"Kişinin də arvadı artist olar?" Xalq artisti
Şou-biznes 20 Mar 2025 10:26:00 62 0
Xalq artisti Tariyel Qasımov APA-nın "Əsrin yaşıdı" layihəsində müsahibə verib.
Bu xəbəri də oxu: "Eurovision 2025"in ən çox dinlənilən MAHNILARI
Son.az həmin müsahibədən bəzi hissələri təqdim edir:
- Adətən belə bir dilemma ilə daha çox aktrisalar qarşılaşırlar: Sənətlə ailə arasında seçim etməli olurlar, ailəni sənətə qurban verirlər. Aktyorlar da bu cür seçim qarşısında qalırlar?
- Bu yaxşı sualdır. Kişilərin də belə dilemması olur. Biz Rza Təhmasibin tələbəsi olmuşuq. Qrupda on qız, on oğlan idi. Bir dəfə ondan səbəbini soruşanda dedi ki, özü bu cür seçib. O bizə deyirdi ki, kursu qurtaranda hərəniz bu qızlardan biri ilə ailə qurun ki, sizi başa düşsünlər. Başqası sizi başa düşməyəcək. Belə olanda mən Xuraman Hacıyevaya meyilləndim. Dedim, Xuraman, gəl evlənək. Sən qəşəng qızsan, mən də pis oğlan deyiləm. Razılaşdı. Amma dedim, Xuraman, bir şərtlə, mən artist olum, sən yox. Sən başqa sahə ilə məşğul ol. Dedi yox, bəs mən artistliyi niyə oxuyuram? Dedim yox, onda bizimki tutmaz. Tutmadı da.
- Niyə yoldaşınızın aktrisa olmağını istəmirdiniz?
- Bilirsən, mən teatrda işləmişəm, bilirəm də nə deyirəm. Səbəbini açıqlamaram, yaxşı düşməz, amma heç vaxt istəməmişəm ki, yoldaşım aktrisa olsun. Bəlkə də mən kənd uşağı olduğum üçün düşünmüşəm ki, kişinin də arvadı artistmi olar? Həm də bəzi şeyləri gözüm görmüşdü, qorxmuşdum.
- Daha atanızla nə fərqiniz oldu?
- (Gülür) yox. Atam düz eləmirdi, amma mən düz eləmişəm.
Xuramanın da kürəkəni evini satıb onu çöllərdə qoydu
Fövqəladə Hallar Nazirliyi Novruz bayramı ilə əlaqədar yanğın təhlük�

İstanbul şəhər Prokurorluğu şəhər bələdiyyəsinin sədri Əkrəm İmam

Bayden administrasiyası vəzifədən getməzdən əvvəl ölkə daxilində təx

Türkiyənin Aksaray şəhərində ağır yol-nəqliyyat hadisəsi olub.

DİN bayram günlərində şəhər və rayonlarımıza səfər edən bütün hə

"Yalı çapkını" serialının heyətində dəyişiklik edilib.

Xəbər verdiyimiz kimi, liposaksiya əməliyyatından sonra dünyasını dəyi�

Ukraynanın hansı çətinlikləri var? Ukraynanın əsas çətinliyi - konstitu

Astrologiyaya görə, bəzi bürclər adilikdən və durğunluqdan sıxılır v�

Fiziki şəxs Mikayılov Elvin Vaqif oğluna məxsus Bakı şəhəri, Nərimanov

Aşıq Zülfiyyə İbadova maraqlı açıqlamalar verib.
