İlham Əliyev Beynəlxalq Hakimlər Assosiasiyasının 67ci illik iclasının iştirakçılarına müraciət ünvanlayıb


Siyasət 12 Okt 2025 18:03:00 70 0

İlham Əliyev Beynəlxalq Hakimlər Assosiasiyasının 67ci illik iclasının iştirakçılarına müraciət ünvanlayıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Beynəlxalq Hakimlər Assosiasiyasının 67-ci illik iclasının iştirakçılarına müraciət ünvanlayıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, müraciətdə deyilir:

"Hörmətli tədbir iştirakçıları,

Sizi Beynəlxalq Hakimlər Assosiasiyasının Bakı şəhərində keçirilən 67-ci illik iclasında səmimi-qəlbdən salamlayır, ədalət mühakiməsinin inkişafına və hakimlərin müstəqilliyinin təmin olunmasına həsr edilən bu mötəbər tədbirin işinə uğurlar arzulayıram.

Özündə 100-ə yaxın ölkənin milli hakimlər assosiasiyalarını birləşdirən Beynəlxalq Hakimlər Assosiasiyası yarandığı gündən bəri hakimlərin müstəqilliyinin müdafiəsi, qanunun aliliyinin möhkəmləndirilməsi, ədalət mühakiməsinin keyfiyyət və səmərəliliyinin artırılması istiqamətində mühüm təşəbbüslərə imza atmış vacib təsisata çevrilmişdir. Bu gün Beynəlxalq Hakimlər Assosiasiyası eyni zamanda hüquqi dövlət quruculuğunun əsas dayaqlarından biri olan məhkəmə sisteminin təkmilləşdirilməsi üçün beynəlxalq dialoq və əməkdaşlıq məkanı rolunu oynayır.

Azərbaycanın Beynəlxalq Hakimlər Assosiasiyasının 67-ci illik iclasına ev sahibliyi etmək hüququnu qazanması ölkəmizin qlobal nüfuzunun göstəricisi, beynəlxalq hüquq ictimaiyyəti tərəfindən onun məhkəmə-hüquq sisteminə olan inam və etimadının əyani təzahürüdür.

Bu mötəbər tədbirin məhz bu il Azərbaycanda keçirilməsi ölkəmiz və bütün hüquq ictimaiyyətimiz üçün xüsusi rəmzi məna daşıyır. 2025-ci il Azərbaycanda "Konstitusiya və Suverenlik İli" elan olunmuşdur. 30 il əvvəl - 1995-ci ildə Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə işlənib hazırlanmış Konstitusiyada təsbit olunmuş prinsiplər əsasında ölkəmizdə müstəqil, üçpilləli məhkəmə sistemi formalaşmış, hakimiyyət bölgüsü, insan hüquqlarının qorunması və qanunun aliliyi dövlət idarəçiliyinin əsas dayaqlarından birinə çevrilmişdir. Azərbaycan işğal altında olan torpaqlarını azad edərək Əsas Qanunda ali niyyət olaraq bəyan edilmiş ərazi bütövlüyünü və suverenliyini təmin etməyə nail oldu.

Azərbaycan Respublikasında hüquqi dövlət quruculuğu dövlət siyasətimizin strateji prioritetlərindən biridir. İnsan hüquqlarının müdafiəsinin əsas təminatçısı kimi ədalət mühakiməsinin rolununun daha da möhkəmləndirilməsi istiqamətində Azərbaycanda genişmiqyaslı tədbirlər görülür. Ölkəmizdə həyata keçirilən ardıcıl islahatlar nəticəsində məhkəmə fəaliyyətinin səmərəliliyi artırılmış, vətəndaşların ədalət mühakiməsinə müraciət imkanları genişləndirilmiş, hakimlərin müstəqilliyi möhkəmləndirilmişdir. Eyni zamanda, informasiya texnologiyalarının və rəqəmsal həllərin tətbiqi ilə məhkəmə idarəçiliyində şəffaflıq və çeviklik təmin olunmuş, vətəndaşların məhkəmələrə əlçatanlığının yaxşılaşdırılması istiqamətində ciddi addımlar atılmışdır. Bütün bunlar cəmiyyətdə ədalət mühakiməsinə inamın güclənməsinə, məhkəmələrin hüquqi dövlətin əsas sütunlarından biri kimi mövqeyinin möhkəmlənməsinə xidmət etmişdir.

Müasir dövrün çağırışları, qlobal miqyasda baş verən sosial-iqtisadi transformasiya, sürətlə inkişaf edən rəqəmsallaşma, yeni texnologiyaların, xüsusilə də süni intellektin tətbiqi məhkəmə sistemlərindən daim adaptasiya olunmağı, yeni yanaşmaları tətbiq etməyi tələb edir. Bu baxımdan, Beynəlxalq Hakimlər Assosiasiyasının illik iclasları müasir reallıqlar fonunda məhkəmə-hüquq sistemlərinin gələcək inkişaf istiqamətlərinin müəyyən edilməsi, onların qarşısında duran çağırışlara cavab verilməsi üçün faydalı təcrübə mübadiləsi və səmərəli dialoq platformasıdır.

Əminəm ki, Beynəlxalq Hakimlər Assosiasiyasının 67-ci illik iclasında aparılacaq fikir mübadiləsi, qəbul ediləcək tövsiyələr və nəticələr hakimlərin müstəqilliyinin möhkəmlənməsinə, ədalət mühakiməsinin keyfiyyətinin artırılmasına, qanunun aliliyinin və insan hüquqlarının müdafiəsinin daha etibarlı təmin olunmasına, eləcə də beynəlxalq həmrəyliyin inkişafına mühüm töhfələr verəcəkdir.

Sizi Bakıda bir daha ürəkdən salamlayır, 67-ci illik iclasın işinə uğurlar arzulayıram". Son.az 

Rusiyada Şaxta baba iş adamını like
  • 12 Okt 17:49  
Digərləri Rusiyada Şaxta baba iş adamını

Çuvaşiya Respublikasında 72 yaşlı rusiyalı təqaüdçü bir sahibkarı öl

arrow Ətraflı
94 min borcuna görə məhkəməyə verildi like
  • 12 Okt 17:34  
Şou-biznes 94 min borcuna görə məhkəməyə verildi

Türkiyəli məşhur aktrisa Defne Samyeli İstanbulda Şişli səmtində kiray

arrow Ətraflı
Bu tarixdən hava PİSLƏŞƏCƏK: like
  • 12 Okt 17:24  
Digərləri Bu tarixdən hava PİSLƏŞƏCƏK:

Azərbaycanın rayonlarında oktyabrın 13-də bəzi yerlərdə hava şəraitini

arrow Ətraflı
Aborta razı olmayan hamilə arvadını like
  • 12 Okt 17:19  
Dünya Aborta razı olmayan hamilə arvadını

Böyük Britaniyada hamilə qadın amansızlıqla öldürülüb.

arrow Ətraflı
Bakıda Beynəlxalq Hakimlər Assosiasiyasının 67ci Baş Assambleyası öz işinə başlayıb like
  • 12 Okt 17:18  
Digərləri Bakıda Beynəlxalq Hakimlər Assosiasiyasının 67ci Baş Assambleyası öz işinə başlayıb

Bakıda Beynəlxalq Hakimlər Assosiasiyasının 67-ci Baş Assambleyası öz i�

arrow Ətraflı
İlham Əliyev Misirə işgüzar səfərə gedib  FOTO like
  • 12 Okt 17:12  
Siyasət İlham Əliyev Misirə işgüzar səfərə gedib FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Amerika Birləşmiş Şt

arrow Ətraflı
Azərbaycanlı müğənninin maşınındakı 15 min manatlıq ətiri MÜZAKİRƏ YARATDI like
  • 12 Okt 17:04  
Şou-biznes Azərbaycanlı müğənninin maşınındakı 15 min manatlıq ətiri MÜZAKİRƏ YARATDI

Müğənni Lətifə Soyuöz yenidən dəb-dəbəli həyatı gündəmə gəlib.

arrow Ətraflı
20 nəfərlik ailə bir otaqda yaşayır – həyat hekayələri gündəm oldu like
  • 12 Okt 16:38  
Digərləri 20 nəfərlik ailə bir otaqda yaşayır – həyat hekayələri gündəm oldu

Türkiyədə 25 illik evli cütlüyün həyat hekayəsi sosial mediada böyük r

arrow Ətraflı
"Rusiya özünü həm ərzaqla təmin edir, həm də..." like
  • 12 Okt 16:19  
Dünya "Rusiya özünü həm ərzaqla təmin edir, həm də..."

Bu gün Rusiya nəinki özünü ərzaqla tam təmin edir, həm də dünyanın ap

arrow Ətraflı
İki yük maşını toqquşdu: like
  • 12 Okt 16:18  
Digərləri İki yük maşını toqquşdu:

Hacıqabulda iki yük maşını toqquşub, ölən və yaralanan var.

arrow Ətraflı
Özünə VİLLA dəyərində maşın ALDI: 812 min manatlıq like
  • 12 Okt 16:04  
Şou-biznes Özünə VİLLA dəyərində maşın ALDI: 812 min manatlıq

Son dövrlərdə həm "Aşk və Gözyaşı" serialındakı rolu, həm

arrow Ətraflı
Bakıda vəzifəli şəxsi bıçaqlayıb öldürdülər like
  • 12 Okt 16:03  
Kriminal Bakıda vəzifəli şəxsi bıçaqlayıb öldürdülər

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşını bıçaqlayıblar

arrow Ətraflı
"iPhone"u hakerlərdən qoruyan FUNKSİYA like
  • 12 Okt 15:49  
Digərləri "iPhone"u hakerlərdən qoruyan FUNKSİYA

"iOS" və "Android" pərəstişkarları arasında mübahisə

arrow Ətraflı