"Bu, Gürcüstana qarşı düşmənçilikdir"
Digərləri 20 Mar 2025 10:42:00 93 0
Gürcüstanın Baş naziri İrakli Kobaxidze bəzi Qərb ölkələrinin Gürcüstanın yüksək vəzifəli şəxslərinə qarşı tətbiq etdiyi sanksiyaları siyasi təzyiq və düşmənçilik aktı adlandırıb.
Bu xəbəri də oxu: İmamoğlu saxlanılandan sonra ilk dəfə belə görüntüləndi
Son.az bildirir ki, o, bu barədə Gürcüstanın Birinci Kanalına müsahibəsində danışıb.
Baş nazir bəzi müxalifət partiyalarını və qeyri-hökumət təşkilatlarını Gürcüstana qarşı yalan məlumat yaymaqda və xarici ölkələrdən sanksiyalar tələb etməkdə ittiham edib. O bildirib ki, Gürcüstanın Rusiya üçün "qara dəlik" olduğu və sanksiyalardan yayınmağa kömək etdiyi barədə yayılan iddialar tamamilə yalandır.
"Bu, siyasi və diplomatik baxımdan açıq-aşkar düşmənçilik aktıdır. Biz başqa bir ölkənin baş nazirini və ya prezidentini sanksiyaya məruz qoysaq, bu, diplomatik dildə faktiki olaraq müharibə elanı demək olardı. Müəyyən QHT-lər və siyasətçilər açıq şəkildə etiraf edirlər ki, Gürcüstana qarşı belə sanksiyaların tətbiqinə yardım ediblər", - Kobaxidze qeyd edib.
Baş nazir vurğulayıb ki, məsələ ilə bağlı hüquqi qiymət verilməsi prokurorluğun səlahiyyətindədir və müvafiq araşdırmalar aparılacaq. O, xaricdən maliyyələşən bəzi təşkilatları Gürcüstanın milli maraqlarına zidd fəaliyyət göstərməkdə günahlandırıb.
Qeyd edək ki, son dövrlərdə Estoniya, Böyük Britaniya, ABŞ və Litva Gürcüstan hökumətinin bəzi yüksək rütbəli nümayəndələrinə qarşı fərdi sanksiyalar tətbiq edib. /Report
ABŞ Prezidenti Donald Tramp bildirib ki, Ağ Evin Oval kabinetindəki masanın

Son.az "Baku Network"da dərc olunmuş məqaləni təqdim edir:

Xalq artisti Tariyel Qasımov APA-nın "Əsrin yaşıdı" layihəsin

Fövqəladə Hallar Nazirliyi Novruz bayramı ilə əlaqədar yanğın təhlük�

İstanbul şəhər Prokurorluğu şəhər bələdiyyəsinin sədri Əkrəm İmam

Bayden administrasiyası vəzifədən getməzdən əvvəl ölkə daxilində təx

Türkiyənin Aksaray şəhərində ağır yol-nəqliyyat hadisəsi olub.

DİN bayram günlərində şəhər və rayonlarımıza səfər edən bütün hə

"Yalı çapkını" serialının heyətində dəyişiklik edilib.

Xəbər verdiyimiz kimi, liposaksiya əməliyyatından sonra dünyasını dəyi�

Ukraynanın hansı çətinlikləri var? Ukraynanın əsas çətinliyi - konstitu

Astrologiyaya görə, bəzi bürclər adilikdən və durğunluqdan sıxılır v�
