Səhər və axşam, həyatın ağ və qara zolağı – Azərbaycanın Xalq artisti Təranə Muradovanın fotoseti
Kriminal 23 Noy 2025 18:13:00 78 0
Azərbaycanın Xalq artisti Təranə Muradova yaxın günlərdə Moskvada çoxqat dünya çempionu olmuş məşhur rəqqaslar Denis Taqintsev və Eldar Cəfərov ilə birlikdə qara-ağ fotosessiya həyata keçirib. Sosial şəbəkələrdə böyük maraq doğuran bu layihə xüsusi simvolikası ilə seçilib. "Çəkilişə hazırlaşanda təsəvvürümə dərhal ağ bir qu quşu gəlmişdi. Ağ kostyum geyinmək, oğlanların da işıqlı rənglərdə olması - kompozisiyanın təmizlik, ümid və gələcəyə doğru hərəkət rəmzini yaratmasını istəyirdim. Lakin Moskvada Denis Taqintsevin rəqs teatrına gəlib, dünyaca məşhur bal rəqqasları üçün hazırlanmış geyimlərin tikildiyi böyük sexi görəndə hər şey dəyişdi. Orada elə ustalar var ki, dünyanın hər yerindən rəqqasların paltarlarını hazırlayırlar - atmosfer insanı sözün əsl mənasında sehrləyir. Məhz orada qara ilə ağın birləşməsini gördüm. O anda beynimdə bir assosiasiya yarandı: səhər və axşam, həyatın ağ və qara zolağı. Məncə, hər bir insanın taleyində bu iki rəng mütləq olur. Onlar yanaşı gedir, bir-birini tarazlayır. Və biz, əlbəttə ki, həmişə işığa doğru can atırıq. Beləcə, fotosessiyanın əsas simvolu yarandı - işıq və kölgənin vəhdəti, mənim həyatımın əksi kimi. Mən həyatımda çox şey yaşamışam: ağır günləri də, yüngül anları da, sürətli yüksəlişləri də, parlaq məqamları da. Amma hər səhər şükürlə oyanmışam - "İlahi, mənə verdiyin hər şey üçün təşəkkür edirəm" - və eyni düşüncə ilə yuxuya getmişəm. Ona görə də qara-ağ konsepsiya təkcə bədii seçim deyil - bu, mənim bir növ etirafım oldu. Konsertdə də bu obrazlarla səhnəyə çıxacağam. Çünki bunlar artıq sadəcə kostyum deyil - taleyimin, təcrübəmin və gələcəyə baxışımın rəmzidir", - deyə Təranə Muradova bildirib. Xalq artisti həmin obrazda beynəlxalq miqyaslı Azerbaijan Dance Festival layihəsində də çıxış edib. Xatırladaq ki, 25 noyabr tarixində Heydər Əliyev Sarayında Azərbaycanın Xalq artisti, tanınmış rəqqasə, xoreoqraf, Bakı Xoreoqrafiya Akademiyasının beynəlxalq əlaqələr üzrə prorektoru, xalq və müasir rəqslər kafedrasının dosenti, Azərbaycan Rəqs İttifaqının prezidenti Təranə Muradovanın 60 illik yubileyinə həsr edilmiş yaradıcılıq axşamı keçiriləcək.
Bu xəbəri də oxu: Vasif Adıgözəlovun 90 illik yubileyinə həsr olunmuş möhtəşəm konsert keçirilib – FOTO
Aysberqə çırpılaraq batan "Titanik"də həyatını itirən məşhu
Mikayıl Müşfiqin Xızı rayonunun Sayadlar kəndində yerləşən xatirə muz
Rəqqasə Rəna Ağamuradova (Renka) etdiyi estetik müdaxilələrin sayını il
"Mən həmin obyektləri 2023-cü ildən icarəyə vermişəm. Həm "L
Azərbaycanın avtomobil yollarında vəziyyət açıqlanıb.
"Atəşkəs rejimi pozulduğu üçün həm Hizbullah, həm də HƏMAS-a qar
Sabah Sumqayıtda 750 abonentə qazın verilişində fasilələr olacaq.
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsində çoxmərtəbəli
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan G20 Liderlər Zirvəsi çərçivə
Ukrayna pilotsuz uçuş aparatları bu gün ilk dəfə olaraq Rusiyanın çoxqat
Böyük Britaniyada Baş nazir Keyr Starmer yeni ilin əvvəlində vəzifəsini
Meyxanaçı Rüfət Nasosnu özünün ən böyük arzusunu açıqlayıb.
Mərhum müğənni Vidadi Bərdəlinin həyat yoldaşı Naidə Heydərova onun m
10-22 noyabr tarixlərində Braziliyanın Belem şəhərində BMT-nin İqlim Də
