Yaponlar bir avtomobilin alınıbalınmayacağını cəmi 5 dəqiqəyə anlayırlar: Bu da həmin üsul
Digərləri 27 Noy 2025 23:48:00 74 0
Yapon sürücülər bu sürətli və effektiv sistem sayəsində, hətta böyük hərraclarda belə, avtomobilin alınıb-alınmayacağına cəmi 5 dəqiqədə qərar verirlər. Buna görə nə avtomobili servisdə yoxlatdırmağa ehtiyac duyurlar, nə də maşından anlayan bir dostu yanlarında aparmağa.
Bu xəbəri də oxu: 21 yaşlı taksi sürücüsü maşını dəfələrlə aşırdı, öldü
Son.az xəbər verir ki, yaponların ilk etdiyi yoxlama avtomobilin gövdəsində hər hansı əyrilik olub-olmadığını müəyyənləşdirməyə yönəlmiş sadə bir baxış təhlilidir. Alıcı əvvəlcə avtomobilin sol ön küncündən sağ arxa tərəfinə, sonra isə tam tərs istiqamətə baxır. Faraların yanında kapotun yuxarı qalxması, baqaj qapağında işıq əksinin pozulması və ya künclərdə əyrilik görünməsi, avtomobilin keçmişdə qəzaya düşdüyünün vacib göstəricisi sayılır. Yaponların ifadəsi ilə: "Gövdəsi əyri olan maşın, ilk baxışdan yalan danışır."
Mühərrikin ümumi vəziyyəti yağ çubuğu ilə anındaca üzə çıxır. Yağ çubuğundan kəskin qoxu gəlirsə, deməli mühərrik həddindən artıq qızıb. Çubuq tam qaralmış vəziyyətdədirsə, bu yağın ən azı 15 min kilometrdir dəyişdirilmədiyi deməkdir.
Daha sonra kapotun temperaturu əl ilə yoxlanılır:
- Kapot çətinliklə isinirsə - mühərrik zəifdir - İlıqdır, amma yandırmırsa - vəziyyət yaxşıdır - Əl yandıracaq qədər istidirsə - mühərrikdə həddindən artıq qızma problemi var
Yaponiyada alıcılar kilometraj göstəricisinə yox, avtomobildəki aşınma izlərinə diqqət edirlər. Əgər sükanın dəri hissəsi soyulubsa, amma paneldə 78 min kilometr yazılıbsa, kilometrajın geri sarılması ehtimalı yüksəkdir. Hamarlaşmış əyləc pedalı 200 min kilometrdən artıq istifadə deməkdir. Sürücü xalçısında daban yerində deşiklər varsa, bu, maşının gündəlik istifadədə olduğunu göstərir.
Yaponların dediyi kimi: "Ayağın izi, kilometrajdan daha az yalan danışır."
Son mərhələdə alıcı avtomobilə oturur, qapıları bağlayır və 30 saniyə boyunca heç bir hərəkət etmədən dinləyir. Qıcırdama, boşluq səsi kimi əlamətlər varsa, avtomobil dərhal siyahıdan çıxarılır. Salonun tam səssiz olması isə avtomobilin yaxşı qorunduğunu göstərir. Lalə Qüdrətova Son.az
Az yağ nisbəti, yüksək qida dəyəri və asan həzm olunması ilə diqqət �
İstehlakçıları aldadan reklamlar və aldadıcı qiymət endirimlərini hər
Dünyada uzun illər boyunca yeganə seçim kimi qəbul edilən ənənəvi tuale
İsti su baş dərisinin qoruyucu lipid təbəqəsini sürətlə həll edir.
Müdafiə Nazirliyinin hərbi qulluqçusu Vüsal Cabbarov Laçın rayonunda mina
Qala qəsəbəsi Xaşaxuna bağ massivinin sakinləri içməyə su tapmır.
Bakıda avtomobilin yükünün yola dağılması tıxac yaradıb.
Hazırda 2026-cı il üçün ali təhsil müəssisələrinin akkreditasiya qrafi
2025-ci ilin 10 ayı ərzində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Ya
Üzərində möhür olan dollarların banklar tərəfindən götürülməməsi,
Trend Beynəlxalq İnformasiya Agentliyi və Türkiyənin tanınmış "Demi
Türkiyə və Azərbaycan xəbər agentlikləri arasında əlaqələr hər ötə
"Son 10 ildir qadınlar aşırı gözəllik sindromuna tutulub. Sosial şə
