Leyla Əliyeva və Arzu Əliyeva Altıağac Milli Parkını ziyarət ediblər FOTO
Digərləri 24 İyn 2025 13:48:00 90 0
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva Xızı rayonuna səfəri çərçivəsində Altıağac Milli Parkının ərazisində yerləşən Vəhşi Heyvanlar üçün Reabilitasiya Mərkəzinin yenidən qurulmasının təməlqoyma mərasimində iştirak edib.
Bu xəbəri də oxu: Azərbaycanda yeni informasiya sistemi yaradılacaq
Son.az AZƏRTAC-a istinadən bildirir ki, burada reabilitasiyaya ehtiyacı olan vəhşi heyvanların, xüsusilə də ayıların təbii yaşam mühitinə qaytarılması üçün zəruri şərait yaradılacaq. Mərkəzdə heyvanların baytarlıq müayinələrindən keçirilməsi, fiziki reabilitasiya prosesləri, davranış bərpası mərhələləri üzrə proqramlar və xüsusi qidalanma rejimləri tətbiq olunacaq. Bu proseslər heyvanların yalnız tam hazır olduqları halda təbii yaşam mühitinə buraxılmalarını təmin edəcək.
Daha sonra Bakı Zooloji Parkında uzunmüddətli reabilitasiya prosesi tamamlanmış və tam sağalmış vəhşi quşlar Leyla Əliyeva və Arzu Əliyevanın iştirakı ilə Altıağac Milli Parkının ərazisində təbiətə buraxılıb. Təbiətə buraxılan quşlar arasında 2 bataqlıq belibağlısı və 1 ağquyruq sahil qartalı var. Bu yırtıcı quş növləri zəifləmiş və xəsarət almış vəziyyətdə yerli sakinlər tərəfindən aşkarlanaraq Bakı Zooloji parkına təhvil verilmişdi. Zooloji Parkda mütəxəssislərin nəzarəti altında quşlar tam reabilitasiya olunaraq təbii yaşam mühitinə uyğun vəziyyətə gətirilib. Reabilitasiyadan sonra quşların təbiətə buraxılması ekosistemdə balansın bərpası və biomüxtəlifliyin qorunması baxımından mühüm əhəmiyyət kəsb edir.
İsrailin Tehrana endirdiyi hava zərbəsi nəticəsində tanınmış iranlı n�

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 24-də Mingəçev

Rusiyanın Saxalin vilayətində dəhşətli hadisə baş verib.

Bu gün gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilən ətir məhsu

İran və İsrail arasında atəşkəs qüvvəyə minmədən öncə atılan hüc

Bizim.Media-nın Şimal bürosunun əməkdaşı Aytəkin Alxaslının başına

İsrailin müdafiə naziri İsrael Kats atəşkəs rejimini pozduğuna görə İ

Rusiya vətəndaşı olan erməni milyarder Samvel Karapetyanın Ermənistan siy

Azərbaycanda iyunun 25-də havanın əsasən yağmursuz keçəcəyi gözlənili

Türkiyədə yaşayan azərbaycanlı müğənni Sevinc Ağaşirinovanın Bakıd

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi

Vətən müharibəsi şəhidi Fariz Həsənovun həyat yoldaşı Əzizə Həsən

Səlahiyyətli orqanlar tərəfindən inzibati xətalar haqqında protokol və q

İyunun 13-nə keçən gecə İranın səması parlaq işıq selinə bürünənd
