Erməniəsilli şahid: Vardanyan yaşı 4550dək olan şəxslərdən ibarət muzdlu dəstələr yaradırdı FOTO
Siyasət 11 Mar 2025 14:53:00 62 0
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, həmçinin terrorçuluq, terrorçuluğu maliyyələşdirməyə dair maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesinin baxış iclasında şahid ifadə verib.
Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, şahid qismində ifadə verən Qarabağda yaşayan erməniəsilli şəxs 44 günlük müharibədən bir müddət sonra Ruben Vardanyanın Xankəndiyə gəldiyini bildirib və deyib: "Bilmirəm Rusiyadan gəlmişdi, ya başqa yerdən".
O, R.Vardanyanın sponsorluq edərək Azərbaycana qarşı vuruşmaq üçün yaşı 45-50-dək olan insanlardan ibarət dəstələr yaratdığını, onları maliyyələşdirdiyini bildirib. "Çox sayda cavan insan gedib o qruplaşmalara yazılmışdı. Mənim üçün maraqlı o idi ki, dünyada tanınmış biznesmen, oliqarx Ruben Vardanyan, - mən demirəm ki, o, mənim düşmənimdir, yox, - nəyə görə öz biznesini qoyub Qarabağa gəlmişdi?"
Şahid insanların 700-2000 dollar müqabilində dəstəyə qoşularaq hərbi təlimlərə cəlb olunduğunu deyib.
Daha sonra şahidin DTX-də ibtidai istintaq zamanı verdiyi ifadə elan olunub. Şahid ibtidai istintaqda verdiyi ifadəsini təsdiqləyib.
Məhkəmə prosesi fasilədən sonra davam etdiriləcək.
Bakıda "50 qəpik" avtoyuma məntəqəsinin kassalarını qırıb, pu

Martın 4-də Konqresdə çıxışı zamanı Donald Tramp gözlənilmədən 2022

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Astanada səfərdə olan Azərbayca

TikTok yeniyetmələrin təhlükəsizliyini və rifahını təmin etmək üçün

Dünən "Cinema Talks" çərçivəsində keçirilən panel müzakirəd

Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-ma

Azərbaycan Respublikasında rəsmi səfərdə olan Şimali Makedoniya Respublik

Sumqayıtda tanışını döyərək qətlə yetirməkdə təqsirləndirilən Hab

Rusiyanın Dağıstan Respublikasının Çarodinsk rayonunda 4.6 bal gücündə

Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmər�

Prostat xərçəngi kişilərin sağlamlığını təhdid edən və çox vaxt er

"Dəm qazı rəngsiz, qoxusuz olduğuna görə insan instinkti ilə bunu m�
