2026da nəyə pul qoyaq? Ev, maşın, qızıl...
Digərləri 27 Noy 2025 13:40:00 64 0
"2026-cı ildə yatırım edərkən şəxsi məqsədləri, risk səviyyəsini və likvidliyi nəzərə almaq vacibdir".
Bu xəbəri də oxu: Bakıda əlilliyi olan şəxsi dilənçiliyə sövq edən qadın saxlanılıb
Bu sözləri Son.az-a açıqlamasında iqtisadçı Akif Nəsirli deyib.
Onun sözlərinə görə, ev uzunmüddətli sabitlik təmin edir, inflyasiyaya qarşı qorunma rolunu oynayır və icarəyə vermə imkanı var. Amma eyni zamanda qeyd edib ki, ev, ilkin kapital tələb edir və bazar qiymətləri dəyişə bilər.
Maşının əslində yatırım sayılmadığını deyən iqtisadçı bildirib kiI, onun dəyəri zamanla azalır:
"Avtomobil daha çox gündəlik ehtiyac və rahatlıq üçün sərfəlidir".
Qızıl və digər qiymətli metallardan danışan A.Nəsirli söyləyib ki, onlar inflyasiyaya və maliyyə böhranlarına qarşı sığınacaq rolunu oynayır, likviddir, amma uzunmüddətli gəliri məhduddur.
Fondlar və aksiyalar isə iqtisadçıya görə daha yüksək uzunmüddətli gəlir potensialına malikdir, likviddir və müxtəlif sektor və regionlara yatırım etməyə imkan verir:
"Bazar dalğalanmaları risk yaratsa da, gənc və orta yaşlı investorlar üçün əsas yatırım vasitəsi kimi qiymətləndirilə bilər".
Nəsirlinin fikrincə, kriptovalyutalar böyük gəlir potensialı təqdim edir, amma çox dəyişkəndir və yüksək risk daşıyır:
"Bu səbəbdən yalnız portfelin kiçik hissəsi üçün uyğun ola bilər".
Ümumilikdə iqtisadçı hesab edir ki, 2026-cı ildə ağıllı yatırım strategiyası riskləri bölmək və portfeli diversifikasiya etməkdir:
"Uzunmüddətli stabillik üçün ev və fond, aksiyalara yatırım etmək, böhran dövrləri üçün qızıl saxlamaq, yüksək risk və gəlir potensialı üçün isə kriptovalyutalara məhdud pay ayırmaq daha məntiqli yanaşmadır".
Mina Mikayılova Son.az
Xəbərə aid video
Tanınmış jurnalist və televiziya aparıcısı Səidə Bəkirqızının veril
Noyabrın 27-də Bakıda Azərbaycan Respublikası Hökuməti və İordaniya Ha�
Azərbaycanın 63 özəl məktəbəqədər təhsil müəssisəsi Elm və Təhsil
Tanınmış azərbaycanlı stilist-vizajist, Xalq artisti Ramiz Novruzun qızı
Bakı Ağır Cinayətlər Məhkəməsi hakim Anar Sadıqovla bağlı yayılan m�
Azərbaycanda meyvə bağını şaxta vurması üzrə 712 min manat sığorta ö
Rostovdakı Cənub Hərbi Məhkəməsi Krım körpüsündə törədilmiş terror
"NOW" ekranlarında yayımlanması planlanan "DOC" serialın
Azərbaycan Respublikasının Kino Agentliyində (ARKA) fəaliyyət göstərən
ABŞ-nin Afinadakı yeni səfiri Kimberli Qillfoyl tədbirdə geyimi ilə diqq�
Astarada 62 kiloqram narkotik dövriyyədən çıxarılıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakının Qaradağ rayon
"Məni aldatdı, pulumu ala bilmirəm"
İndoneziyanın Aceh əyalətinin Simeulue adasında 6,6 bal gücündə zəlzəl
