Xalq artisti: "Universitetə pulla girmişəm"


Şou-biznes 20 Mar 2025 14:22:00 78 0

Xalq artisti: "Universitetə pulla girmişəm"

Xalq artisti Tariyel Qasımov APA-nın "Əsrin yaşıdı" layihəsində

Layihənin ikinci yazısı

Son.az həmin yazını təqdim edir: 

Dosye: Xalq artisti Tariyel Qasımov 1939-cu ildə Ağstafa rayonunda anadan olub. 1964-cü ildə Azərbaycan Dövlət Teatr İnstitutunun Dram və kino aktyorluğu fakültəsini bitirib. 1964-cü ildən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında çalışıb. Elə o illərdən də özünü bu sənətdə sınayıb. Teatr və kino sahəsində bir-birindən maraqlı, unudulmaz rollar yaradıb. Hazırda Ağstafada yaşayır.

Tariyel müəllimin Bakıya gələcəyini təsadüfən öyrəndim. Belə fürsəti qaçırmaq olmazdı. O bir də nə vaxt şəhərə gələcəkdi. Mən nə vaxt Ağstafaya gedəcəkdim! Dərhal zəng vurdum, müsahibəyə razı saldım, lakin qatarının Bakıya gecə çatacağını söylədi. Mən də növbəti gün səhərə vədə aldım.

Budur, səhnəmizin qocaman aktyorunun qaldığı binanın qarşısında dayanmışıq.

O vaxtlar yeganə aktyor idim ki, qızlar mənə məktub yazırdı

- İstəyirsiniz müsahibəni evdə verim, istəyirsiniz parkda, - Tariyel müəllim qonşuluqdakı xudmani parkı göstərir, - ya da başqa yerdə. Amma evə gedəcəyiksə, bilin ki, orda şəraitsizlikdir.

- Hay-küysüz yer olsun.

- Mən bura ayda, ildə bir dəfə Bakıya çağıranda gəlirəm. Ona görə deyirəm, evdə qonaq qəbul etmək üçün şərait yoxdur.

- Əsas odur, sakitlikdir?

- Bəli.

- Onda bizi qane edir.

- Baxın da.

Binaya daxil olub sovetdənqalma sınıq-salxaq liftlə qalxırıq.

"Prezident mənə 2 dəfə ev verib, birini satmışam"

- Burda yaşamıram. Ancaq tədbirlərə çağıranda gəlib-gedirəm.

- Bu Prezidentin verdiyi evdir?

- Yox. Prezidentin verdiyi ev Əhmədlidə idi. Mənə, Siyavuş Aslana, Yaşar Nuriyə və Habil Əliyevə bir vaxtda vermişdi.

- Hansı Prezident?

- Heydər Əliyev. Sonra Siyavuş evini oğluna verdi, o da evi satdı. O birilər də köçdülər. Mən də fikirləşdim ki, qarı ilə özüməm, o boyda evi neyləyirəm, satıb bunu aldım.

Qapıdakı "JEK-ə gəlin" qeydini göstərib deyir:

"İstilik pulu istəyirlər, mən də acığa vermirəm"

- Baxın, JEK-ə çağırıblar. İstilik vermirlər, istilik pulu istəyirlər. Mən də acığa getmirəm.

Evə keçirik.

- Siz gələndə üzümü qırxırdım, yarımçıq qaldı. İcazə verin, işimi bitirim, sonra davam edək.

- Hə, rahat olun, gözləyərik.

Tariyel Qasımov dəhlizə güzgünün qarşısına keçib təraşa başlayır. Mənzilə göz gəzdirib soruşuram:

- Sizə deyəsən Prezident bir dəfə də ev vermişdi.

- Prezident iki dəfə ev verib mənə.

- Onu da Heydər Əliyev verib?

- Yox, İlham Əliyev. O mənə "Əmək" ordeni də verib.

Masanın üzərindəki əşyaları qarışdırıram. Müsahibimin ordenləri, sənətə aid kitabları, cavanlıq şəkli qabağıma çıxır. Uzun saçlı, xarizmatik bir cavan ağ-qara şəkildən gülümsəyir.

"300 qızdan sevgi məktubu almışam"

- Cavanlıqda maşallah, yaman yaraşıqlı olmusunuz!

- Çox yaraşıqlı olmuşam! "Liftçi qız" filminə baxmısınız? Orda görürsünüz necə yaraşıqlıyam? O vaxtlar yeganə aktyor idim ki, qızlar mənə məktub yazırdı. - Üzünü qırxa-qırxa danışır. - Mən Gənc Tamaşaçılar Teatrının aktyoru olmuşam, ora məktəblilər çox gəlirdi. 300 qızdan sevgi məktubu almışam.

- O məktublar burdadır?

- Yox, rayona aparmışam.

"Mətanət İskəndərli dedi ki, kaş Tariyel kimi ərim olaydı"

- Nə əcəb yoldaşınız qısqanmır?

- Niyə qısqansın, gör nə vaxt yazılıb! İTV-də "Ötən günlər" verilişinə baxmısınız? Orada Mətanət İskəndərli dedi həmişə arzulayırdım ki, kaş Tariyel kimi ərim olaydı (gülür). Yoldaşım da yanımda oturmuşdu.

Gənc aktyorların içində yeganə mənim maşınım vardı, "Qaz-24" sürürdüm

- Məktublara cavab verirdiniz?

- Açığı cavab yazmamışam. Bilirsən, mən ancaq sevgi rolları oynamışam. Özü də mən xaricdə ən çox filmə çəkilən aktyorlardan olmuşam. Tacikistanda 3, Özbəkistanda 6 filmə çəkilmişəm, onun da biri 17 seriyadır, 23 film edir.

- Yaxşı qonorar alardınız.

- Çox güclü qonorar almışam. Gənc aktyorların içində yeganə mənim maşınım vardı, "Qaz-24" sürürdüm. Almaniyada filmə çəkiləndə günümə 3 min manat qonorar yazılırdı. Rasim Balayev isə "Nəsimi" filminə görə cəmi 3 min manat almışdı.

- Rasim Balayev də yaraşıqlı aktyorlardan olub.

- Hə.

- Yaraşıqda yarışırdınız?

- Yox. Mən sovet dövründə yeganə Azərbaycan aktyoru idim ki, xaricdə, "Mosfilm"də kinoya çəkilmişəm.

- "Çilidə gecə" filmində də çəkilmisiniz.

- Ay sağ ol. "Mosfilm"in sifarişi ilə Sebastyan Alarkon çəkmişdi. Çəkilişlərin bir hissəsi Bakıda olub, qalanı da Moskvada. Mən o filmdə Mayor rolunda oynamışam. İnqilabla bağlı film idi.

Tariyel Qasımov təraş işlərini bitirib, otağa keçir.

- Əynimi dəyişim, ya belə qalsın?

- Geyinsəniz yaxşı olardı, səliqəli görünərsiniz.

- Hə, düz deyirsən.

Dolabı açır.

- Hansını seçim?

Köməkləşib kostyumla dolu geyim dolabından Tariyel müəllim üçün birini seçirik, o da əynini dəyişib gəlir. Gözlərini ovuşdura-ovuşdura deyir:

- Gözlərim yaşarır, ona görə dərman tökürəm.

- Yenə də yaxşı qalmısınız. İdmanla məşğul olursunuz?

- Mən güləşçi olmuşam axı. Bədən Tərbiyəsi İnstitutunda oxumuşam. İndi də velosipedim var. Hər gün səhər tezdən sürürəm.

- Övladlarınız da rayonda sizinlə qalır?

- Yox, qarı ilə ikimizik.

Səməd Vurğun parkına yığışıb nərd yarışları keçiririk

- Neçə ildir rayonda yaşayırsınız?

- Qoy görüm? İndi neçənci ildir?

- 2025.

Fikrə gedir.

- Beşinci ildir.

- Gözdən uzaq olan, könüldən də iraq olar. Əyalətdə yaşamaq sizi şəhərin qaynar mədəni həyatından uzaq salmayıb?

- Yox, mən qıraqda qalmamışam. Tədbirlərə, verilişlərə çağırırlar.

- Unudulmursunuz?

- Qəti. Hətta bəzi tədbirlərə gəlmirəm, deyirəm ondan ötəri niyə gəlim.

- Bəs rayonda gününüz necə keçir?

- Həddindən artıq gözəl. Oranın həm təbiəti, havası gözəldir. Üstəlik də qoca kişilərik, Səməd Vurğun parkına yığışıb nərd yarışları keçiririk.

- Yaxşı oynayırsınız?

- Hə, yaxşı nərd oynayıram.

- Hamını udarsınız.

- Uduram.

- Aktyorlar arasında kim yaxşı nərd oynayırdı?

- Deyə bilmərəm. Qabaqlar oynamamışam, ancaq indi. Bütün günü çəkilişlərdə, tamaşalarda olurduq.

- Bəs asudə vaxtınızda...

- Asudə vaxtda da oturub yeyib-içirdik. Aktyorlar da vuran olur axı. Tay-tuşlarımızla hər gün içirdik.

- Yaxın dostlarınız kim olub?

- Mənim ən yaxın dostlarım-qardaşlarım Şahmar Ələkbərovla Əbluc Həsən olub.

- Həsən Əbluc.

- Hə, Həsən Əbluc. Bizə "Üç muşketyor" deyərdilər. Hər işdə üçümüz idik.

- Onları tez-tez xatırlayırsınız?

- Əlbəttə, gecə-gündüz xatırlayıram. 1956-cı ildə orta məktəbi bitirəndən sonra atam məni Bakıya gətirdi. O çox istəyirdi ki, mühəndis olum. Sözümün birini qoyub o birinə keçirəm. Deməli, mən məşhur olandan sonra atamdan bir müsahibə götürmüşdülər. Orda atamdan soruşurlar ki, ay İskəndər kişi, oğlunuz bu qədər məşhurdur, xarici ölkələrdə filmlərə çəkilir, onunla fəxr eləyirsizmi? O da demişdi ki, fəxr eləyirəm, amma çox istəyirdim ki, o mühəndis olsun, binalar tiksin, xalqa xidmət eləsin. O isə sözümü eşitmədi.

Müəllimim dedi "Səndən artist olmayacaq"

- Maraqlıdır, kənddə böyüyən bir oğlanın birdən-birə artistliyə həvəsi hardan yaranmışdı?

- Atam kolxoz sədri olduğuna görə, Bakıdan gələn bütün artistləri, xanəndələri tamaşadan, konsertdən sonra evə qonaq gətirərdi. Şövkət Ələkbərova, Sara Qədimova, Ələsgər Ələkbərov, Həsənağa Salayev kimi böyük artistlər dəfələrlə bizdə qonaq olublar. Onlar da səhərə kimi yeyirdilər, içirdilər, çalırdılar, oxuyurdular... Mən də onlara baxıb öz-özümə deyirdim ki, nə yaxşı həyatları var, böyüyəndə mən də artist olacam.

Xülasə, atam məni Bakıya gətirdi. Bədən Tərbiyəsi İnstitutunun rektoru Ənvər Babayev atamın dostuydu. Atam istəyirdi ki, heç olmasa bir il orda oxuyum, özümə gəlim, sonra məni "Politexnik"ə düzəltmək istəyirdi.

"Məni "Bədən Tərbiyəsi"nə qoymağa 3 min manat almışdılar"

- Pulla?

- Bəs nə!

- Bəs deyirlər, o dövrdə rüşvət, pul söhbəti yox idi?

- Niyə yox idi! Məni "Bədən Tərbiyəsi"nə qoymağa 3 min manat almışdılar. Hə, nə deyirdim, "Bədən Tərbiyəsi"ndə oxuyuram, artistliyə həvəsim vardı axı. Eşitdim ki, "26-lar" Mədəniyyət Sarayında dram dərnəyi var. "Səhər" filmində Aslanı oynayan Lütfü Məmmədbəyov da dram dərnəyini aparırdı. Mən o dərnəyə yazıldım və orda Şahmarla, Həsənlə dostlaşdım. Onlar şəhər uşağı idi, mən kənd, amma necə oldusa, mehribanlaşdıq. Bir gün dərnəyə getmədim, səhəri gün dərsdə Lütfi müəllim soruşdu ki, dünən niyə gəlməmişdin? Dedim, mən "Bədən Tərbiyəsi"ndə oxuyuram, özüm də güləşçiyəm, dünən yarışda idim. Dedi, hə? Onda sən bu gündən azadsan, get güləşlə məşğul ol, səndən onsuz artist olmayacaq.

- Acıladı?

- Quruyub qaldım. Dedi nəyə durmusan, çıx bayıra. Mən bayıra çıxıb foyedə ağladım. Bir on dəqiqə sonra Şahmarla Həsən yanıma gəldilər. Şahmar Həsənə dedi ki, gedib Lütfi müəllimdən xahiş eləsin, məni geri qaytarsın. Həsən də o saat qaçdı. Bir də gördük gülə-gülə gəlir. Lütfi müəllim deyib ki, gəlsin, amma bir də dərsdən qalmasın. Tale elə gətirdi ki, Lütfi müəllimlə mən eyni gündə Xalq artisti olduq.

- 1991-ci ildə?

- Bəli. İşə bax, müəllimimlə bir vaxtda Xalq artisti adı almışam. Özü də kimlə, mənə "Səndən artist olmayacaq" deyən adamla.

- Bu, taleyin ona cavabı olub.

- Bəli. Sözüm ona, bundan sonra Bədən Tərbiyəsi İnstitutunun üçüncü kursundan İncəsənət İnstitutunun birinci kursuna keçdim. Atam bunu eşidəndə anamı Bakıya sorağa göndərdi ki, get oğluna denən, ya geri qayıtsın, ya da mənim o adda oğlum yoxdur. Anam gəldi ağladı ki, atan qəzəblənib, deyir geri qayıtsın. Dedim mən artist olacam, geri qayıtmayacam. Bundan sonra atamla münasibətlərim pozuldu, düz on il mənlə danışmadı.

- Niyə belə eləmişdi ki?

- O vaxt aktyor olmağa çox pis baxırdılar. Atam da kolxoz sədri idi. Mühəndis olmağımı, xalq üçün binalar tikməyimi, xalqa fayda verməyimi istəyirdi.


Xəbərə aid foto

Bakıda 19 yaşlı qızı şəkilləri ilə şantaj edən TUTULDU like
  • 20 Mar 14:21  
Kriminal Bakıda 19 yaşlı qızı şəkilləri ilə şantaj edən TUTULDU

Bakıda qadını şəkilləri ilə şantaj edən şəxs saxlanılıb.

arrow Ətraflı
Ağır QƏZA: Bir ailənin 4 üzvü... like
  • 20 Mar 14:20  
Digərləri Ağır QƏZA: Bir ailənin 4 üzvü...

Ordubad rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib, bir ailənin 4

arrow Ətraflı
100 min manatlıq ev alanda, nə qədər ƏDV like
  • 20 Mar 14:11  
Digərləri 100 min manatlıq ev alanda, nə qədər ƏDV

Əmlak alqı-satqısında əməliyyatların şəffaf olması və nağdsız ödə

arrow Ətraflı
İmamoğlu hazırda dindirilir like
  • 20 Mar 14:06  
Digərləri İmamoğlu hazırda dindirilir

Ötən gün keçirilən əməliyyatlar çərçivəsində saxlanılan İstanbul B

arrow Ətraflı
Bakını birbirinə qatan motosiklet sürücüsü TUTULDU  Anbaan VİDEO like
  • 20 Mar 14:00  
Kriminal Bakını birbirinə qatan motosiklet sürücüsü TUTULDU Anbaan VİDEO

Paytaxt ərazisində narkotik vasitənin təsiri altında avtoxuliqanlıq hərə

arrow Ətraflı
ErmənistanTürkiyə sərhədi açılır  SƏBƏB like
  • 20 Mar 13:59  
Dünya ErmənistanTürkiyə sərhədi açılır SƏBƏB

Ermənistan hökumətinin qərarı ilə Türkiyə üzərindən Suriyaya humanita

arrow Ətraflı
İş adamı Fərhad Əhmədova qarşı sanksiyaları like
  • 20 Mar 13:49  
Digərləri İş adamı Fərhad Əhmədova qarşı sanksiyaları

Azərbaycan əsilli rusiyalı iş adamı Fərhad Əhmədov Böyük Britaniyanın

arrow Ətraflı
Türkiyədə təxribat paylaşımı edən 37 nəfər saxlanıldı like
  • 20 Mar 13:48  
Digərləri Türkiyədə təxribat paylaşımı edən 37 nəfər saxlanıldı

"İstanbul Böyük Şəhər Bələdiyyəsinin rəhbəri Əkrəm İmamoğlu

arrow Ətraflı
Pərvin dəbdəbəli VİLLASINDA bayramı belə keçirir  VİDEO like
  • 20 Mar 13:27  
Şou-biznes Pərvin dəbdəbəli VİLLASINDA bayramı belə keçirir VİDEO

Aktrisa Pərvin Abıyeva paylaşımı ilə diqqətləri üzərinə cəmləyib.

arrow Ətraflı
Məşhur restoranının müdirinin 15 min manatlıq qızılı OĞURLADILAR like
  • 20 Mar 13:17  
Kriminal Məşhur restoranının müdirinin 15 min manatlıq qızılı OĞURLADILAR

Nəsimi rayonunun Cavadxan küçəsində fəaliyyət göstərən "Qəbələ

arrow Ətraflı
Makron Zelenskini vaxtsız yığdı, reaksiyası GÜNDƏM OLDU like
  • 20 Mar 13:15  
Dünya Makron Zelenskini vaxtsız yığdı, reaksiyası GÜNDƏM OLDU

Ukrayna Prezidenti Volodimir Zelenski videobağlantı vasitəsilə jurnalistlər

arrow Ətraflı
Azərbaycana yaz fəsli daxil oldu like
  • 20 Mar 13:11  
Digərləri Azərbaycana yaz fəsli daxil oldu

Bu gün saat 13:01:25-də Azərbaycana yaz fəsli daxil olub.

arrow Ətraflı
Alimlər həyatın sonu üçün TARİX VERDİ – “İnsanlar başqa planetə köçəcəklər” like
  • 20 Mar 13:06  
Dünya Alimlər həyatın sonu üçün TARİX VERDİ – “İnsanlar başqa planetə köçəcəklər”

ABŞ-nin Milli Aeronavtika və Kosmos Agentliyi (NASA) və Yaponiyanın Toxo Uni

arrow Ətraflı
Sabah hava necə olacaq? like
  • 20 Mar 13:01  
Digərləri Sabah hava necə olacaq?

Martın 21-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkə

arrow Ətraflı
Mask: “Motivasiya üçün onun portretinə baxıram”  FOTO like
  • 20 Mar 12:55  
Dünya Mask: “Motivasiya üçün onun portretinə baxıram” FOTO

ABŞ-nin Dövlət İdarəetməsinin Səmərəliliyi Departamentinin (DOGE) rəhb

arrow Ətraflı