Mnatsakanyan: İşğal edilmiş ərazilərdə hərbi cinayətləri Ermənistanın hərbi polisi və hərbi prokurorluğu araşdırıb
Kriminal 17 Mar 2025 17:46:00 75 0
Martın 17-nə Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Lyova Mnatsakanyan bildirib ki, işğal olunmuş ərazilərdə hərbi xidmət etmiş erməni sakinlər və Ermənistan Respublikasının vətəndaşlarının törətdikləri hərbi cinayətlərin təhqiqatını Ermənistanın Hərbi Polisi, ibtidai istintaqını isə Ermənistanın Hərbi Prokurorluğu aparıb.
Bu xəbəri də oxu: Şəkidə məktəbliyə qarşı sinif yoldaşlarından amansız hərəkət
Son.az AZƏRTAC-a istinadən bildirir ki, o, daha sonra cinayət işlərinə Ermənistan ərazisində yerləşən Sünik hərbi məhkəməsində baxıldığını deyib.
Təqsirləndirilən şəxs vurğulayıb ki, hərbi struktur eyni olduğundan hərbi qulluqçular tərəfindən xidmət etdikləri müddət ərzində törətdikləri hərbi cinayətlər, işğal olunmuş ərazilərdə erməni sakin, yaxud Ermənistan vətəndaşı olmasından asılı olmayaraq, Ermənistandakı analoji cinayətlər kimi eyni statusla araşdırılıb və qərar verilib.
Xatırladaq ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.
Milli Məclisin 70 saylı Neftçala seçki dairəsindən seçilən deputatı,

Beynəlxalq Muğam Mərkəzində Xalq artisti, "Şöhrət"ordenli sən

Müğənni Talıb Talenin ailəsində ağır itki üz verib.

Son astroloji araşdırmalar və ekspert rəyləri göstərir ki, bəzi bürclə

Bir neçə gündür Abşeron dairəvi dəmir yolu xətti üzrə sürət qatarı

Məşhur türkiyəli aktrisa yeni görüntüsü marağa səbəb olub.

Abşeron rayonunda azyaşlı övladlarının əlini yandıran qadın cinayət m�

Dövlət Uşaq Filarmoniyası "Gəl, Novruzum" adlı konsert proqramı

Ruanda Belçika ilə diplomatik münasibətlərini kəsmək qərarına gəlib.

Martın 17-ə Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesin

Alla Puqaçova demək olar ki, hər gün kosmetoloqlara baş çəkir və onun fo

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev bu gün Rusiya Fe

"CineMastercard" kinoteatrlar şəbəkəsi təkcə uşaqlara deyil, b�
