İki aydır qərar verilib: İş saatları nə vaxt dəyişdiriləcək?


Digərləri 15 Mar 2025 12:20:00 78 0

İki aydır qərar verilib: İş saatları nə vaxt dəyişdiriləcək?

Bir müddət öncə Bakı şəhərinin nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi üzrə 2025-2030-cu illər üçün dövlət proqramı təsdiqləndi. Proqramda yer alan əsas məsələlərdən biri iş qrafikinin dəyişdirilməsi idi. Qərarda qeyd edilib ki, dövlət orqanlarının (qurumlarının), təhsil və tibb müəssisələrinin, habelə digər hüquqi və fiziki şəxslərin iş rejiminin dəyişkən iş qrafikinə əsasən təşkili, distant iş rejiminin tətbiqi, həmçinin nəqliyyatda gediş haqlarının günün pik saatlarında baha, digər saatlarda ucuz olması kimi məsələlər diqqət yetirilməli tədbirlərdəndir.

Məsələ ilə əlaqədar mətbuatda yazılar yazıldı, geniş müzakirə olundu. Lakin sərəncamdan iki ay keçməsinə baxmayaraq, hələ də bununla bağlı addımlar atılmayıb.

Maraqlıdır, iş saatları nə vaxt dəyişdiriləcək? Bu istiqamətdə təşəbbüslər varmı?

"Dövlət qurumları öz işini qurur"

Millət vəkili Vüqar Bayramov deyir ki, dövlət proqramında nəzərdə tutulan fəaliyyətlər birmənalı şəkildə reallaşacaq: "Dövlət proqramının təsdiqindən uzun müddət keçməyib. Bu proqramın özəlliyi odur ki, burada hər bir fəaliyyət üzrə zaman müəyyənləşdirilib. Artıq dövlət qurumları proqramda nəzərdə tutulan fəaliyyətlərə uyğun olaraq öz işlərini qururlar. Birmənalı şəkildə dövlət proqramında nəzərdə tutulan fəaliyyətlər icra olunacaq".

"Qısa müddətdə şahidi olacağıq?"

Millət vəkili deyir ki, proqram həm nəqliyyat sektorunun inkişafı baxımından mühümdür, həm də bütövlükdə Bakı şəhərində tıxacın və sıxlığın aradan qaldırılmasına təkan verəcək: "Proqram bu ildən icra olunmağa başlanıb, iki aya yaxın vaxt keçib. Bu, uzun müddət deyil. Biz növbəti dövrlərdə bu proqram çərçivəsində kifayət qədər əhəmiyyətli və Bakının nəqliyyat infrastrukturuna təsir göstərəcək qaydaları müşahidə edəcəyik. Biz bütövlükdə nəqliyyat infrastrukturunun beynəlxalq standartlara uyğun olaraq daha da təkmilləşdirilməsinin qısa müddətdə şahidi olacağıq".

Proqramın məqsədi

Məlumat üçün bildirək ki, proqrama əsasən, 2025-2026-cı illərdə dövlət qurumları, təhsil və tibb müəssisələri, eləcə də digər hüquqi və fiziki şəxslərin iş rejimi dəyişkən iş qrafiki əsasında təşkil ediləcək. Müvafiq siyahılar Nazirlər Kabineti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Elm və Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi və TƏBİB tərəfindən təsdiqlənəcək. Proqram Bakı şəhərinin Baş Planına (2020-2040) uyğun olaraq, Bakı şəhərinin və ətraf ərazilərin nəqliyyat infrastrukturunun təkmilləşdirilməsini, iqtisadi inkişafın sürətləndirilməsini və insanların həyat keyfiyyətinin artırılmasını hədəfləyir. Dövlət Proqramı əhaliyə keyfiyyətli nəqliyyat xidmətləri göstərilməsi, ərazinin perspektiv inkişafı nəzərə alınmaqla yol hərəkətinin bütün iştirakçılarının təhlükəsizliyinin təmin edilməsi, ümumi istifadədə olan nəqliyyat xidmətlərinin keyfiyyətinin, dayanıqlılığının və əlçatanlığının artırılması, həmçinin fərdi mobil nəqliyyat vasitələrinin, nəqliyyat və piyada infrastrukturundan istifadənin müasir tələblərə cavab verən səviyyədə təmin edilməsi və nəqliyyatda rəqəmsal texnologiyaların tətbiqi prinsipləri əsasında hazırlanıb. Məqsəd nəqliyyat sisteminin təkmilləşdirilməsi nəzərdə tutulan Bakı şəhərində və ətraf ərazilərdə dayanıqlı nəqliyyat sisteminin qurulması, sərnişin mobilliyinin keyfiyyətinin artırılması və yol-nəqliyyat hadisələrinin, habelə ekologiyaya dəyən ziyanın həcminin azaldılması üçün zəruri tədbirlər görülməsidir.

"Bunun üçün vaxt lazımdır"

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov deyir ki, iş qrafikinin dəyişməsi kompleks yanaşma tələb edir və bunun üçün vaxt lazımdır: "Bu, bir qərarla qısa müddətdə həll olunası məsələ deyil. İş qrafikinin dəyişdirilməsi üçün kompleks tədbirlər həyata keçirilməlidir. Bundan əlavə, bu dəyişiklik işəgötürənlərin rəyi əsasında həyata keçirilə bilər. Kollektivi çox olan iş yerlərində qrafikin dəyişdirilməsi şəhərdə tıxacların azalmasına səbəb ola bilər. 10-15 nəfərin işlədiyi müəssisələrdə bunu tətbiq etmək mümkün olmayacaq".

"Tıxac yaradan amillər araşdırılmalıdır"

Hüquq müdafiəçisi deyir ki, əvvəlcə əsas tıxac yaradan amillər araşdırılmalıdır: "Əsas tıxac yaradan müəssisələr məktəblər, universitetlərdir. Yay aylarında da insanlar işə gedir, amma nəqliyyatda problemlər qış aylarında olduğu kimi deyil. Səbəb təhsil müəssisələrinin tətildə olmasıdır. Qərar qəbul olunur, icraçılar hərtərəfli araşdırma aparıb, monitorinqlər keçirdikdən sonra addım atırlar. Bu məsələnin dərhal həll olunması mümkün deyil. Ola bilər ki, bir müddət sonra bu məsələyə qayıdılacaq". ("Kaspi" qəzeti)

"Atası qızımla görüşmür" like
  • 15 Mar 12:11  
Şou-biznes "Atası qızımla görüşmür"

Xəbər verdiyimiz kimi, müğənni Aysun İsmayılova və vəkil həyat yoldaş

arrow Ətraflı
Qonşusu qızının əxlaqsız həyat keçirdiyini dedi, ata qızını bıçaqladı  11 il həbs like
  • 15 Mar 12:01  
Digərləri Qonşusu qızının əxlaqsız həyat keçirdiyini dedi, ata qızını bıçaqladı 11 il həbs

Qızını 5 bıçaq zərbəsi ilə qəsdən öldürməyə cəhd edən, şərti a

arrow Ətraflı
“Xəstəxanada dedilər ki, iynə vurmağa icazə yoxdur, oğlum öldü...” like
  • 15 Mar 11:51  
Digərləri “Xəstəxanada dedilər ki, iynə vurmağa icazə yoxdur, oğlum öldü...”

Şəkinin 10 kəndinin sakinlərinin uzun illər istifadə etdikləri xəstəxan

arrow Ətraflı
Reytinqli proqram uzun müddət sonra ekranlara qayıdır like
  • 15 Mar 11:43  
Şou-biznes Reytinqli proqram uzun müddət sonra ekranlara qayıdır

"Yetenek sizsiniz Türkiye" yarışması yenidən ekranlara qayıdır.

arrow Ətraflı
Bakıda daha bir məşhur restoranın fəaliyyəti dayandırıldı like
  • 15 Mar 11:34  
Digərləri Bakıda daha bir məşhur restoranın fəaliyyəti dayandırıldı

FHN yanğın təhlükəli şadlıq saraylarının fəaliyyətini dayandırıb.

arrow Ətraflı
Azərbaycanda 500 nəfər böyrək gözləyir like
  • 15 Mar 11:21  
Digərləri Azərbaycanda 500 nəfər böyrək gözləyir

Xroniki böyrək çatışmazlığı üzrə Tədbirlər Proqramı çərçivəsind

arrow Ətraflı
Azərbaycanın D8ə qoşulması təsdiqləndi like
  • 15 Mar 11:20  
Siyasət Azərbaycanın D8ə qoşulması təsdiqləndi

Prezident İlham Əliyev Azərbaycanın D-8-ə qoşulmasını təsdiqləyib.

arrow Ətraflı
Nasir Əbdülkərim Əbdürrəhman “Dostluq” ordeni ilə təltif edilib like
  • 15 Mar 11:20  
Siyasət Nasir Əbdülkərim Əbdürrəhman “Dostluq” ordeni ilə təltif edilib

Nasir Əbdülkərim Əbdürrəhman "Dostluq" ordeni ilə təltif edili

arrow Ətraflı
Prezident bu hərbi qulluqçuları təltif etdi like
  • 15 Mar 11:19  
Siyasət Prezident bu hərbi qulluqçuları təltif etdi

Prezident İlham Əliyev Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyini

arrow Ətraflı
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin Nizamnaməsində dəyişiklik edilib like
  • 15 Mar 11:16  
Siyasət Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin Nizamnaməsində dəyişiklik edilib

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin Nizamnaməsində dəyişiklik edi

arrow Ətraflı
Laçında iki ceyran görünüb like
  • 15 Mar 11:14  
Digərləri Laçında iki ceyran görünüb

Laçında iki ceyran görünüb.

arrow Ətraflı
19 yaşlı qız maşını maneəyə çırpdı: ağır xəsarət aldı like
  • 15 Mar 11:00  
Digərləri 19 yaşlı qız maşını maneəyə çırpdı: ağır xəsarət aldı

Abşeron rayonunda 19 yaşlı gənc qız yol qəzasında xəsarət alıb.

arrow Ətraflı
Tramp kütləvi ixtisarlara davam edir  10 min nəfər işdən qovulacaq like
  • 15 Mar 10:54  
Dünya Tramp kütləvi ixtisarlara davam edir 10 min nəfər işdən qovulacaq

ABŞ Poçt Xidməti (USPS) agentlikdə səmərəliliyi artırmaq məqsədilə 10

arrow Ətraflı