İlham Əliyev Rəcəb Tayyib Ərdoğana zəng edib
Siyasət 12 İyl 2025 21:05:00 77 0
İyulun 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib.
Bu xəbəri də oxu: İlham Əliyevin Əhməd Əl Şaraa ilə görüşü olub FOTO
Prezident İlham Əliyev PKK terror qruplaşmasının özünü ləğv etməsi və silahı yerə qoyması ilə bağlı qardaş Türkiyə xalqını ürəkdən təbrik edib. Dövlətimizin başçısı bu mühüm hadisənin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə ölkədə həyata keçirilən qətiyyətli siyasətin, güclü liderliyin, sarsılmaz iradənin, milli birliyin və həmrəyliyin parlaq təntənəsi olduğunu vurğulayıb.
Telefon danışığı zamanı Prezident İlham Əliyev "Terrorsuz Türkiyə" hədəfinə çatmaq yolunda atılan bu addımı regionda sülh və sabitliyə xidmət edən mühüm dönüş nöqtəsi kimi dəyərləndirib və qəbul edilmiş qərarın tam icrası istiqamətində Türkiyə dövlətinə və xalqına uğurlar arzulayıb.
Prezident Rəcəb Tayyib Ərdoğan göstərilən dəstəyə və diqqətə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib, Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyini vurğulayıb.
Telefon danışığı zamanı dövlət başçıları Azərbaycan-Türkiyə strateji müttəfiqliyinin perspektivləri ilə bağlı fikir mübadiləsi aparıblar.
"Putin bizə nüvə sazişi ilə bağlı heç nə deməyib"

İyulun 11-nə keçən gecə saat 01:54-də (Bakı vaxtı ilə 00:54 - red.) Rus

Dünyaca məşhur fransız lüks brendi Louis Vuitton Böyük Britaniyadakı m�

Bir sıra sosial şəbəkə hesablarında Azərbaycan Respublikasının müdafi�

Çiyələyin acılaşmaması və uzun müddət təzə qalması üçün saxlama q

Acun İlıcalının İngiltərədə 22 milyon funt sterlinq borca girdiyi bildir

ABŞ Dövlət Departamentinin 1300-dən çox əməkdaşı ixtisar edilib.

Zaqatalada 2 yaşlı uşaq çayda boğulub.

ABŞ Ordusu hərbi hava limanlarında quşlar və digər vəhşi heyvanların ya

"Azərbaycan Hava Yolları"na (AZAL) məxsus təyyarələrin Ermənist

Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraanın

Tehranda dünən baş vermiş partlayışın əsas hədəfinin nə olduğu həl�

Ötən il Azərbaycanda hər min nəfərə düşən nikah hallarının ən çox

Fransa Yeni Kaledoniya adlı yeni dövlətin yaradılması haqqında müqavilə
