Azərbaycanda güclü zəlzələ olacaq?
Digərləri 16 İyl 2025 19:21:00 63 0
"Seysmik baxımdan aktiv olan ərazilərdə müəyyən vaxtlarda hiss olunan və hiss olunmayan zəlzələlər baş verə bilər. Lakin bunu öncədən proqnozlaşdırmaq mümkün deyil".
Bu xəbəri də oxu: Suriyadakı vəziyyətə dözə bilmərik, 34 saat ərzində... Fidan
Bu sözləri Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) şöbə müdiri Vüsalə Rafiqqızı bildirib.
O, qeyd edib ki, 2023-cü il fevralın 6-da Türkiyədə baş verən dəhşətli zəlzələdən sonra müxtəlif iddialar səsləndirilmişdi. Belə ki, həmin vaxt açıqlamalar verilirdi ki, İstanbulda daha böyük zəlzələ olacaq, amma belə bir şey baş vermədi.
"Əgər ərazi seysmikdirsə, zəlzələ ola bilər. Bu, hiss olunan da ola bilər, olunmayan da. Bu, sırf həmin ərazinin geoloji xarakteristikasına bağlı bir məsələdir", - deyə o, bildirib.
Vüsalə Rafiqqızı əlavə edib ki, ötən il bəzi şəxslər - istər tədqiqatçılar, istərsə də qeyri-peşəkar şəxslər - 2024-cü ilin dünyada seysmik baxımdan ən aktiv illərdən biri olacağını iddia edirdilər:
"Lakin bizim mərkəzdə aparılan tədqiqatların nəticəsinə əsasən deyə bilərik ki, 2024-cü il Azərbaycanda seysmik baxımdan ən zəif illərdən biri oldu".
Onun sözlərinə görə, RSXM tərəfindən bu ilin ilk 6 ayı ərzində dünya üzrə 6 minə yaxın zəlzələ qeydə alınıb ki, bunlardan 3 minə yaxını Azərbaycan və ona bitişik ərazilərdə baş verib:
"Bu 3 min zəlzələnin cəmi 60-ı 3 və daha yüksək maqnitudada olub. Azərbaycan ərazisində isə bu müddət ərzində sadəcə 4 zəlzələ 4 bal gücündə qeydə alınıb".
RSXM-in şöbə müdiri sonda bir daha vurğulayıb ki, seysmik aktivlik barədə dəqiq proqnoz vermək mümkün deyil və bu sahədə yayılan məlumatlara ehtiyatla yanaşmaq vacibdir. (baku.tv)
Dini Qurumlarla İşlər üzrə Dövlət Komitəsi (DQİDK) "Best Solutions

Təhqir və böhtan ittihamları ilə həbs edilmiş tanınmış vəkil Adəm M�

Sabah Yevlax rayonunun bir hissəsinin qaz təchizatında müvəqqəti məhdudiy

Elektronlaşdırılacaq növbəti imtahan Peşəkar Mühasib Sertifikatı (PMS)

Polis tərəfindən saxlanılan reper Əkbər Novruzlu (Epi) həbs olunub.

Bu gündən etibarən ümumvətəndaş pasportuna malik vətəndaşlarımız Çi

"Mən kilsəyə qarşı kampaniya apara bilmərəm və buna görə də heç

Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun qız�

Müğənni Qumral Musayeva efirlərin birində qonaq olub. Son.az xəbər ve

Qərbi Azərbaycanın Qarakilsə rayonunun Urud kəndində doğulan maliyyəçi

Yekaterinburqda Azərbaycan diasporunun tanınmış nümayəndəsi Şahin Şıxl

Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun qız�

Rusiya Silahlı Qüvvələri Ukraynanın Donetsk vilayətində yaşayış mənt�

Ukrayna Ali Radası ölkənin baş naziri Denis Şmıxalın və onun rəhbərlik
