2 metr boy, 200 kiloqram çəki Tarixin ən nəhəng HÖKMDARI
Digərləri 20 Mar 2025 02:02:00 85 0
Tarixdə böyük uğurları yaxud məğlubiyyətləri ilə yadda salan yüzlərlə monarxın adı məlumdur. Amma bəzən monarxlar döyüş meydanındakı qələbələri yaxud siyasi gedişləri ilə deyil, sadəcə öz həyat tərzləri və fiziki quruluşları ilə də yadda qalırlar.
Bu xəbəri də oxu: İmamoğlunun nədə ittiham olunduğu AÇIQLANDI
Son.az tarixin ən nəhəng monarxı adlandırılan Tonqa kralı IV Taufahau Tupou (1918-2006) haqda yazını təqdim edir.
IV Taufahau Tupou 1965-ci ildən 2006-cı ilə qədər Tonqa Kralı olub. IV Taufahau Tupou (red - bundan sonra sadəcə Tupou adlandırılacaq) təxminən iki metr hündürlüyə və 200 kq-a qədər çəkiyə malik idi. Lakin Tupounun böyük çəkisi və artıq piyləri onu bütün həyatı boyu onu müşayiət etməmişdi. Gənclik illərində o, əsl idmançı, əla reqbi oyunçusu idi və sonra təhsil aldığı Sidney Universitetinin komandasında oynadı.
Daha sonra, artıq kral olduqdan və dövlət işləri ilə maraqlanandan sonra sürətlə çəki almağa başladı və çəkisi iki yüz kiloqrama çatdı. Sonradan kral fiziki durumundan bezdi və idman zalına sıx səfərləri və yağsız şorbalardan ibarət pəhrizi ilə çəkisini azaltdı. Nəticə heyrətamiz olur: Tupou gəncliyində olduğu kimi ideal çəkiyə dönür və 88 yaşına qədər yaşayır.
Görünə bilər ki, Tupou xasiyyətcə sərt idi, amma bu belə deyildi. O, universitetdə hüquq dərəcəsi alır, tarix və incəsənətlə maraqlanır, paralel olaraq yerli jurnalın redaktoru kimi çalışır. Onu bəzən ölkənin ən savadlı adamı adlandırırdılar. Eyni zamanda o, həsəd aparacaq dərəcədə həvəslə kitablar oxuyurdu. Tupou III Tutmozdan başlayaraq müasirlərinə qədər böyük siyasi xadimlərin tərcümeyi-hallarına və əsərlərinə üstünlük verirdi. Tonqa kralı hətta hakimiyyətinə Tonqa əlifbasının islahatı barədə qərarla başladı.
Dünyaca məşhur 58 yaşlı aktrisa Salma Hayek "Marie Claire" jurnal

BMT-nin Qəzzadakı Layihə Xidmətləri Ofisinə (qonaq evinə) hücum edilib,

"Rusiyanın təxribatını, dezinformasiyasını və kiberhücumlarını iz

Müğənni Xatun Əliyeva oğlu Adil ilə bağlı diqqət çəkən paylaşım ed

"Kənd təsərrüfatı dövrü bitdi" ittihamı ilə şərlənən Tür

"Atamın 87 - 88 yaşı var. O da oturub "TikTok"da".

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"

Oğuz şəhərində yerləşən apteklərin birində quldurluq hadisəsi qeydə

İstanbul Universitetinin içərisində İstanbul bələdiyyəsinin sədri Ekrem

30 yaşlı model Aytən Muradova plastik cərrah Saleh Əsgərlinin etdiyi lipos

ABŞ Prezidenti Donald Tramp və Ukrayna Prezidenti Volodimir Zelenski arasında

Səhər saatlarında saxlanılan İstanbul Böyük Şəhər Bələdiyyə sədri

Müğənnilər Yeganə Mürsəlova və Nazənin Salayeva yeni görüntüləri il
