Obama azərbaycanlı rejissorun filmini ən sevdiyi filmlər siyahısına daxil etdi
Digərləri 20 Dek 2025 18:51:00 64 0
ABŞ-nin sabiq prezidenti Barak Obama azərbaycanəsilli iranlı rejissor Cəfər Pənahinin "Sadə bir qəza" filmini 2025-ci il üçün sevdiyi filmlər siyahısına daxil edib.
Bu xəbəri də oxu: Yeni ildə Şaxta baba QİYMƏTLƏRİ 1 saatı 300 manat
Son.az xəbər verir ki, film bu il "Oskar" mükafatlarının "Ən yaxşı beynəlxalq film" nominasiyası üzrə seçilmiş 15 namizəd siyahısına düşüb və Fransa adından bu mükafat uğrunda yarışacaq.
Cəfər Pənahi bundan əvvəl "Sadə bir qəza" filminə görə Kann Kino Festivalının "Qızıl palma budağı" mükafatını qazanıb.
Film həmçinin "Qızıl qlobus" mükafatlarına "Ən yaxşı film", "Ən yaxşı qeyri-ingilisdilli film", Ən yaxşı rejissor" və "Ən yaxşı ssenari" nominasiyalarında namizəd göstərilib.
Cəfər Pənahi Berlin Kino Festivalının "Qızıl ayı", Kannın "Qızıl Palma budağı" və Venesiya Kino Festivalının "Qızıl şir" mükafatlarını qazanmaqla, kino tarixində bu üç nüfuzlu mükafatı əldə edən nadir rejissorlardan biridir.
Xatırladaq ki, Tehran İnqilab Məhkəməsi bundan əvvəl Cəfər Pənahini "rejimə qarşı təbliğat aparmaq" ittihamı ilə bir il həbs cəzası, iki il müddətinə ölkədən çıxış qadağasına, həmçinin siyasi-ictimai qruplara üzvlük qadağasına məhkum edib. Qərar rejissorun çəkdiyi "Sadə bir qəza" filmi ilə əlaqəlidir. Film İranda məcburi hicab siyasətinə etiraz ruhunda çəkilib.
Hazırda xaricdə olan Cəfər Pənahi məhkəmənin barəsində verdiyi həbs cəzasına baxmayaraq, Oskar mərasimindən sonra İrana qayıdacağını açıqlayıb. (Teleqraf)
Bakıda yerləşən orta məktəblərdən birində boğulma təhlükəsi ilə ü
Qarabağ Universitetində çalışan bütün əməkdaşlara Dünya Azərbaycanl�
Sosial şəbəkələrdə paylaşılan fotolar və videolar Azərbaycanda məşhu
Bolqarıstanlı kahinin ən dəhşətli proqnozlarından biri qlobal münaqişə
Məşhur "Yaprak Dökümü" serialında "Leyla" rolunu canla
Sosial şəbəkələrdə yayılan bir görüntü geniş müzakirələrə və tə
"Ford" ABŞ-da parklanma sistemi ilə bağlı nasazlıqlara görə 270
Müğənni Nəfəs məkanların birində səhnə alıb və çıxışı ilə diqq
Rusiyanın Perm şəhərində "kannibal" kimi tanınan Mixail Malışe
Müğənni Aysun İsmayılova son açıqlaması ilə diqqət çəkib.
Gəncədə Vətən müharibəsi iştirakçısı vəfat edib.
Beynəlxalq Muğam Mərkəzində növbəti "Muğamat axşamı" konsert
Rusiya qoşunları Ukraynanın Donetsk bölgəsinin Konstantinovka şəhəri yax
