Azərbaycan xalqından üzr istədilər
Digərləri 27 Noy 2025 16:10:00 53 0
Bu ilin yayında Bakıdakı Şəhidlər xiyabanında nalayiq hərəkətlər edən üç Səudiyyə Ərəbistanı vətəndaşının məhkəmə istintaqı başlayıb.
Bu xəbəri də oxu: Südü heç vaxt soyuducunun qapısında saxlamayın Səbəb açıqlandı
Son.az qafqazinfo-ya istinadla xəbər verir ki, onların işinə Səbail Rayon Məhkəməsində baxılır.
Polisin keçirdiyi əməliyyatla qaldıqları hoteldə tutulan əcnəbilər üç aydır həbsdə saxlanılırlar.
Alghabr Mohammad Hussain, Alghabr Mahdi Mohammad və Alzaman Mahdi Ali AR Cinayət Məcəlləsinin 245-ci (qəbir üzərində təhqiredici hərəkət) maddəsi ilə ittiham olunurlar. Bu maddənin sanksiyasında 5 ilə qədər həbs cəzası nəzərdə tutulur.
Anket məlumatlarından görünür ki, Alghabr Mohammad Hussain Səudiyyə Ərəbistanı Krallığının Daxili İşlər Nazirliyində təhqiqatçı, Alzaman Mahdi Ali isə eyni nazirliklə bağlı şirkətdə mühafizəçi işləyib.
Onlar Azərbaycana gəldikdən sonra Səbail rayonunun Salyan şosesində yerləşən "Panarama" hoteldə qalıblar.
Bugünkü iclasda təqsirləndirilən şəxslər məhkəməyə yazılı müraciət ünvanlayıblar. Ümumilikdə hər biri əməllərinə görə peşman olduqlarını dilə gətirərək Azərbaycan xalqından üzr istəyiblər: "Hesab edirik ki, biz Şəhidlər xiyabanında özümüzü məsuliyyətli aparmalı idik. Amma biz oranın Şahidlər xiyabanı olduğunu bilməmişik. Çünkü bizim ölkədə xiyabanlar bu formada deyil. Bütün şəhid ailələrindən, qazilərdən və Azərbaycan xalqından üzr istəyirik. Ümid edirik ki, bizi bağışlayarlar".
Yazılı müraciətlər hakim Azər Tağıyevə təqdim edilib.
Prosesin davamında prokuror ittihamı elan edib. Əcnəbi müttəhimlər özlərini təqsirli bilməsələr də, müraciətlərində qeyd olunduğu kimi əməllərinə görə peşman olduqlarını deyiblər.
Qeyd edək ki, polis idarəsində aparılan ilkin istintaqda təqsirləndirilən şəxslər qanunda nəzərdə tutulduğu kimi tərcüməçi və dövlət hesabına vəkillərlə təmin olunub, özlərini müdafiə edə bilmələri üçün zəruri şərait yaradılıb.
Noyabrın 27-də Bakı Hərbi Məhkəməsində Ermənistan Respublikası vətən
Abşeron rayonu Masazır qəsəbəsində göllərin qurudularaq həmin ərazidə
Akademik Milli Dram Teatrında görkəmli sənətkar, Xalq artisti Amaliya Pəna
Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan və ya bu fə
Rusiyada arzu olunmayan intim şəkillərin göndərilməsinə görə cərimə t
Türkiyənin aparıcı e-ticarət platforması və dünyanın ən böyük elektr
29 noyabr 2025-ci il tarixində saat 13:00-da Azərbaycan Milli İncəsənət Mu
Ərzurumun Yakutiye rayonuna bağlı Yoncalık bölgəsinin Rabiyana-Xatun məh�
Bakıda türkdilli dövlətlərin media və kommunikasiya sahəsində əməkdaş
Tez-tez supermarketlərdə və digər satış məkanlarında müxtəlif məhsull
Xəbər verdiyimiz kimi, müğənni Tacir Şahmalıoğlunun oğlu Şahmalının
Ölkənin yeganə qanuni lotereya təşkilatçısı "Azərlotereya" ar
Xəzər TV bu gün efirə gedən "İncə səhər" verilişinin yarım
Paytaxtın Xətai rayonu Qaçaq Nəbi küçəsində piyada səkisinin hesabına
Xalq artisti Röya Ayxan müğənni qardaşı İsmayıl ilə birlikdə vəfat et
