Bakıda tikiş sexinin fəaliyyəti dayandırıldı VİDEO


Digərləri 12 Mar 2025 16:52:00 52 0

Bakıda tikiş sexinin fəaliyyəti dayandırıldı  VİDEO

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətləri daxilində ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.

Nazirlikdən bildirilib ki, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhərinin Binəqədi rayonunda yerləşən "Bakı Tekstil Fabriki" MMC-yə məxsus tikiş sexində keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib. Belə ki:

- obyektdə ilkin yanğınxəbərverici siqnalizasiya qurğusu tam quraşdırılmayıb, həmçinin mövcud qurğuya texniki qulluq göstərilməyib;

- elektrik təsərrüfatı "Elektrik Qurğularının Quraşdırılması Qaydası"nın tələblərinə uyğun quraşdırılmayıb və elektrik təsərrüfatına profilaktik baxış keçirilməyib;

- obyektdə yanğın su hovuzu mövcud deyil və daxili yanğın kranları quraşdırılmayıb;

- obyekt odsöndürən balonlarla tam təmin olunmayıb;

- təxliyə planı mövcud deyil;

- obyektin taxta konstruksiyalarına odadavamlı məhlul hopdurulmayıb;

- obyektin müəyyən yerlərində yanar üzlüklərdən istifadə olunub;

- istehsalat və anbar otaqlarında yanar materialdan istifadə edilərək otaqlar yaradılıb;

- anbar sahəsində mallar "Yanğın Təhlükəsizliyi Qaydaları"nın tələblərinə uyğun yığılmayıb;

- obyektin ərazisi yanar tullantılardan təmizlənməyib;

- obyektin tikinti və lahiyə sənədləri yanğın təhlükəsizliyinə əməl olunması baxımından DYNX ilə razılaşdırılmayıb;

- obyektin daşınmaz əmlakının icbarı sığorta şəhadətnaməsi təqdim olunmayıb.

Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.

Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş Bakı şəhərinin Binəqədi rayonunda yerləşən "Bakı Tekstil Fabriki" MMC-yə məxsus tikiş sexinin fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.

Xankəndidə erməni separatçılarının qondarma "hökumət evi" sökülür  VİDEO like
  • 12 Mar 16:45  
Digərləri Xankəndidə erməni separatçılarının qondarma "hökumət evi" sökülür VİDEO

Xankəndi şəhərində separatçılarının qondarma "hökumət evi"

arrow Ətraflı
Xurmanı tək Ramazanda yox, daim yemək üçün səbəblər like
  • 12 Mar 16:44  
Digərləri Xurmanı tək Ramazanda yox, daim yemək üçün səbəblər

Xurma həm dadlı, həm də çox faydalı bir meyvədir. Bu şirin meyvə Ramaza

arrow Ətraflı
Həbs olunan  Ağadadaş Ağayev məhkəmədən sonra ilk dəfə DANIŞDI  VİDEO like
  • 12 Mar 16:38  
Şou-biznes Həbs olunan Ağadadaş Ağayev məhkəmədən sonra ilk dəfə DANIŞDI VİDEO

Xəbər verdiyimiz kimi, Xalq artisti Ağadadaş Ağayevin ittiham olunduğu cin

arrow Ətraflı
Səkinin qanunsuz zəbt olunmasının qarşısı alındı  VİDEO like
  • 12 Mar 16:35  
Digərləri Səkinin qanunsuz zəbt olunmasının qarşısı alındı VİDEO

Bakının Xətai rayonu Xocalı prospektində piyada səkisinin qanunsuz zəbt o

arrow Ətraflı
Sərxan Sərxan nostalji konsert proqramı ilə çıxış edib  FOTO like
  • 12 Mar 16:27  
Kriminal Sərxan Sərxan nostalji konsert proqramı ilə çıxış edib FOTO

Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Xalq artisti Sərxan Sərxan

arrow Ətraflı
"28 May" metrosundakı musiqi buna görə imiş like
  • 12 Mar 16:22  
Digərləri "28 May" metrosundakı musiqi buna görə imiş

Son günlər "28 May" metrosunda musiqi səslənir.

arrow Ətraflı
Prezidentə görə saçlarını qırxdılar  VİDEO like
  • 12 Mar 16:10  
Dünya Prezidentə görə saçlarını qırxdılar VİDEO

Şüarlarla dolu aksiyanın ən diqqətçəkən anı isə etirazçıların başl

arrow Ətraflı
Böyük Magellan buludunda qara dəliyin var olmasına dair dəlil üzə çıxdı like
  • 12 Mar 16:00  
Dünya Böyük Magellan buludunda qara dəliyin var olmasına dair dəlil üzə çıxdı

Məlum olub ki, onların təxminən yarısı Süd Yolunun mərkəzi qara dəliyi

arrow Ətraflı
“Tələsmirik...” like
  • 12 Mar 15:50  
Dünya “Tələsmirik...”

Xəbər verdiyimiz kimi, ötən gün Səudiyyə Ərəbistanının Ciddə şəhə

arrow Ətraflı
Bakıda bu evlər like
  • 12 Mar 15:42  
Digərləri Bakıda bu evlər

Bakıda mənzil bazarında qiymət artımı müşahidə olunur və bu bahalaşma

arrow Ətraflı
52 yaşlı əməkdar artistin arxiv FOTOları yayıldı like
  • 12 Mar 15:30  
Şou-biznes 52 yaşlı əməkdar artistin arxiv FOTOları yayıldı

Əməkdar artist Dilarə Əliyeva arxiv görüntüləri ilə diqqət çəkib. 

arrow Ətraflı
Məktubunda da onun adını çəkmişdi...  2 il sonra həbs edildi like
  • 12 Mar 15:22  
Digərləri Məktubunda da onun adını çəkmişdi... 2 il sonra həbs edildi

2023-cü ildə İsmayıllıda 40 yaşlı Gülsüm Osmanovanın (şərti ad-soyad

arrow Ətraflı
Bakıda 110 yaşlı kişi əməliyyat olundu  FOTO like
  • 12 Mar 15:05  
Digərləri Bakıda 110 yaşlı kişi əməliyyat olundu FOTO

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında 110 yaşlı

arrow Ətraflı
"Amerikalılar Tramp və Maskın ayaqlarını öpməlidir" like
  • 12 Mar 15:00  
Dünya "Amerikalılar Tramp və Maskın ayaqlarını öpməlidir"

"Amerikalılar milyarder İlon Mask və prezident Donald Trampa federal hö

arrow Ətraflı
26 yaşlı keçmiş məhbus öldü like
  • 12 Mar 14:59  
Digərləri 26 yaşlı keçmiş məhbus öldü

Şəki rayonunda 26 yaşlı oğlan qəfil vəfat edib.

arrow Ətraflı