Paşinyan Zəngəzur dəhlizi ilə bağlı etiraf etdi


Digərləri 16 İyl 2025 20:13:00 60 0

Paşinyan Zəngəzur dəhlizi ilə bağlı etiraf etdi

Rəsmi İrəvana nəqliyyat kommunikasiyalarının açılması üçün Ermənistan və Azərbaycan arasındakı dəhlizin idarə olunması üzrə ABŞ tərəfindən təklif daxil olub.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan bildirib.

"Hazırda, bu mərhələdə bu, Amerika Birləşmiş Ştatlarının təklifidir və biz həmin təklifi müzakirə edirik. Bu təklif bizi maraqlandırsa da, hələlik bu məsələ ilə bağlı razılaşma yoxdur.

Belə bir razılaşma əldə oluna bilərmi? Bəli, ola bilər", - deyə o, Azərbaycanla sülh sazişi çərçivəsində nəqliyyat dəhlizinə hansı ölkənin və ya beynəlxalq təşkilatın nəzarət edə biləcəyi ilə bağlı sualı cavablandırarkən deyib.

Qeyd edək ki, bir neçə gün əvvəl ABŞ-nin Türkiyədəki səfiri Tom Barrak Nyu-Yorkda jurnalistlərə açıqlamasında bildirib ki, ABŞ 100 il müddətinə 32 kilometrlik Zəngəzur dəhlizinin idarəçiliyini öz üzərinə götürməyi təklif edib.

"Bununla hər iki tərəf bu dəhlizdən istifadə edə biləcək. Təklifin məqsədi Azərbaycan və Ermənistan arasında diplomatik danışıqların irəliləməsinə kömək etməkdir", - o vurğulayıb.

Əlavə edək ki, Zəngəzur dəhlizi yalnız infrastruktur layihəsi olmaqla kifayətlənmir, həm də regional inteqrasiyanın mühüm bir hissəsidir. Bu yol yalnız nəqliyyat sistemini gücləndirmək deyil, həm də regionda iqtisadiyyatın inkişafını sürətləndirmək və strateji əlaqələri gücləndirmək üçün mühüm bir vasitə olacaq.

Xatırladaq ki, bu ilin martın 13-də Azərbaycan XİN rəhbəri Ceyhun Bayramov bildirib ki, Azərbaycan və Ermənistan arasında müzakirə olunan sülh sazişi ilə bağlı danışıqlar yekunlaşıb.

"Mətn üzrə işlər yekunlaşıb. Sonrakı mərhələdə artıq Ermənistanın Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları aradan qaldırılmalıdır. Əlavə olaraq, Minsk qrupu və onun qalıqlarının da ləğv olunması həyata keçirilməlidir", - C.Bayramov qeyd edib.

Qeyd edək ki, 10 iyul 2025-ci il tarixində Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan arasında görüş keçirilib və Azərbaycan-Ermənistan dövlətlərarası normallaşma gündəliyinin müxtəlif aspektləri müzakirə edilib.

İkitərəfli danışıqların normallaşma prosesi ilə bağlı bütün məsələlərin həlli üçün ən səmərəli format olduğu təsdiqlənib və bu əsasda belə nəticəyönümlü dialoqun davam etdirilməsi razılaşdırılıb.

Sərhədin delimitasiyası prosesi ilə bağlı əldə olunmuş nailiyyətləri dəyərləndirən liderlər bu istiqamətdə əməli işlərin davam etdirilməsi üçün müvafiq dövlət komissiyalarına tapşırıqlar veriblər.

Tərəflər həmçinin iki ölkə arasında ikitərəfli danışıqları və etimad quruculuğu tədbirlərini davam etdirmək barədə razılığa gəliblər. Son.az

"Əl Ərəbiyyə" telekanalının Suriyadakı ofisi vuruldu like
  • 16 İyl 19:35  
Dünya "Əl Ərəbiyyə" telekanalının Suriyadakı ofisi vuruldu

Çərşənbə günü İsrailin Dəməşqə endirdiyi zərbə nəticəsində &quo

arrow Ətraflı
Azərbaycanda güclü zəlzələ olacaq? like
  • 16 İyl 19:21  
Digərləri Azərbaycanda güclü zəlzələ olacaq?

"Seysmik baxımdan aktiv olan ərazilərdə müəyyən vaxtlarda hiss oluna

arrow Ətraflı
Xoşqədəmin əri tanınmaz dərəcədə DƏYİŞDİ like
  • 16 İyl 19:09  
Şou-biznes Xoşqədəmin əri tanınmaz dərəcədə DƏYİŞDİ

"Mən ona geyim və saç tərzi öyrədəsi deyiləm"

arrow Ətraflı
Dini Komitə 800 min manata portal açır  "Amin" like
  • 16 İyl 18:51  
Digərləri Dini Komitə 800 min manata portal açır "Amin"

Dini Qurumlarla İşlər üzrə Dövlət Komitəsi (DQİDK) "Best Solutions

arrow Ətraflı
Adəm Məmmədov həbsdə qaldı like
  • 16 İyl 18:40  
Kriminal Adəm Məmmədov həbsdə qaldı

Təhqir və böhtan ittihamları ilə həbs edilmiş tanınmış vəkil Adəm M�

arrow Ətraflı
Bu rayonda sabahdan qaz kəsilir like
  • 16 İyl 18:31  
Digərləri Bu rayonda sabahdan qaz kəsilir

Sabah Yevlax rayonunun bir hissəsinin qaz təchizatında müvəqqəti məhdudiy

arrow Ətraflı
Peşəkar Mühasib Sertifikatı imtahanı elektronlaşdırılır  DİM sədri like
  • 16 İyl 18:14  
Digərləri Peşəkar Mühasib Sertifikatı imtahanı elektronlaşdırılır DİM sədri

Elektronlaşdırılacaq növbəti imtahan Peşəkar Mühasib Sertifikatı (PMS)

arrow Ətraflı
Azərbaycanlı reper həbs olundu like
  • 16 İyl 18:04  
Şou-biznes Azərbaycanlı reper həbs olundu

Polis tərəfindən saxlanılan reper Əkbər Novruzlu (Epi) həbs olunub.

arrow Ətraflı
Çinlilər bu gündən Azərbaycana vizasız giriş edirlər  RƏSMİ like
  • 16 İyl 17:56  
Digərləri Çinlilər bu gündən Azərbaycana vizasız giriş edirlər RƏSMİ

Bu gündən etibarən ümumvətəndaş pasportuna malik vətəndaşlarımız Çi

arrow Ətraflı
"30 ilə yaxındır dua edib oruc tuturam" like
  • 16 İyl 17:46  
Dünya "30 ilə yaxındır dua edib oruc tuturam"

"Mən kilsəyə qarşı kampaniya apara bilmərəm və buna görə də heç

arrow Ətraflı
Oquldjaxan Atabayeva Azərbaycan Milli Xalça Muzeyini ziyarət edib like
  • 16 İyl 17:45  
Kriminal Oquldjaxan Atabayeva Azərbaycan Milli Xalça Muzeyini ziyarət edib

Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun qız�

arrow Ətraflı
İllərdir onu danışdırmayan qaynanasının şəklini efirdə göstərdi like
  • 16 İyl 17:35  
Şou-biznes İllərdir onu danışdırmayan qaynanasının şəklini efirdə göstərdi

Müğənni Qumral Musayeva efirlərin birində qonaq olub. Son.az xəbər ve

arrow Ətraflı
Yekaterinburqda Şahin Şıxlinskinin oğlu məhkəmə qarşısına çıxarılır like
  • 16 İyl 17:26  
Digərləri Yekaterinburqda Şahin Şıxlinskinin oğlu məhkəmə qarşısına çıxarılır

Yekaterinburqda Azərbaycan diasporunun tanınmış nümayəndəsi Şahin Şıxl

arrow Ətraflı
Türkmənistan Xalq Məsləhətinin sədrinin qızı Oquldjaxan Atabayeva Bakı Kitab Mərkəzində olub like
  • 16 İyl 17:20  
Siyasət Türkmənistan Xalq Məsləhətinin sədrinin qızı Oquldjaxan Atabayeva Bakı Kitab Mərkəzində olub

Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun qız�

arrow Ətraflı