Bu şəxslər pensiyaya 5 il tez çıxacaq Daha kimlərə bu imtiyaz verilə bilər?


Digərləri 31 İyl 2025 10:40:00 82 0

Bu şəxslər pensiyaya 5 il tez çıxacaq  Daha kimlərə bu imtiyaz verilə bilər?

"Baş nazir "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nda dəyişiklik edilməsi haqqında qərar imzalayıb. Yeni sənədlə daha tez pensiyaya çıxanların siyahısı dəqiqləşdirilərək müəyyən əlavələr edilib. Belə ki, qızıl otağının nəzarətçiləri və emal, qırma, daşıma, topaqələviləşdirmə sahələrində nəzarətçilər əlavə olunmaqla mühəndislər, o cümlədən elektrik mühəndislər ilə yanaşı metallurqlar güzəştli siyahıya daxil edilib".

Son.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov qeyd edib.

O bildirib ki, Nazirlər Kabinetinin etdiyi son dəyişikliklər kontekstində ən çox ünvanlanan sorğulardan biri də güzəştli şərtlər ilə pensiya hüququ kimlərə şamil olunması ilə bağlıdır:

"Belə ki, daha tez pensiyaya çıxmaq hüququ yalnız çox uşaqlı ailələrə deyil, bir sıra digər vətəndaşlarımıza da şamil olunur. Güzəştli şərtlər ilə pensiya hüququ "Əmək pensiyaları" haqqında Qanunla təsbit olunub. Belə ki, Qanunun 8-ci maddəsi "uşaqlara görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ olan şəxsləri", 9-ci maddəsi isə "güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxsləri" müəyyən edir. Sözügedən qanuna əsasən, valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş səkkiz yaşınadək övladlığa və ya qəyyumluğa götürülmüş uşaqlar da daxil olmaqla beş və daha çox uşağı olan və ya əlilliyi olan uşağı olan qadınların və kişilərin, uşaqların səkkiz yaşınadək sağ olması şərtilə yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ var. Bu o deməkdir ki, çox uşaqlı ailələrdə analar 59, əgər bu hüquqdan atalar isə istifadə edirsə o zaman onlar 60 yaşında pensiyaya çıxırlar".

Onun sözlərinə görə, qanunun 9-cu maddəsinə güzəştli şərtlər ilə pensiya hüququ qaznan vətəndaşların isə siyahısı kifayət qədər genişdir:

"Belə ki, axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin Nazirlər Kabinetinin təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Bununla yanaşı, hipovizqanizm xəstəliyinə tutulan şəxslərin (liliputların) və fizioloji mütənasibliyi pozulmuş cırtdanboy şəxslərin azı 5 il sığorta stajı olduqda pensiya yaş həddi 20 il azaldılır".

"Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işlə əlaqədar vəzifələrdə çalışanların həmin işlər üzrə azı 25 il, səhhətinə görə uçuş işindən azad olunmuş şəxslərin isə həmin işlər üzrə azı 20 il sığorta stajı olduqda 15 il tez əmək pensiyası ala bilirlər. Eyni zamanda, bir sıra dövlət sektorlarında, o cümlədən prokurorluq, hərbi xidmət, ədliyyə orqanları və s. çalışanların da qulluq müddətindən asılı olaraq daha tez pensiyaya çıxmaq hüquqları vardır. Bütün bunlar ilə yanaşı, daha çox vətəndaşlarımıza tez pensiyaya çıxmaq hüququnun verilməsi ilə bağlı təkliflərimizi də təqdim edirik. Pensiya islahatların dərinləşməsi pensiya yaşının müəyyənləşdirilməsində kəmiyyət göstəriciləri ilə yanaşı, keyfiyyət göstəricilərindən istifadəni daha da aktuallaşdırır", - deyə deputat əlavə edib.

0 şəkərli qazlı içkilər daha çox diabet yaradırmış like
  • 31 İyl 10:27  
Digərləri 0 şəkərli qazlı içkilər daha çox diabet yaradırmış

Şəkərsiz qazlı içkilər 2-ci tip diabet riskini 38 faiz artırır.

arrow Ətraflı
Üç bürc üçün uğur və pul dalğası gəlir like
  • 31 İyl 10:09  
Digərləri Üç bürc üçün uğur və pul dalğası gəlir

31 iyul, cümə axşamı günü Günəş Merkuri ilə qarşılaşır və bu, ü�

arrow Ətraflı
Məşhur türkiyəli müğənniyə ağır İTKİ like
  • 31 İyl 09:49  
Şou-biznes Məşhur türkiyəli müğənniyə ağır İTKİ

Türkiyəli məşhur müğənni Ercan Saatçinin ailəsində ağır itki olub.

arrow Ətraflı
Rusiya Kiyevə zərbə endirdi  6 ölü, 43 yaralı like
  • 31 İyl 09:40  
Dünya Rusiya Kiyevə zərbə endirdi 6 ölü, 43 yaralı

Rusiya Silahlı Qüvvələrinin Kiyevə qarşı həyata keçirdiyi genişmiqyasl

arrow Ətraflı
Bakının bu rayonunda qaz olmayacaq like
  • 31 İyl 09:31  
Digərləri Bakının bu rayonunda qaz olmayacaq

Bu gün Bakının Nərimanov rayonunun bəzi küçələrinin qaz təchizatında

arrow Ətraflı
Azərbaycan banklarının adından saxta profillərlə kartlardan pul oğurlayan türkiyəli həbs edildi like
  • 31 İyl 09:29  
Kriminal Azərbaycan banklarının adından saxta profillərlə kartlardan pul oğurlayan türkiyəli həbs edildi

Azərbaycanda bank kartlarından oğurluq etməkdə təqsirləndirilən Türkiy�

arrow Ətraflı
Rubl bahalaşdı, avro ucuzlaşdı  Dollar isə bu qiymətə satılır like
  • 31 İyl 09:20  
Digərləri Rubl bahalaşdı, avro ucuzlaşdı Dollar isə bu qiymətə satılır

Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.

arrow Ətraflı
Azərbaycanda zəlzələ olub like
  • 31 İyl 09:18  
Digərləri Azərbaycanda zəlzələ olub

Bu gün yerli vaxtla saat 00:13-də Kəlbəcər rayonunda zəlzələ 3 maqnituda

arrow Ətraflı
Bakıda həkim iş başında qəfil öldü  FOTO like
  • 31 İyl 08:56  
Digərləri Bakıda həkim iş başında qəfil öldü FOTO

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin Nəsimi Təc

arrow Ətraflı
FED faiz dərəcəsini açıqladı like
  • 31 İyl 08:48  
Digərləri FED faiz dərəcəsini açıqladı

ABŞ Federal Ehtiyat Sistemi (FED) illik faiz qərarını açıqlayıb.

arrow Ətraflı
"Lada" 23 min manatlıq maşınlar istehsal edəcək like
  • 31 İyl 07:07  
Digərləri "Lada" 23 min manatlıq maşınlar istehsal edəcək

Avqust ayında AvtoVAZ Lada Iskra avtomobillərinin ən ucuz versiyasını isteh

arrow Ətraflı
"Günəşi qaraltma" planı: ABŞnin gizli iqlim təcrübəsi üzə çıxdı like
  • 31 İyl 06:06  
Digərləri "Günəşi qaraltma" planı: ABŞnin gizli iqlim təcrübəsi üzə çıxdı

ABŞ-da bir qrup tədqiqatçı iqlim dəyişikliyi ilə mübarizə məqsədilə

arrow Ətraflı
Niyə alma bəzən zərərli ola bilər  Həkim izah edir like
  • 31 İyl 05:05  
Digərləri Niyə alma bəzən zərərli ola bilər Həkim izah edir

Alma sağlam qidalanmanın simvolu hesab olunur və uşaqlar, böyüklər, hətt

arrow Ətraflı
Koronavirus peyvəndlərinin dörd ildə xilas etdiyi insan sayı açıqlandı like
  • 31 İyl 04:04  
Digərləri Koronavirus peyvəndlərinin dörd ildə xilas etdiyi insan sayı açıqlandı

COVID-19 pandemiyasının ilk dörd ili başa çatarkən, peyvəndlərin bu müd

arrow Ətraflı