Endirim oyunu: Köhnə qiymətlər süni şəkildə artırılır?
Digərləri 27 Noy 2025 15:00:00 52 0
Tez-tez supermarketlərdə və digər satış məkanlarında müxtəlif məhsulların "endirimə düşdüyü" barədə elanlarla rastlaşırıq. Vətəndaşlara daha cəlbedici görünməsi üçün məhsulların üzərində əvvəlki qiymət və yeni endirimli qiymət göstərilir.
Bu xəbəri də oxu: VTB (Azərbaycan) bankının İdarə Heyətinə yeni təyinat
İddialara görə, bəzi mağazalar endirim kampaniyaları zamanı məhsulun real əvvəlki qiymətini süni şəkildə yüksəldərək endirim effekti yaradırlar. Yəni, məhsul əvvəllər 5 manata satılırdısa, kampaniya zamanı əvvəlki qiymət 7 manat kimi göstərilir və endirimlə 5 manata "salınır".
Məsələ ilə bağlı Antiinhisar və İslehlak Bazarına Nəzarət Dövlət Agentliyindən Son.az-ın sorğusuna cavab olaraq bildirilib ki, "Reklam haqqında" Azərbaycan Respublikası Qanununa əsasən, reklam əmtəə istehlakçılarının seçimini stimullaşdırmalı, onları aldatmamalı, çaşqınlıq hissi yaratmamalıdır.
Qeyd olunub ki, reklam edilən vaxt əmtəənin qiyməti, qiymət güzəştləri, əldəetmə və ödəniş şərtləri barədə bilərəkdən həqiqətə uyğun olmayan məlumat verildikdə bu, qeyri-dəqiq reklam hesab olunur. Qeyri-dəqiq reklama yol verilmir.
Agentliyin məlumatına görə, əmtəənin qiymətinin dəyişməsi (endirim kampaniyası) haqqında reklamda qiymətin dəyişməsi kampaniyasının başlanma tarixi, müddəti, qiyməti dəyişdirilən əmtəələrin siyahısı, qiyməti dəyişdirilən əmtəənin mövcud qiyməti göstərilməli, eləcə də əmtəənin qiymətinin əvvəlki qiymətlə müqayisədə mütləq, yaxud nisbi ifadə ilə dəyişməsi qeyd olunmalıdır:
"İnzibati Xətalar Məcəlləsinə əsasən, reklamı qadağan olunmuş məhsulların, texnikanın, xidmətlərin reklamına, habelə reklam yayımının qanunla müəyyənləşdirilmiş qayda və tələblərinə əməl edilməməsinə görə müvafiq məsuliyyət tədbirləri müəyyən edilib (428.10-cu maddə)".
Xəbər verdiyimiz kimi, müğənni Tacir Şahmalıoğlunun oğlu Şahmalının
Ölkənin yeganə qanuni lotereya təşkilatçısı "Azərlotereya" ar
Xəzər TV bu gün efirə gedən "İncə səhər" verilişinin yarım
Paytaxtın Xətai rayonu Qaçaq Nəbi küçəsində piyada səkisinin hesabına
Xalq artisti Röya Ayxan müğənni qardaşı İsmayıl ilə birlikdə vəfat et
Azərbaycanda 2025-ci ilin ötən dövrü ərzində (yanvar-noyabr aylarında) u
Muğanlı-İsmayılı-Qəbələ yolunun 5-ci kilometrliyində inşa edilən, 76
"2026-cı ildə yatırım edərkən şəxsi məqsədləri, risk səviyyəsi
Tanınmış jurnalist və televiziya aparıcısı Səidə Bəkirqızının veril
Noyabrın 27-də Bakıda Azərbaycan Respublikası Hökuməti və İordaniya Ha�
Azərbaycanın 63 özəl məktəbəqədər təhsil müəssisəsi Elm və Təhsil
Tanınmış azərbaycanlı stilist-vizajist, Xalq artisti Ramiz Novruzun qızı
Bakı Ağır Cinayətlər Məhkəməsi hakim Anar Sadıqovla bağlı yayılan m�
Azərbaycanda meyvə bağını şaxta vurması üzrə 712 min manat sığorta ö
Rostovdakı Cənub Hərbi Məhkəməsi Krım körpüsündə törədilmiş terror
