Rumıniyanın milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram.
Biz dost və tərəfdaş olan Rumıniya ilə dostluq və əməkdaşlıq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk. Bu gün xoş ənənələr və sağlam təməllər üzərində qurulan Azərbaycan-Rumıniya ikitərəfli əməkdaşlıq gündəliyinin genişlənməsi, səmərəli birgə fəaliyyətimizin ticari-iqtisadi, energetika, xüsusilə yaşıl enerji, mədəni-humanitar və digər sahələrdə yeni məzmunla zənginləşməsi, strateji tərəfdaşlığımızın möhkəmlənməsi məmnunluq doğurur.
Əminəm ki, ölkələrimiz arasında ənənəvi dostluq münasibətləri, həm ikitərəfli, həm də çoxtərəfli əsasda səmərəli əməkdaşlığımız xalqlarımızın mənafelərinə uyğun olaraq birgə səylərimizlə bundan sonra da genişlənəcək, strateji tərəfdaşlığımız daha da dərinləşəcəkdir.
Bu bayram günündə Sizə ən xoş arzularımı yetirir, dost Rumıniya xalqına daim firavanlıq və rifah diləyirəm".
Türkiyənin tanınmış aktrisası Qonca Vuslateri baş rol üçün seçildiyi
Əmək pensiyasının yenidən hesablanması işləyən əmək pensiyaçısını
Türkiyənin Qara dəniz sahillərində Rusiyaya məxsus iki tanker - "Kair
Azərbaycanda 15 yaşlı yeniyetmə Nigar Mustafayeva "Phobia Games"
Son illərdə Çin avtomobil istehsalçıları bir sıra modellərdə aşkarlana
Dövlət əleyhinə yönələn açıq çağırışlar etməkdə təqsirləndiril
Xalq artisti Röya Ayxanın keçmiş həyat yoldaşı Anar Cəlilov qonaq olduğ
Azərbaycanlı sosial media fenomeni Fidan İlyaszadə şəxsi həyatı ilə ba�
Türkiyədə restoranlarda servis haqqı ləğv edilir.
"Yaprak Dökümü" serialında "Ayşe" obrazını canlandır
Türkiyənin əfsanəvi müğənnisi Ajda Pekkan konsertlərindən birində gör
Bakının Biləcəri ETSİ-nə daxil olan bu ərazilərdə elektrik enerjisinin
Xəbər verdiyimiz kimi, ödənişli yola radarlar quraşdırılıb.
Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.
