Bayram günlərində ucuz qiymətə harada istirahət edə bilərik?


Digərləri 20 Mar 2025 06:06:00 81 0

Bayram günlərində ucuz qiymətə harada istirahət edə bilərik?

Novruz bayramı yaxınlaşdıqca ölkə daxilində istirahət etməyi planlaşdıranlar üçün otellərin qiymətləri maraqlı mövzulardan birinə çevrilib.

Son.az bildirir ki,  Azərbaycanın müxtəlif bölgələrində yerləşən otellər bayram günləri üçün xüsusi təkliflər hazırlayıb.

Qiymətlər otelin yerləşdiyi əraziyə, təqdim etdiyi xidmətlərə və bayram proqramlarına görə dəyişir.

Şəki, Qəbələ, Şamaxı, Lənkəran, Quba və digər turistik bölgələrdə yerləşən otellərdə 20-31 mart tarixlərində iki nəfərlik otaqların qiyməti 70 manatdan başlayır və 500 manata qədər yüksəlir. Qiymətlər otellərin təqdim etdiyi xidmətlərə, otaq növünə və bayram proqramlarına görə dəyişə bilər. 

Bəs mövcud qiymətlər normal heab edilə bilərmi? 

İqtisadçı-ekspert Xalid Kərimli BAKU.WS-ə açıqlamasında bildirdi ki, bayram günlərində otellər və iaşə obyektləri qiymətlərini artırırlar: "Burada məsələ ondan ibarətdir ki, tələbat yüksək olur. Çox adam eyni zamanda otellərə getmək istəyir və bu da otellərin qiymətləri nisbətən bahalaşdırması ilə nətiləcələnir. Lakin adi günlərə baxsaq bayramlarda olduğu kimi yüksək qiymətlər görməyəcəksiniz.  

Turizm sahəsində otel, iaşə, əyləncə sektorunda bu dövrlərdə qiymətin bir qədər artması müşahidə olunur. Bu, tələbatın artması ilə bağlıdır və əslində normal hal kimi qəbul olunur. Bu məsələdə sahibkarları günahlandırmaq düz olmazdı. Çünki digər günlərdə otellərə üz tutanların sayı o qədər də çox olmur. Belə günlərdə otellər qiymətlərini tənzimləmək məcburiyyətində qalırlar

Bəzi otellər yalnız gecələmə xidməti təqdim etsə də, bəziləri Novruz bayramına uyğun şou proqramlar, milli mətbəx nümunələri və əyləncə tədbirləri təklif edir. Bu amillər də qiymətlərə təsir edir".

Alternativlər və daha sərfəli seçimlər

Bəzi vətəndaşlar üçün bu qiymətlər yüksək görünsə də, alternativ variantlara əl ata bilərlər:

Kənd turizmi - bölgələrdə ailəvi qonaq evləri daha sərfəli qiymətlər təklif edir.

Kirayə evlər - gündəlik ev kirayələmə variantları bəzi hallarda otellərdən daha ucuz olur.

Sanatoriyalar və istirahət mərkəzləri - bəzi sağlamlıq mərkəzləri də bayram günlərində xüsusi təkliflər irəli sürür.

Turizm mütəxəssisləri tövsiyə edir ki, bayram günlərində istirahət planlayanlar rezervasiyanı əvvəlcədən etsinlər, çünki yerlər sürətlə dolur və son anda qiymətlər daha da arta bilər. Eyni zamanda, müxtəlif otellərin və qonaq evlərinin təkliflərini müqayisə edərək ən uyğun seçimi etmək mümkündür. /BAKU.WS

İslamda evlilik yaşı neçədir? like
  • 20 Mar 05:05  
Digərləri İslamda evlilik yaşı neçədir?

"Bəzi insanları nə qədər maarifləndirsək də dindən də, qanunveric

arrow Ətraflı
Şəbnəm oğlu ilə  FOTO like
  • 20 Mar 04:04  
Şou-biznes Şəbnəm oğlu ilə FOTO

Müğənni Şəbnəm Tovuzlu oğlu Əli ilə fotosunu yayımlayıb. 

arrow Ətraflı
"Eurovision 2025"in ən çox dinlənilən MAHNILARI like
  • 20 Mar 03:03  
Şou-biznes "Eurovision 2025"in ən çox dinlənilən MAHNILARI

Beynəlxalq "Avroviziya-2025" mahnı müsabiqəsi may ayında start g�

arrow Ətraflı
2 metr boy, 200 kiloqram çəki  Tarixin ən nəhəng HÖKMDARI like
  • 20 Mar 02:02  
Digərləri 2 metr boy, 200 kiloqram çəki Tarixin ən nəhəng HÖKMDARI

Tarixdə böyük uğurları yaxud məğlubiyyətləri ilə yadda salan yüzlər

arrow Ətraflı
58 yaşında gənc qızlara MEYDAN OXUDU like
  • 20 Mar 01:01  
Şou-biznes 58 yaşında gənc qızlara MEYDAN OXUDU

Dünyaca məşhur 58 yaşlı aktrisa Salma Hayek "Marie Claire" jurnal

arrow Ətraflı
BMTnin Qəzzadakı qonaq evinə hücum  Ölən və yaralılar var like
  • 20 Mar 00:49  
Dünya BMTnin Qəzzadakı qonaq evinə hücum Ölən və yaralılar var

BMT-nin Qəzzadakı Layihə Xidmətləri Ofisinə (qonaq evinə) hücum edilib,

arrow Ətraflı
"Rusiya ABŞ və Avropada təxribat törətməyib"  Peskov like
  • 20 Mar 00:48  
Digərləri "Rusiya ABŞ və Avropada təxribat törətməyib" Peskov

"Rusiyanın təxribatını, dezinformasiyasını və kiberhücumlarını iz

arrow Ətraflı
Xatun oğlunun ailəsini paylaşdı like
  • 20 Mar 00:39  
Şou-biznes Xatun oğlunun ailəsini paylaşdı

Müğənni Xatun Əliyeva oğlu Adil ilə bağlı diqqət çəkən paylaşım ed

arrow Ətraflı
“85 milyonun sülhü üçün çalışırıq”  Ərdoğan like
  • 20 Mar 00:29  
Digərləri “85 milyonun sülhü üçün çalışırıq” Ərdoğan

"Kənd təsərrüfatı dövrü bitdi" ittihamı ilə şərlənən Tür

arrow Ətraflı
“87 yaşlı atam da “TikTok”da oturur”  Xoşqədəm like
  • 20 Mar 00:20  
Şou-biznes “87 yaşlı atam da “TikTok”da oturur” Xoşqədəm

"Atamın 87 - 88 yaşı var. O da oturub "TikTok"da". 

arrow Ətraflı
Tramp İrana ultimatum verdi like
  • 20 Mar 00:13  
Dünya Tramp İrana ultimatum verdi

ABŞ Prezidenti Donald Tramp İrana ultimatum verib.

arrow Ətraflı
Günün qoroskopu: Büdcənizi planlamaq üçün uyğun gündür like
  • 20 Mar 00:01  
Digərləri Günün qoroskopu: Büdcənizi planlamaq üçün uyğun gündür

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"

arrow Ətraflı
Azərbaycanda Novruz bayramı qeyd edilir like
  • 20 Mar 00:00  
Digərləri Azərbaycanda Novruz bayramı qeyd edilir

Azərbaycanda Novruz bayramı qeyd edilir.

arrow Ətraflı
Azərbaycanda aptekdə dəhşət  bıçaqla hədələyib kassanı yardı like
  • 19 Mar 23:32  
Kriminal Azərbaycanda aptekdə dəhşət bıçaqla hədələyib kassanı yardı

Oğuz şəhərində yerləşən apteklərin birində quldurluq hadisəsi qeydə

arrow Ətraflı
İmamoğlunun diplomu niyə ləğv edildi?  Detallar like
  • 19 Mar 23:22  
Digərləri İmamoğlunun diplomu niyə ləğv edildi? Detallar

İstanbul Universitetinin içərisində İstanbul bələdiyyəsinin sədri Ekrem

arrow Ətraflı