Qırğızıstan Azərbaycan və Ermənistan arasında Sülh sazişi layihəsinin mətni üzrə danışıqların yekunlaşmasını alqışlayır
Siyasət 15 Mar 2025 10:36:00 66 0
Qırğızıstan Azərbaycan və Ermənistan arasında Sülh sazişi layihəsinin mətni üzrə danışıqların yekunlaşmasını alqışlayır.
Bu xəbəri də oxu: Səudiyyə Ərəbistanı Azərbaycan və Ermənistan arasında sülh razılaşmasını alqışlayır
Trend xəbər verir ki, bu barədə Qırğızıstan Xarici İşlər Nazirliyi bəyanat yayıb.
"Tərəflərin sülh sazişinin bağlanması istiqamətində göstərdikləri səylərə dəstək ifadə edirik. Bu səylər Azərbaycan və Ermənista arasındakı münasibətlərdə tarixi bir hadisəyə çevrilməlidir. Qırğızıstan Respublikası Cənubi Qafqazda uzunmüddətli sülhün və sabitliyin bərqərar olmasının tərəfdarıdır və bununla əlaqədar Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasındakı münasibətlərin normallaşması prosesinin konstruktiv xarakterini böyük nikbinliklə qeyd edir", - bəyanatda deyilir.
Xatırladaq ki, ötən gün Azərbaycan XİN Azərbaycan və Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Saziş layihəsinin mətni üzrə danışıqların yekunlaşdığını elan edib.
"Bununla yanaşı, danışıq aparılmış mətnin imzalanması üçün əsas şərtin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı iddiaların aradan qaldırılması məqsədilə Ermənistanın konstitusiyasına dəyişiklik edilməsi olduğu barədə Azərbaycanın uzunmüddətli və prinsipial mövqeyini bir daha diqqətə çatdırırıq.
Eyni zamanda, ATƏT-in köhnəlmiş və qeyri-funksional Minsk Qrupunun və aidiyyəti strukturların rəsmi şəkildə ləğv olunmasının zəruriliyini vurğulayırıq. İki ölkə arasında normallaşma prosesi ilə bağlı bu və digər məsələlər üzrə ikitərəfli dialoqu davam etdirməyə hazırıq", - deyə XİN-dən bildirilib.
"İlk dəfə əmək fəaliyyətinə başlayanalar üçün sağlamlıq aray�

Meksikanın cənubunda yerləşən Oaxaca ştatında 5.5 bal gücündə zəlzəl

Qəbələ rayonunun Zarağan kəndində beşmərtəbəli yaşayış binasının

Antalyanın ( Türkiyə ) Muratpaşa mahalında iki gənc qızın qəbir daşla

Gecə saatlarında paytaxtın Binəqədi rayonu ərazisində partlayış olub.

Şəmkirdə zəhərlənmə hadisəsi baş verib.

XII Qlobal Bakı Forumu sadəcə beynəlxalq sammitlər və konfranslar silsilə

Müsəlman aləmi üçün müqəddəs sayılan Ramazan ayının artıq 15-ci gü

"Deyirlər ki, qadın alimentə görə boşanır. Elə bil ki, dağları ve

Avropa, bir zamanlar mədəniyyətin zirvəsində möhtəşəm şəkildə dayana

Xalq artisti Mələkxanım Eyubovanın bloger qızı Nəzrin Nəcəfova özünə

Rusiya prezidenti Vladimir Putinə Ukraynadan gizli zənglər gəlib.

Estoniyanın xarici işlər naziri Marqus Tsahkna idman naziri və Rusiya Olimpi

Böyük Britaniyada 10 yaşlı Alberto Davila Araqon "Pi" ədədinin r
