ABŞ Şərqi Avropada müharibəni bitirmək üçün niyə tələsir?
Siyasət 11 Mar 2025 13:14:00 73 0
ABŞ Prezidenti Donald Tramp hesab edir ki, Rusiya və Ukrayna dərhal danışıqlar masasına əyləşməlidir. O, bu barədə "Truth Social" hesabında yazıb.
Bu xəbəri də oxu: Azərbaycan və Şimali Makedoniya Saziş imzaladı
"Rusiya və Ukraynaya müraciət edirəm, çox gec olmamış, dərhal danışıqlar masasına əyləşin", - ABŞ Prezidenti vurğulayıb.
O, atəşkəs və sülhlə bağlı yekun razılıq əldə olunana qədər Rusiyaya qarşı genişmiqyaslı sanksiyalar tətbiq etməyi ciddi şəkildə nəzərdən keçirdiyini də qeyd edib.
Görünən odur ki, Tramp müharibəni bitirməkdə israrlıdır. O, bunun üçün hər iki ölkədən olan həmkarı ilə təmasları davam etdirir.
Tramp müharibəni bitirmək üçün niyə tələsir?
Son.az xəbər verir ki, bununla bağlı siyasi şərhçi Kənan Novruzov fikirlərini bölüşüb:
"Bunun fərqli səbəbləri ola bilər. Hazırda ABŞ üçün prioritet Yaxn Şərq regiounudur. Ona görə də Şərqi Avropada sabitliyi təmin edib bütün diqqətini Yaxın Şərqə yönəltmək istəyir.
Digər səbəb isə ABŞ başa düşür ki, müharibə bitəndən sonra Ukraynada yenidənqurma mərhələsi başlanacaq. Rəsmi Vaşinqton bunun üçün səbrsizlənir. Belə ki, böyük ehtimalla ABŞ Ukraynaya investisiya qoymaq niyyətindədir. ABŞ Rusiya ilə münasibətləri normallaşdırmaq və beləliklə yəqin ki, həm müəyyən mənada iqtisadi əməkdaşlığa rəvac vermək niyyətindədir. Eyni zamanda ABŞ Rusiya ilə "dost" olmaqla rəsmi Moskvanı Tehran və Pekindən ayırmaq niyyətindədir. Bunun üçün isə müharibənin bitməsi şərtdir. ABŞ savaşın başa çatması üçün bütün mümkün imkanlardan istifadə edir. Vaşinqton hazırda Kiyevə "yola gətirmək"dən ötrü diplomatik potensialını ortaya qoyur. Amma bunlar nəticə verməsə, ABŞ Ukraynanı qurban verməkdən də çəkinməyəcək.
Əgər Ukrayna ən qısa zamanda ABŞ-nin şərtləri ilə Rusiya ilə danışıqlar masasına oturmağa razılıq verməsə, onda Vaşinqton Kiyevə təzyiqi daha da artıracaq. Ukrayna Prezidenti Volodimir Zelenski kapitulyasiya aktının qaçılmaz olduğunu anlasa, istefaya gedə bilər".
Aysel Əkbər Son.az
Bir dövrə damğasını vuran "İncir reçeli" filminin 3-cü hissəs

Axşam yatmazdan əvvəl kivi yemək bədənin müxtəlif sistemlərinə müsbə

Bazarda xurmalar növü də, qiyməti də fərqlidir. Ən çox alınanlar isə �

İctimai nəqliyyatda böyüklərə yer verilməsi mövzusu son zamanlar aktuall

"Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi mü

Şeyma Subaşı 2023-cü ilin may ayında evləndiyi ikinci əri Məhəmməd Ə

Avtomobilinizdəki xırda cızıqlar göz oxşayan görünüşü poza bilər, la

Meyvəni yeməkdən əvvəl və ya sonra yeməyin həzm sistemi və ümumi sağl

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşıs

"Mülki hava limanları və (və ya) aerodromların istismara yararlılıq,

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, martın 11-də Azərbaycan Respub

Azərbaycan AZAL təyyarəsinin qəzaya uğramasından sonra xilasetmə əməliy

"KAI Global School" (Kanada) ilə CELT tədris və inkişaf mərkəzin

Son məlumatlara görə, Moskva vilayətində Ukrayna silahlı qüvvələri pilo
