Xəzərin geri çəkilməsi hər sahəyə təsir etdi Ekoloji təhlükə yaxınlaşır?


Digərləri 01 Dek 2025 13:00:00 70 0

Xəzərin geri çəkilməsi hər sahəyə təsir etdi  Ekoloji təhlükə yaxınlaşır?

"Xəzər dənizinin səviyyəsinin geri çəkilməsi son onilliklərdə iqlim dəyişikliyi, temperaturun artması və buxarlanmanın güclənməsi ilə daha da sürətlənib".

Bunu Son.az-a açıqlamasında Coğrafiya üzrə fəlsəfə doktoru Rövşən Abbasov deyib.

Onun sözlərinə görə, suyun azalması xüsusilə dənizin şimal və qərb sahillərində daha kəskin şəkildə müşahidə olunur.

R.Abbasov qeyd edib ki, bu prosesin əsas səbəblərindən biri Volqa çayının illik axımının azalması və regionda yağıntıların ümumi həcminin düşməsidir:

"Temperatur artdıqca illik buxarlanma yüksəlir və bu, səviyyə enməsini daha da dərinləşdirir. Dəniz suyunun geri çəkilməsi yeni quru sahələrin yaranmasına və sahil xəttinin çox sürətlə dəyişməsinə səbəb olur. Bu dəyişiklik ekosistemlərin parçalanmasına, bioloji müxtəlifliyin azalmasına və həssas ekoloji zonaların zərər görməsinə gətirir".

Nəzərə çatdırıb ki, xüsusilə nərə balığı kimi nadir və kommersiya dəyəri yüksək növlər təbii yaşayış mühitlərini itirmə riski ilə üz-üzə qalır. Həmçinin bildirib ki, sahilyanı bataqlıq və qamışlıq zonaların quruması su quşlarının qidalanma və yuvalama yerlərinin məhvinə səbəb olur.

R.Abbasov əlavə edib ki, dəniz səviyyəsinin düşməsi limanların fəaliyyətinə mənfi təsir göstərir və gəmiçilik yollarının dayazlaşmasına görə iqtisadi itkilər artır. Bu proses turizm sektorunda da çimərliklərin quruluşunu dəyişdirərək fəaliyyət imkanlarını məhdudlaşdırır.

Həmsöhbətimiz, geri çəkilmə nəticəsində ortaya çıxan torpaqların yüksək duzluluğa malik olduğundan kənd təsərrüfatı üçün yararsız hala gəldiyini vurğulayıb.

Dediyinə görə, suyun səviyyəsinin azalması sahilyanı şəhər və qəsəbələrdə torpaq oturmaları və infrastruktur problemlərinə şərait yaradır. Hidrobioloji dəyişikliklər balıqçılıq sektorunda məhsuldarlığın ciddi azalmasına səbəb olur.

"Bütün bu təsirlər region ölkələri arasında su resursları idarəçiliyi sahəsində daha səmərəli əməkdaşlıq zərurətini göstərir. Uzunmüddətli dövrdə Xəzər dənizinin geri çəkilməsi sosial-iqtisadi riskləri artırdığı üçün kompleks monitorinq, adaptasiya tədbirləri və elmi əsaslı idarəetmə strateqiyaları vacib hesab olunur".

Mina Mikayılova Son.az

Manatın 2026cı ildəki məzənnəsi ilə bağlı vacib like
  • 01 Dek 12:57  
Digərləri Manatın 2026cı ildəki məzənnəsi ilə bağlı vacib

Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlı monetar siyasəti, geniş valy

arrow Ətraflı
DTX tərəfindən saxlanılan Məmməd İbrahimliyə ittiham irəli sürülüb like
  • 01 Dek 12:46  
Siyasət DTX tərəfindən saxlanılan Məmməd İbrahimliyə ittiham irəli sürülüb

Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılan Məmməd İbrahiml

arrow Ətraflı
Daha bir məşhur serial final edəcək  FOTO like
  • 01 Dek 12:41  
Şou-biznes Daha bir məşhur serial final edəcək FOTO

"Çarpıntı" serialı reytinq səbəbi ilə final edir

arrow Ətraflı
Binəqədi güzəştli mənzillər satışa çıxarılır  2 gün qaldı like
  • 01 Dek 12:38  
Digərləri Binəqədi güzəştli mənzillər satışa çıxarılır 2 gün qaldı

Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) Binəqədi Yaşayış Kompleksi

arrow Ətraflı
Nəriman Həsənzadənin SON DURUMU like
  • 01 Dek 12:35  
Digərləri Nəriman Həsənzadənin SON DURUMU

Xalq şairi Nəriman Həsənzadənin vəziyyəti açıqlanıb.

arrow Ətraflı
Lerikdə özlərini  "meyvə satıcısı" kimi tanıdan narkokuryerlər saxlanıldı like
  • 01 Dek 12:19  
Digərləri Lerikdə özlərini "meyvə satıcısı" kimi tanıdan narkokuryerlər saxlanıldı

Ölkə ərazisinə qaçaqmal yolu ilə gətirilmiş külli miqdarda güclü təs

arrow Ətraflı
IDEA məktəblilər üçün Ekopark İnnovasiya Mərkəzinə ekskursiya təşkil edib  FOTO like
  • 01 Dek 12:14  
Digərləri IDEA məktəblilər üçün Ekopark İnnovasiya Mərkəzinə ekskursiya təşkil edib FOTO

IDEA İctimai Birliyinin təşəbbüsü ilə müxtəlif orta məktəbləri təms

arrow Ətraflı
Rusiya 21 Ukrayna dronunu vurdu like
  • 01 Dek 11:53  
Digərləri Rusiya 21 Ukrayna dronunu vurdu

Rusiya Müdafiə Nazirliyinin məlumatına əsasən, beş saat ərzində Belqoro

arrow Ətraflı
Berenin gəlinliyi də yanıb, like
  • 01 Dek 11:45  
Şou-biznes Berenin gəlinliyi də yanıb,

Beren Saat və Kenan Doğulunun yanan evindəki dəyərli itkilər üzə çıxı

arrow Ətraflı
Kəlbəcərdəki yanğın davam edir  VİDEO like
  • 01 Dek 11:43  
Digərləri Kəlbəcərdəki yanğın davam edir VİDEO

Kəlbəcərdə noyabrın 28-dən başlayan yanğın davam edir.

arrow Ətraflı
İrəvanda güclü partlayış oldu  Yaralananlar var  VİDEO like
  • 01 Dek 11:40  
Dünya İrəvanda güclü partlayış oldu Yaralananlar var VİDEO

İrəvanda piano zavodunun ərazisində partlayış nəticəsində bina çökü

arrow Ətraflı
Telefonumuza nəzarət olduğunu göstərən əlamətlər like
  • 01 Dek 11:30  
Digərləri Telefonumuza nəzarət olduğunu göstərən əlamətlər

Son illər kibertəhlükələr artdığı üçün smartfonlara gizli nəzarət h

arrow Ətraflı
Partlayış səsləri eşidiləcək  XƏBƏRDARLIQ like
  • 01 Dek 11:27  
Digərləri Partlayış səsləri eşidiləcək XƏBƏRDARLIQ

1-5 dekabr tarixlərində istismar müddəti başa çatmış və istifadəyə ya

arrow Ətraflı
Qum, neft və 700 milyard: niyə pullar BƏƏni seçir like
  • 01 Dek 11:21  
Siyasət Qum, neft və 700 milyard: niyə pullar BƏƏni seçir

Obyektiv baxanda, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) qlobal kapitalın

arrow Ətraflı