Məktubunda da onun adını çəkmişdi... 2 il sonra həbs edildi


Digərləri 12 Mar 2025 15:22:00 56 0

Məktubunda da onun adını çəkmişdi...  2 il sonra həbs edildi

2023-cü ildə İsmayıllıda 40 yaşlı Gülsüm Osmanovanın (şərti ad-soyadlı) ölümünə görə barəsində cinayət işi açılmış Elxan Şıxıyev həbs edilib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, 1988-ci il təvəllüdlü E.Şıxıyev Cinayət Məcəlləsinin 125, 157.2 və 221.2.2-ci maddələri (Özünü öldürmə həddinə çatdırma, mənzil toxunulmazlığını pozma, xuliqanlıq) üzrə təqsirli bilinib.

Araşdırmalar zamanı məlum olub ki, Gülsümlə Elxan arasında münasibət 2011-ci ildən yaranıb. Belə ki, Gülsümün azyaşlı övladları Elxanın müəllim işləyən anasının yanına hazırlığa gediblər. Həyat yoldaşının işlə əlaqədar evə aylarla gəlmədiyini bildirən qadınla Elxan arasında həmin vaxt münasibət yaranıb və təxminən 10 ildən artıq davam edib. Amma sonradan onların münasibəti pozulub. Gülsüm evli olan Elxandan ayrılmaq istədiyini deyəndə isə kişi qadını bir neçə dəfə döyüb, onun İsmayıllıda işlədiyi yerə gedərək başqa şəxslərin gözü qarşısında zərbələr endirib. Həmin vaxt Gülsüm küçəyə çıxıb qaçsa da, Elxan onu təqib edərək mindiyi maşından zorla düşürüb və ictimai yerdə yenidən fiziki şiddət göstərib. O, həmin gün baş vermiş hadisə ilə bağlı İsmayıllı Rayon Polis Şöbəsinə məlumat verib. Qadın daxil olmuş məlumat əsasında saat 17:54-də telefon vasitəsilə polis şöbəsinə dəvət edilib.

Lakin Gülsüm polisə izahat vermək üçün çağırılması, ailəli olduğu halda digər şəxslə qeyri-rəsmi münasibətlərinin aşkara çıxması və cəmiyyət içində biabır olması ilə bağlı qarşılaşdığı şəraitlə əlaqədar davranış aktlarında təzahür etmiş emosional gərginlik halında qarşılaşdığı şəraiti adekvat olaraq qiymətləndirməkdə çətinlik çəkərək autoaqressiv vəziyyətdə yaşadığı İsmayıllı rayonundakı evdə özünü asıb.

Bildirilir ki, Gülsüm həmin ərəfədə yaşadıqlarına görə mənəvi-psixoloji asılılıq vəziyyətində olub. Elxan Gülsümün aralarında olan münasibətləri kəsmək istəməsinə baxmayaraq, ondan əl çəkməməklə, sonuncuya fiziki və psixoloji zorakılıq göstərməklə, təhdid etməklə, hadisə baş verən gün camaatın içində zor tətbiq edərək işlədiyi salondan çıxarıb aparmaq istəməklə, vurmaqla və sair yollarla amansız rəftar edərək, ləyaqətini mütəmadi olaraq alçaldaraq və hədə-qorxu gələrək özünü öldürmə həddinə çatdırıb.

Hadisədən sonra Gülsümün yazdığı son məktub da tapılıb: "Ölüm səbəbim Elxandır, məni təhdid etdiyindən... Başqa heç kim günahkar deyil. Ailəm, məni bağışlayın, üzünüzə daha baxa bilmirəm. İş yerimə gəlib basdı. Sizi çox sevirəm. Əlvida".

Kağızın arxa hissəsinə isə "Müştərilərim buna şahiddir ki, zorla qolumdan dartıb çıxardı", - sözləri də qeyd edilib.

İstintaq zamanı, həmçinin məlum olub ki, Elxan Gülsümün ölümündən 2 gün sonra gecə saat 23 radələrində içkili vəziyyətdə onun yaşadığı evə gedib. Gülsümün ölməsi xəbərinə inanmadığından evə girərək onu görmək istəyib. Bu zaman evdə yas mərasiminə yığışmış şəxslər qışqırıblar və Elxanı tutublar. Onlar polis çağıraraq Elxanı təhvil veriblər.

Lakin ibtidai və məhkəmə istintaqı müddətində Elxan Şıxıyev polis nəzarəti altında olmaqla sərbəst buraxılıb. Məhkəmədə mərhumun ailəsi Elxanın həbs edilməsini və ağır cəzaya məhkum olunmasını tələb ediblər.

İsmayıllı Rayon Məhkəməsinin 4 mart tarixli hökmü ilə ona 6 il 6 ay həbs cəzası verilib və məhkəmə zalındaca həbs olunub.

Bakıda 110 yaşlı kişi əməliyyat olundu  FOTO like
  • 12 Mar 15:05  
Digərləri Bakıda 110 yaşlı kişi əməliyyat olundu FOTO

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında 110 yaşlı

arrow Ətraflı
"Amerikalılar Tramp və Maskın ayaqlarını öpməlidir" like
  • 12 Mar 15:00  
Dünya "Amerikalılar Tramp və Maskın ayaqlarını öpməlidir"

"Amerikalılar milyarder İlon Mask və prezident Donald Trampa federal hö

arrow Ətraflı
26 yaşlı keçmiş məhbus öldü like
  • 12 Mar 14:59  
Digərləri 26 yaşlı keçmiş məhbus öldü

Şəki rayonunda 26 yaşlı oğlan qəfil vəfat edib.

arrow Ətraflı
Ərdoğan Qəzzalı ailələrlə iftar yeməyində like
  • 12 Mar 14:55  
Digərləri Ərdoğan Qəzzalı ailələrlə iftar yeməyində

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dünən Ankarada Fələstindən ol

arrow Ətraflı
“Ona görə kişim yoxdur ki...”  FOTO like
  • 12 Mar 14:45  
Şou-biznes “Ona görə kişim yoxdur ki...” FOTO

14 fevral "Sevgililər günü"ndə Bakıda konsert proqramı ilə çı

arrow Ətraflı
Noyabra qədər şanslı olacaq BÜRCLƏR like
  • 12 Mar 14:28  
Digərləri Noyabra qədər şanslı olacaq BÜRCLƏR

Öz qabiliyyətlərinizə inam yaradın və daha da böyük nailiyyətlərə yol

arrow Ətraflı
Rusiyada DİN generalı saxlanıldı like
  • 12 Mar 14:25  
Digərləri Rusiyada DİN generalı saxlanıldı

Rusiya Daxili İşlər Nazirliyinin Volqa Federal Dairəsi üzrə Nəqliyyat İd

arrow Ətraflı
“Ərimin yanında biabır oldum”  FOTO like
  • 12 Mar 14:18  
Şou-biznes “Ərimin yanında biabır oldum” FOTO

Türkiyədə yaşayan müğənni İradə İbrahimova uzun müddətdən sonra Bak

arrow Ətraflı
Trampın məktubunu Xameneiyə bu ölkələrindən biri çatdıracaq like
  • 12 Mar 13:58  
Dünya Trampın məktubunu Xameneiyə bu ölkələrindən biri çatdıracaq

ABŞ Prezidenti Donald Trampın məktubunu İranın Ali Rəhbəri Seyid Əli X

arrow Ətraflı
Azərbaycanda bu şəxslərə də müavinət veriləcək like
  • 12 Mar 13:53  
Digərləri Azərbaycanda bu şəxslərə də müavinət veriləcək

Terror hadisəsi ilə əlaqədar əlilliyə görə müavinət veriləcək.

arrow Ətraflı
Xalq artisti dəbdəbəli VİLLAsından VİDEO paylaşdı like
  • 12 Mar 13:48  
Şou-biznes Xalq artisti dəbdəbəli VİLLAsından VİDEO paylaşdı

Xalq artisti Brilliant Dadaşova Buzovna kəndində yerləşən dəbdəbəli vil

arrow Ətraflı
Şad XƏBƏR: Bu şəxslər hər ay 200 manat ALACAQLAR like
  • 12 Mar 13:39  
Digərləri Şad XƏBƏR: Bu şəxslər hər ay 200 manat ALACAQLAR

Sosial rifahın gücləndirilməsi məqsədilə həyata keçirilən sosial paket

arrow Ətraflı
"Boşanmaların təşəbbüskarının 70 faizi qadınlardır" like
  • 12 Mar 13:38  
Digərləri "Boşanmaların təşəbbüskarının 70 faizi qadınlardır"

Boşanmaların təşəbbüskarının 70 faizi qadınlardır.

arrow Ətraflı
Övladları 1ci sinfə gedəcək valideynlərin DİQQƏTİNƏ: like
  • 12 Mar 13:37  
Digərləri Övladları 1ci sinfə gedəcək valideynlərin DİQQƏTİNƏ:

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi Bakı və Sumqay�

arrow Ətraflı
Azərbaycanda tanınmış iş adamı vəfat etdi like
  • 12 Mar 13:34  
Digərləri Azərbaycanda tanınmış iş adamı vəfat etdi

Azərbaycanın tanınmış iş adamı - "ASPİ GLASS" Şirkətlər Qru

arrow Ətraflı