Prezident “AZWOOL” mineral daş yunu zavodunun açılışında iştirak edib VİDEO FOTO


Siyasət 27 Noy 2025 12:33:00 55 0

Prezident “AZWOOL” mineral daş yunu zavodunun açılışında iştirak edib  VİDEO  FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakının Qaradağ rayonunda "Matanat-A" şirkətinin "AZWOOL" mineral daş yunu zavodunun açılışında iştirak edib.

Son.az xəbər verir ki, İqtisadiyyat naziri Mikayıl Cabbarov və "Matanat-A" şirkətinin Müşahidə Şurasının sədri Elxan Bəşirov dövlətimizin başçısına zavodun fəaliyyəti barədə məlumat verdilər.

Prezident İlham Əliyevə əvvəlcə əsası 2000-ci ildə qoyulan "Matanat-A" şirkəti barədə məlumat verildi. İnşaat materiallarının istehsalı sektorunda 25 ildir fəaliyyət göstərən şirkətin tərkibinə "Matanat A" Quru İnşaat Qarışıqları, AĞDAĞ gipskarton və gips əsaslı məhsulların istehsalı, AZERLİME Əhəng, Avadanlıq və dəzgahların istehsalı və ELBERG maşınqayırma zavodları daxildir. Şirkətin müəssisələrində ümumilikdə 1000-ə yaxın iş yeri yaradılıb.

Ərazisi 10 hektar olan "AZWOOL" mineral daş yunu zavodunda ABŞ, Almaniya və Türkiyədə istehsal edilən müasir avadanlıqlar quraşdırılıb. Zavodun illik istehsal gücü 1,5 milyon kubmetr mineral daş yunudur. Müəssisədə məhsullar əsasən yerli xammaldan hazırlanır.

Mineral daş yunu zavodunun investisiya dəyəri 43 milyon manatdır. Layihənin reallaşdırılması üçün İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu tərəfindən 10 milyon manat güzəştli kredit ayrılıb. Bununla yanaşı, müəssisə investisiya təşviqi sənədi ilə texnika, texnoloji avadanlıq və qurğuların idxalı zamanı təxminən 4 milyon manat güzəşt əldə edib. Zavodda 180 iş yeri yaradılıb.

Tikinti sektorunda istifadə olunan, ekoloji cəhətdən təmiz mineral daş yunu istilik və səs izolyasiyasını təmin etməklə yanaşı, enerjiyə qənaətə imkan yaradır. Mineral daş yunu Azərbaycanda rəqabət üstünlüyünə malik yerli məhsullardan biridir. Ona daxili və xarici bazarda böyük tələbat var. Zavodun açılışı yerli istehsalın təşviqi, daxili bazarın tələbatının ödənilməsi və xarici bazarda Azərbaycan məhsullarının rəqabət qabiliyyətinin artırılmasına xidmət edəcək. Müəssisə ölkəmizin mineral daş yununa tələbatını ödəməklə yanaşı, idxaldan asılılığı əhəmiyyətli dərəcədə azaldacaq. Həmçinin burada istehsal olunan məhsullar Gürcüstana, MDB və Yaxın Şərq ölkələrinə ixrac ediləcək.

Prezident İlham Əliyev "Matanat-A" şirkətinin müəssisələrində istehsal edilən məhsullarla da tanış oldu. Bildirildi ki, şirkətin zavodlarında 200-dən artıq ticarət markası ilə 3 mindən çox çeşiddə məhsul istehsal edilir. Məhsullar daxili təlabatı ödəməklə yanaşı, "Made in Azerbaijan" brendi ilə Qazaxıstan, Gürcüstan, İraq, Ukrayna, Özbəkistan və digər xarici ölkələrə ixrac olunur.

Dövlətimizin başçısı zavodu işə saldı.

Qeyd edək ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə qeyri-neft sektorunun şaxələndirilməsi və inkişafı istiqamətində aparılan işlər nəticəsində ölkəmizdə yeni-yeni istehsal sahələri yaradılır. Bütün bunlar isə, eyni zamanda, yeni iş yerlərinin açılmasına, əhalinin məşğulluğunun artırılmasına böyük töhfə verir.

Bu ölkədə 6,6 bal gücündə zəlzələ oldu like
  • 27 Noy 12:20  
Dünya Bu ölkədə 6,6 bal gücündə zəlzələ oldu

İndoneziyanın Aceh əyalətinin Simeulue adasında 6,6 bal gücündə zəlzəl

arrow Ətraflı
Bakıda qonşusuna kəllə atan qadın cəzalandırıldı like
  • 27 Noy 12:12  
Digərləri Bakıda qonşusuna kəllə atan qadın cəzalandırıldı

Bakıda qonşusuna kəllə ilə zərbə vuran qadın cəzalandırılıb.

arrow Ətraflı
Yeni tikililərdə parkinq böhranı  Bakıda yerlər yoxdur, sakinlər narahatdır like
  • 27 Noy 12:00  
Digərləri Yeni tikililərdə parkinq böhranı Bakıda yerlər yoxdur, sakinlər narahatdır

Bakıda yeni tikililərdə yaşayan sakinlərin ən çox şikayət etdiyi məsə

arrow Ətraflı
21 yaşlı taksi sürücüsü maşını dəfələrlə aşırdı, öldü like
  • 27 Noy 11:57  
Digərləri 21 yaşlı taksi sürücüsü maşını dəfələrlə aşırdı, öldü

Dünən günorta saatlarında Abşeron rayonunda ağır yol qəzası baş verib.

arrow Ətraflı
Bağçalarda qiymət qalmaqalı  Nazirlikdən valideynlərə xəbərdarlıq! like
  • 27 Noy 11:55  
Digərləri Bağçalarda qiymət qalmaqalı Nazirlikdən valideynlərə xəbərdarlıq!

Xəbər verdiyimiz kimi, 63 özəl məktəbəqədər təhsil müəssisəsi Elm v

arrow Ətraflı
Türkiyəli aktrisa həbs olunacaq?  Cinayət işi açıldı  FOTO like
  • 27 Noy 11:50  
Şou-biznes Türkiyəli aktrisa həbs olunacaq? Cinayət işi açıldı FOTO

Türkiyəli aktrisa Meral Kaplan haqqında Beşiktaşdakı terapiya mərkəzind

arrow Ətraflı
Üç kənddə qaz yoxdur  Bu tarixdə bərpa olunacaq like
  • 27 Noy 11:35  
Digərləri Üç kənddə qaz yoxdur Bu tarixdə bərpa olunacaq

Naxçıvan Muxtar Respublikası (MR) Şərur rayonunun üç kəndində qaz təch

arrow Ətraflı
VTB (Azərbaycan) bankının İdarə Heyətinə yeni təyinat like
  • 27 Noy 11:25  
Digərləri VTB (Azərbaycan) bankının İdarə Heyətinə yeni təyinat

Yaşar Kərimov VTB (Azərbaycan) bankının İdarə Heyətinin üzvü təyin ed

arrow Ətraflı
Soçi hava limanı bağlandı like
  • 27 Noy 11:22  
Digərləri Soçi hava limanı bağlandı

Rusiyanın Soçi şəhər hava limanında təyyarələrin enişi və uçuşuna m

arrow Ətraflı
"Ayda 2 dəfə süd vannası qəbul edirəm" like
  • 27 Noy 11:10  
Şou-biznes "Ayda 2 dəfə süd vannası qəbul edirəm"

Müğənni Mənzurə Musayevanın "Rəngarəng" verilişində səslən

arrow Ətraflı
İmran Xan öldürülüb?  Rəsmi açıqlama like
  • 27 Noy 10:57  
Dünya İmran Xan öldürülüb? Rəsmi açıqlama

Ötən gün mətbuatda Pakistanın həbsdə olan sabiq baş naziri İmran Xanı

arrow Ətraflı
"Azərişıq" yoxlamalara başladı  Elektrik avtomobili olanlar rüsum ödəyəcək like
  • 27 Noy 10:50  
Digərləri "Azərişıq" yoxlamalara başladı Elektrik avtomobili olanlar rüsum ödəyəcək

"Azərişıq" ASC elektrikli avtomobillər üçün quraşdırılmış

arrow Ətraflı
“TikTok”da qeyrietik paylaşımlar edən şəxs həbs edildi  FOTO like
  • 27 Noy 10:42  
Digərləri “TikTok”da qeyrietik paylaşımlar edən şəxs həbs edildi FOTO

"TikTok" sosial şəbəkəsində cəmiyyətə qarşı hörmətsizlik v

arrow Ətraflı
“Əsli və Kərəm” operası yeni Əsli ilə tamaşaçılara təqdim olundu  VİDEO  FOTO like
  • 27 Noy 10:40  
Kriminal “Əsli və Kərəm” operası yeni Əsli ilə tamaşaçılara təqdim olundu VİDEO FOTO

Dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin 140 illik yubileyi çərçi

arrow Ətraflı