Vüsalə Əlizadə Türkiyədə xəstəxanaya yerləşdirildi
Şou-biznes 01 Sen 2025 15:44:00 74 0
Aparıcı Vüsalə Əlizadə Türkiyədə xəstəxanaya yerləşdirilib.
Bu xəbəri də oxu: İremin bu görüntüləri sevənlərini üzdü
Son.az xəbər verir ki, bu barədə aparıcı sosial media hesabında yazıb. O bildirib ki, səhhətində yaranan problemə görə, xəstəxanaya getməli olub:
"Analizlərdən sonra gecəni xəstəxanada keçirtdim. Həkimim "Heç nə yoxdur, sadəcə 2 saat sizi yatıracağıq" dedi. Yəni, bunun adı "əməliyyatdır".
Vüsalə haqqında yazılan şərhlərə də cavab verib:
"Bəzən bilib-bilmədən bəxtəvərlik oxuyub nəfsini tökən, "Kaş onun yerində olaydım!" deyənlər. Onlara nə var, kefdədirlər dərdləri, sərləri yox kimi cılız yanaşmalar. Bu fikirlər təkcə mənim üçün deyil, sosial gündəmdə olan bir çoxları üçün səslənir. Mənim həyatımın marağında olanlar bir ayrı ordudur.
Heç kimin həyatında,qazancında, ruzusunda, azında, çoxunda gözüm olmayıb, öz kiçik dünyamda sevdiklərimlə, bir balamla xoşbəxt olmağa çalışmışam. Mənim də o qədər çatan-çatmayan tərəflərim olub ki, var da! Amma heç kimin yaşamına, heyatına baxıb köks ötürməmişəm. Allahımın mənə məsləhət bilib verdikləri ilə yetinmişəm və dünya malına heç vaxt "mənimdir" deməmişəm.
Hər dua edəndə deyirəm ki, "Allahım, sənin olanları mənim hansısa savabıma, xeyir əməlimə görə mükafat vermisən. Çünki mal-mülk də Allahındır! Necə ki, məktəbdə yaxşı oxuyub, yaxşı qiymət aldığımız kimi, gözəl həyatımız da Allahın hədiyyəsidir. Amma bunun bədəlini hərə bir cür verir, inanın ki, verir. 17 yaşımdan sağlamlığımla mübarizə aparıram. 23 ildir ki, hər səhər-axşam müalicə alıram, şikayət etmirəm, qismətim belədir. Allah birini alanda, başqasını verir. Mən yenə də Allahın ətəyindən əlimi üzmədim. Allahım məni sınadı.
Ana olmaq üçün hansı risklərdən keçdim. Nə gözəl ki də keçdim, minlərlə qadına stimul verib arzularının çiçək açmasına səbəb oldum. Çox şükür bu günə. Deməyim odur ki, həyat mücadilədir, bir savaşdır, biz də savaşçı, öz heyatınızın səngərində vuruşun, başqa səngərin nə enişi-yoxuşu var bilmirsiniz, nəfsinizin qurbanı olmayın. Hər kəs qismətinə yazılanı yaşayacaq. İnşallah ki, qismətimizə gözəl günlər yazılsın. Yazan, maraqlanan, nigaran qalan hər kəsə çox təşəkkür edirəm, minnətdaram.
Qeyd edim ki, böyrək problemi deyil. Kiçik bir kista yaranmışdı. Hər şey yaxşıdır və daha yaxşı olacaq. Əvvəlcə özünüzü sevin, sonra sizi var edənləri. Allaha əmanət olun".
Xatırladaq ki, Vüsalə uzun illər böyrək çatışmazlığından əziyyət çəkib. Anası ona bir böyrəyini verib. Aparıcının Dilək adlı bir qızı var. /Axşam.az
Türkiyə sosial mediasında yayılan görüntülər diqqət çəkib.

Lotereyada iştirak et, Evini "OBA" ilə doldur!

Pakistan Ermənistanla diplomatik münasibətlər qurmağa Azərbaycanla məslə

Yaxın gələcəkdə Zəngəzur dəhlizi həm Orta Dəhlizin, həm də Şimal-C�

Orta Dəhliz Azərbaycan vasitəsilə Çin və Mərkəzi Asiyanı Avropa ilə bi

Azərbaycan regionda Çinin etibarlı tərəfdaşıdır.

Sentyabrın 1-dən Rusiyada əlavə dövlət rüsumları, o cümlədən qeydiyya

Azərbaycan Çinin beynəlxalq sülh, təhlükəsizlik və inkişafı təşviq e

Azərbaycan-Çin əlaqələri son iki ildə keyfiyyətcə yeni mərhələyə yü

Tramp administrasiyasının Qəzzanın yenidən qurulması planı Fələstin ank

1 sentyabr 2025-ci il tarixində ATƏT Nazirlər Şurası tərəfindən ATƏT-in

Əməkdar artist Gülzar Qurbanova rejissor həyat yoldaşı Elxan Cəfərovla i

Meyxanaçı Namiq Qaraçuxurlu Rusiya sərhəddində başına gələn hadisə il

Bakıda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
