Qonşusu qızının əxlaqsız həyat keçirdiyini dedi, ata qızını bıçaqladı 11 il həbs
Digərləri 15 Mar 2025 12:01:00 65 0
Qızını 5 bıçaq zərbəsi ilə qəsdən öldürməyə cəhd edən, şərti adı Mahir Rəhimov olan şəxsin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Bu xəbəri də oxu: Ramazanın 15ci günü:
Son.az xəbər verir ki, hadisə fevralın 9-da Lökbatan qəsəbəsi, "Qobu Park-2" yaşayış kompleksi, 22 ünvanında baş verib.
İstintaqla müəyyən edilib ki, həmin vaxt Mahir Rəhimovu yaşadığı binanın sakini, şərti adı Azad Tağıyev söhbət etmək üçün çölə çağırıb və ona qızının əxlaqsız həyat tərzi keçirdiyini bildirib. Bunu eşidən ata övladını cəzalandırmaq qərarına gəlib. Bu məqsədlə mətbəxdən məişət təyinatlı bıçağı götürüb dəhlizdə dayanan qızına yaxınlaşıb. Arvadının gözləri qarşısında qızının bədəninin müxtəlif nahiyələrinə ümumilikdə 5 dəfə zərbə endirib. Qəzəbli ataya səs-küyə gələn qonşu mane olub. Xəstəxanaya çatdırılan qızın həyatını xilas etmək mümkün olub.
İş üzrə dindirilmiş, şərti adı Mahir Rəhimov bildirib ki, fevralın 8-i qonşusu, şərti adı Azad Tağıyev olan şəxs mobil telefonundakı qızının şəklini və ismarıcları "WhatsApp" tətbiqi vasitəsilə onun telefonuna göndərib. O da məsələ ilə bağlı qızı ilə söhbət edib, ailəsinin adını ləkələməməsini, əks halda onu öldürəcəyini bildirib. Lakin səhəri gün qonşu yenidən qızının əxlaqsız həyat tərzi keçirdiyini və ondan polisə şikayət etdiyini söyləyib. Bundan qəzəblənən ata qızını bıçaqlamaq qərarına gəlib. O, ittiham üzrə özünü qismən təqsirli bilərək övladını öldürmək niyyətində olmadığını, sadəcə cəzalandırmaq istədiyini deyib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, xüsusi amansızlıqla qəsdən adam öldürməyə cəhd maddəsi ilə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 11 il 3 ay müddətinə azadlıqdan məhrum olunub.
Asya Son.az
Şəkinin 10 kəndinin sakinlərinin uzun illər istifadə etdikləri xəstəxan

Bərdədə uşaq bağçasında uçqun olub.

"Yetenek sizsiniz Türkiye" yarışması yenidən ekranlara qayıdır.

FHN yanğın təhlükəli şadlıq saraylarının fəaliyyətini dayandırıb.

Xroniki böyrək çatışmazlığı üzrə Tədbirlər Proqramı çərçivəsind

Prezident İlham Əliyev Azərbaycanın D-8-ə qoşulmasını təsdiqləyib.

Nasir Əbdülkərim Əbdürrəhman "Dostluq" ordeni ilə təltif edili

Prezident İlham Əliyev Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyini

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin Nizamnaməsində dəyişiklik edi

Azərbaycan Respublikası Qırğızıstan Respublikası ilə Tacikistan Respubli

Abşeron rayonunda 19 yaşlı gənc qız yol qəzasında xəsarət alıb.

ABŞ Poçt Xidməti (USPS) agentlikdə səmərəliliyi artırmaq məqsədilə 10

Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyi Azərbaycan və Ermənist
