Bakıda əmək hüquqlarını pozan şirkət barədə iş məhkəməyə göndərilib
Digərləri 17 Mar 2025 13:07:00 60 0
"Elay İnşaat" MMC tərəfindən işçilərin əmək hüquqlarının pozulması faktı ilə bağlı Bakı şəhəri, Nəsimi rayon prokurorluğunda araşdırma aparılıb.
Bu xəbəri də oxu: Ən ölümcül xərçəng növü
Nəsimi rayon prokurorluğundan Son.az-a bildirilib ki, araşdırma zamanı qeyd olunan hüquqi şəxs tərəfindən əmək qanunvericiliyində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən (bağlanmadan) 2 nəfər şəxsin Nəsimi rayonu ərazisində müvafiq işlərin yerinə yetirilməsinə cəlb edilməsi müəyyən edilib.
Faktla bağlı Nəsimi rayon prokurorluğunda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (əmək müqaviləsi (konktraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi) maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanaraq baxılması üçün aidiyyəti üzrə Suraxanı rayon məhkəməsinə göndərilib, məhkəmənin qərarı ilə hüquqi şəxs 20.000 manat məbləğində inzibati cərimə edilib.
Eyni zamanda Cəmiyyətin direktoru İmanov Elçin Yağub oğlu barəsində həmin Məcəllənin eyni maddəsilə inzibati xəta haqqında iş üzrə icraat başlanaraq baxılması üçün aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə göndərilmiş və vəzifəli şəxs müvafiq qərarla 3.000 manat məbləğində cərimə edilib.
AZAL-ın Aktau yaxınlığında qəzaya uğrayan təyyarəsinin kapitanı, Milli

ABŞ lideri Donald Tramp Ağ Evdəki postda sələfi olan Co Baydeni məsxərəy

Xanlar Rüstəm oğlu Vəliyev 1-ci dərəcəli "Vətənə xidmətə görə

Böyük Okean açıqlarında itib 95 gün dənizdə yalnız qalan Perulu balıq�

Azərbaycanda martın 18-də Bakıda və Abşeron yarımadasında hava şərai

Martın 16-da vəfat edən Xalq artisti Ənvər Həsənovla vida mərasimi keçi

Yüksək məhsuldarlığına və digər müsbət keyfiyyətlərinə baxmayaraq,

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyy

Xəbər verdiyimiz ki, Sumqayıtda 34 yaşlı qadın liposaksiyadan sonra ölüb

Xalq artisti Ağadadaş Ağayevin mühafizəçiyə atdığı balta özünə qayt

Ölkəmizdə rəsmi səfərdə olan Rusiya Federasiyası Federal Məclisi Federa

"Övladla ata arasında incimək olur. Böyük oğlum Teymurdan da inciyir�

Azərbaycan avtomobil bazarında bəzi modellərin qiymətlərinin həddindən a
