"Azərbaycan bizim üçün Qafqazda ən güclü və etibarlı tərəfdaşdır "
Siyasət 15 Mar 2025 07:51:00 72 0
Azərbaycan bizim üçün Qafqaz regionunda ən güclü və etibarlı tərəfdaşdır və belə də olmalıdır.
Bu xəbəri də oxu: "Bakıdakı müzakirələr dünyanın üzləşdiyi əsas problemlərin həllinə töhfə verə bilər"
Bu sözləri XII Qlobal Bakı Forumu çərçivəsində Trend-ə açıqlamasında Latviyanın sabiq müdafiə naziri Artis Pabriks deyib.
O, forumdan gözləntilərini bölüşərək bunları qeyd edib:
"Mənim gözləntilərim və bu forumun yaxşı tərəfi ondan ibarətdir ki, burada yeni ideyalar əldə edilir. İnsanların necə düşündüyünü müqayisə edirsən.
Və əlbəttə ki, yenidən yeni əlaqələr, güclü və köhnələrini üstələyəcək əməkdaşlıqlar əldə etmək mümkündür.
O ki qaldı mənim ölkəm Latviya ilə Azərbaycan arasında münasibətlər, deyərdim ki, çox yaxşı əməkdaşlığımız mövcuddur.
2017-ci ildən strateji tərəfdaşlığımızı qeyd etməliyəm.
Əməkdaşlığa gəlincə, üç sahədə - iqtisadiyyat, siyasət və təbii ki, mədəniyyət və xalqımızı düşündürən hər bir məsələlərdə əməkdaşlığımızıdavam etdiririk".
"Bakının bu forumda rolu böyükdür. Çünki Azərbaycan bu forumu təşkil edir. Azərbaycan olmasaydı forum olmazdı. Ona görə də biz Azərbaycana çox minnətdarıq", - deyə sabiq nazir bildirib.
Qeyd edək ki, XII Qlobal Bakı Forumu 13-15 mart tarixlərində keçirilir. Forum Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən "Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi" şüarı altında təşkil olunub.
Tədbir çərçivəsində qlobal geosiyasi dəyişikliklər, çoxtərəfli yanaşma, qlobal səhiyyə böhranı, bərpa və dünyanın regional sabitliyi, COP29 və digər vacib qlobal məsələlər müzakirə olunacaq.
Forum 60-dan çox ölkədən 300-dən artıq dünya liderini bir araya gətirəcək. Onların sırasında həmçinin 25-dən çox sabiq prezident, 15-dən çox keçmiş baş nazir, BMT və beynəlxalq agentliklərin təxminən 10 rəhbəri, həmçinin 25-dən çox keçmiş nazir və nazir müavini yer alacaq. Son.az
Əməkdar artist Nigar Şabanova sosial şəbəkələrdə gündəm olub.

Bakının Xəzər rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən y

Aktyor Fuad İsgəndərov açıqlaması ilə diqqət çəkib.

Bakıda nəqliyyat infrastrukturuna dair Dövlət Proqramının icrası müzakir

Əməkdar artist Elton Hüseynəliyev müəllim kimi fəaliyyət göstərmək is

Gecə yarısı- xüsusən saat 2-3 radələrində oyanmaq bir çox insan üç�

Müğənni Şəbnəm Tovuzlu Yutubdan qazandığı məbləği açıqlayıb.

111 yaşlı britaniyalı Hilda Lak uzunömürlülüyünün sirrini açıqlayıb.

Dünya şöhrətli Hollivud aktrisası Nikol Kidmanın qızı Sandey Rouz Paris

Minlərlə insan saçlarının sağlam olmasından şikayətlənir. Saç tökül

İnsult təkcə tibbi bir hadisə deyil, həm də həyatı dəyişdirən bir had

Yumurtanın yoxsa badamın daha çox protein ehtiva etdiyini bilirsinizmi? Prote

İngiltərənin məşhur "Top Secret Comedy Club" komediya klubu, boto

NATO Azərbaycan və Ermənistan arasında sülh sazişi üzrə danışıqlar�

Müğənni Almaz Saraylı bahalı geyimi ilə gündəmə gələn müğənniləri
