Ağır qəza ana və 2 yaşlı oğlu öldü
Digərləri 05 Avq 2025 14:27:00 52 0
Avqustun 2-də saat 23:00 radələrində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 21-ci kilometrliyində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Bu xəbəri də oxu: Qərib Baxşəliyevin ailəsində daha bir ağır itki üz verdi
BDYPİ-dən Son.az-a verilən məlumata görə, Qobustan rayon sakini Nuran Faiq oğlu Nuriyev tərəfindən idarə olunan VAZ-21074 markalı, 90 CL 577 dövlət qeydiyyat nişanlı avtomobil yolun müəyyən olunmayan hissəsindən - yerüstü piyada keçidinin altından yolu keçməyə cəhd edən 1993-cü il təvəllüdlü Ülviyyə Vasif qızı Əliyeva və onun 2023-cü il təvəllüdlü azyaşlı oğlunu vurub.
Hadisə nəticəsində ana və övladı aldıqları xəsarətlərdən hadisə yerində həyatlarını itiriblər.
"Yolun düzgün yerindən keçməmək - görünüşdə sadə bir qərardır. Amma bəzən bu qərar, bir ana ilə körpə övladının həyatını əlindən alacaq qədər ağır nəticə doğurur. Baş Dövlət Yol Polisi İdarəsi bu faciəli hadisədən dərin təəssüf hissi keçirir və bir daha hərəkət iştirakçılarını xəbərdar edir: qaydanı pozaraq atılan hər addım - son addımınız ola bilər", - məlumatda deyilir.
Sumqayıtda itkin düşən yeniyetmə qız tapılaraq ailəsinə təhvil verilib

Türkiyədə çimərliklərin birində qeydə alınan görüntü diqqət çəki

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) dəmiryolu ilə sərnişindaş

Dünya şöhrətli müğənni və aktrisa Cennifer Lopez İstanbul Festivalı ç

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər v

Sumqayıt Apellyasiya Məhkəməsində 11 yaşlı qıza qarşı seksual xarakter

Moldova Respublikasının Qaqauziya Muxtar Ərazi Qurumunun (Qaqauz Yeri) rəhb�

Azərbaycanda bir neçə icra hakimiyyətində sektor müdiri - baş mühasib v�

Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin

Yerli KİV-də yayılan məlumatlara görə, Bakının bir çox yanacaqdoldurma

Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli keçəcəyi g�

Azərbaycanda övladlarına aliment verməyən ana cəzalandırılıb.

Braziliyada 13 yaşlı qızın itkin düşməsi ilə bağlı reportaj hazır
