“Startap” şəhadətnaməsi almış KOB subyektlərinin sayı 199a çatıb
Digərləri 11 Mar 2025 15:18:00 85 0
Mikro və kiçik sahibkarlar vergi azadolmalarını nəzərdə tutan "Startap" şəhadətnaməsi üçün KOBİA-ya müraciət edə bilərlər.
Bu xəbəri də oxu: Bakıdakı məşhur bazar yandı
Daha 7 mikro və kiçik sahibkara onları innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və ya gəlir vergisindən 3 il müddətinə azad edən "Startap" şəhadətnaməsi verilib. Belə ki, "Startap" şəhadətnaməsinin verilməsi üzrə Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) yaradılmış Ekspertlər Şurasının növbəti iclasında KOB subyektlərindən daxil olmuş 9 müraciətə baxılıb və onlardan 7-nə şəhadətnamənin verilməsi qərara alınıb.
"Startap" şəhadətnamələri "Green Public" MMC-nin ağacəkmə, yaşıllaşdırma tədbirləri və ianələr üçün onlayn platforması, "Lumusoft" MMC-nin motosiklet, ikitəkərli elektrikli nəqliyyat vasitələri və velosipedlər üçün onlayn marketpleys, "Self Tech" MMC-nin özünəxidmət kofeşopu və mikromarket üçün ağıllı həllər, "U and R Company" MMC-nin dövlət qurumlarında və özəl şirkətlərdə kadrların idarəedilməsi üçün onlayn platforması, "Azari" MMC-nin kuryer xidmətlərinin idarəedilməsi üçün onlayn platforması, fərdi sahibkarlar Günay Əliyevanın onlayn təhsil platforması və Cavid Cabbarovun tullantı qida qalıqlarının təkrar emalı, ev heyvanları üçün konservləşdirilmiş yem istehsalı layihələrinə təqdim edilib.
Layihələri inkişaf mərhələsində olan mikro və kiçik sahibkarlıq subyektləri "Startap" şəhadətnaməsi üçün KOBİA-ya müraciət edə bilərlər. Müraciət üçün ərizə forması və lazım olan digər sənədlər, eləcə də müvafiq meyarlarla bağlı ətraflı məlumatla aşağıdakı linkdən tanış olmaq olar: https://smb.gov.az/az/nav/startap-sehadetnamesi
Müğənni Xatirə İslam qonaq olduğu efirdə keçirdiyi ad günü gecəsində

Bu gün Azərbaycan qazı bir çox Avropa ölkəsinin enerji təhlükəsizliyini

Hazırda Azərbaycan 12 ölkəyə təbii qaz ixrac edir və bizim müştərilər

Şadam ki, ölkələrimiz arasında siyasi dialoq dinamik xarakter alır. Bizim

Novruz bayramı ərəfəsində pensiyaçıların sosial rifahını yaxşılaşd�

Hamiləlik dövrü qadınlar üçün həyatlarının ən həssas və vacib mərh

Rusiyanın paytaxtı Moskvada "Çerkizovski" bazarının sahibi Telman

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əley

Bakıda "50 qəpik" avtoyuma məntəqəsinin kassalarını qırıb, pu

Martın 4-də Konqresdə çıxışı zamanı Donald Tramp gözlənilmədən 2022

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Astanada səfərdə olan Azərbayca

TikTok yeniyetmələrin təhlükəsizliyini və rifahını təmin etmək üçün

Dünən "Cinema Talks" çərçivəsində keçirilən panel müzakirəd
