"İşin başında duranlar həbs olunmayıb, bura gəlməlidirlər" 143 milyonluq mənimsəmə işi
Digərləri 11 Mar 2025 14:23:00 91 0
Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi polkovnik Cəlal Kazımov, Quru Qoşunların Maliyyə İdarəsinin sabiq rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi Vüsal Əlizadənin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi davam etdirilib.
Bu xəbəri də oxu: Bakıda bu evlər
Trend xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim İbrahim İbrahimlinin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Cəlal Kazımov çıxış edib.
O bildirib ki, mənimsəmədə birbaşa əli olan şəxslər hazırda azadlıqdadır: "Müdafiə Nazirlinin Maliyyə və Büdcə İdarəsinin Təftiş şöbəsinin rəisi Rəfail Xələfov bu iş üzrə başda durur. Onun 7 milyon mənimsədiyi ekspertiza ilə müəyyən olunsa da, azadlıqdadır. Bununla yanaşı, N.Poladov da hələ də həbs olunmayıb. Onlar bura gəlməlidir. Bu vəsatətimiz birinci instansiya məhkəməsində də təmin edilmədi. Mənim imzam heç yerdə getməyib. Lakin mən 37 aydır həbsdəyəm. 102 hərbi hissənin ekspert rəyi 1 həftəyə hazırlanıb verilib. Bu, absurddur. Mənə mənimsəmə ilə bağlı irəli sürülən məbləğ tamamilə şişirdilib".
O, 18 yaşından Vətənə xidmət etdiyini vurğulayıb: "Mənim xidmətim 18 yaşımdan başlayır. I Qarabağ müharibəsində iştirak etmişəm. Vətənimə bağlıyam. Bu cinayət işi üzrə biz sadəcə qurban verilmişik. Təftiş Nizami Məmmədovun vəzifəyə gəldiyi vaxtdan aparılıb. Əvvəlki dövrlər də yoxlanılmalı idi. Mən məhkəmədən adını çəkdiyim şəxslərin prosesə çağırılmasını xahiş edirəm".
Hakim məhkəmə istintaqının aparılmadığını əsas gətirərək vəsatəti təmin etməyib.
Digər təqsirləndirilən Bayram Bayramovun vəkili istintaqın iş üzrə araşdırmasının nəticəsinin məhkəməyə təqdim edilməsi barədə vəsatət qaldırıb.
Məhkəmə vəsatəti təmin etməyib.
Təqsirləndirilən Vüsal Əlizadə birinci instansiya məhkəməsində vəsatətlərinin təmin edildiyini, amma işin araşdırılmadığını bildirib:
"Bakı Hərbi Məhkəməsində işimiz düzgün araşdırılmadı. Biz 3 il bir aydır 3-4 kvadratmetr yerdə qalırıq. Mən apellyasiya şikayətimi müdafiə edirəm. Məhkəmədən Cinayət Məcəlləsinin 62-ci maddəsinin tətbiq edilməsini xahiş edirəm".
Məhkəmə prosesi aprelin 7-də davam etdiriləcək.
Qeyd edək ki, Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin rəisi Bayram Bayramov, Hərbi Hava Qüvvələrinin maliyyə xidmətinin sabiq rəisi Vüsal Əlizadə, Müdafiə Nazirlinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi polkovnik Mahir Şirvanov, həmçinin nazirliyin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanov, nazirliyin mənzil istismar idarəsinin sabiq rəisi polkovnik Fikrət Mirzəyev Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs ediliblər.
Təqsirləndirilən şəxslərin hər birinə Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə törətmək) maddəsi ilə ittiham irəli sürülüb. Cinayət işi üzrə ümumilikdə dövlətə dəymiş ziyan 143 milyon manat hesablanıb.
Cinayət işləri ayrı-ayrı icraatlarda baxılması üçün məhkəməyə göndərilib.Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb.Bakı Hərbi Məhkəməsinin hökmünə əsasən, Nizami Məmmədov və Bayram Bayramov hər biri 11 il 6 ay, Cəlal Kazımov 11 il, Vüsal Əlizadə isə 10 il 6 ay müddətində azadlıqdan məhrum edilib. Eyni zamanda, təqsirləndirilən şəxslərin üzərinə həbs qoyulmuş əmlaklarının müsadirə edilməsi barədə qərar qəbul olunub.
Azərbaycan Respublikasında rəsmi səfərdə olan Şimali Makedoniya Respublik

Sumqayıtda tanışını döyərək qətlə yetirməkdə təqsirləndirilən Hab

Rusiyanın Dağıstan Respublikasının Çarodinsk rayonunda 4.6 bal gücündə

Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmər�

Prostat xərçəngi kişilərin sağlamlığını təhdid edən və çox vaxt er

"Dəm qazı rəngsiz, qoxusuz olduğuna görə insan instinkti ilə bunu m�

Argentinalı model və menecer Vanda Nara, son dövrlərdə həm şəxsi həyat�

Son.az AZƏRTAC-a istinadən bildirir ki, martın 11-də Azərbaycan Respublik

Aparıcı Elgiz Əkbər efirdə Xalq artisti fəxri adını daşayan qadın sən

Ana hamiləlik dövründə "Rouccutane" yəni, izotretinoin tərkibli

Ukrayna və ABŞ nümayəndə heyətlərinin görüşü başlayır.

ABŞ Prezidenti Donald Tramp hesab edir ki, Rusiya və Ukrayna dərhal danışı

Bir dövrə damğasını vuran "İncir reçeli" filminin 3-cü hissəs
