Leyla Əliyeva və Arzu Əliyeva Xızıda “Gənc arıçı” layihəsinin iştirakçısı ilə görüşüb FOTO
Digərləri 24 İyn 2025 12:18:00 90 0
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva Xızı rayonuna səfəri çərçivəsində "Gənc arıçı" layihəsinin iştirakçılarından biri olan, Altıağac qəsəbəsində yaşayan Dadaşovlar ailəsinin qonağı olub.
Bu xəbəri də oxu: Ekspert: "İran məğlubiyyəti etiraf etməmək üçün siyasi ritorika işlədir"
IDEA İctimai Birliyindən Son.az-a bildirilib ki, görüş zamanı ailə üzvləri ilə səmimi söhbət edilib, onların layihə çərçivəsində qazandıqları təcrübə və gələcək planları ilə yaxından maraqlanılıb. Ailə üzvləri bu layihənin həyata keçirilməsi təşəbbüsünə, eləcə də Leyla Əliyeva və Arzu Əliyevanın şəxsən ziyarətinə görə səmimi minnətdarlıqlarını bildiriblər.
"Gənc arıçı" layihəsinin əsas məqsədi regionlarda gənc ailələrin arıçılıq sahəsinə marağını artırmaq, onların məşğulluğunu və ekoloji cəhətdən dayanıqlı kiçik ailə bizneslərini dəstəkləməkdir.
Qeyd edək ki, layihə iştirakçısı Sevinc Dadaşovanın atası Adıgözəl Səfərov 1994-cü ildə Ümummilli Lider Heydər Əliyevlə görüşmüş, onun dəstəyi sayəsində Azərbaycan Fermer Təsərrüfatları İttifaqı tərəfindən ABŞ-nin Ayova ştatına kənd təsərrüfatı və fermerlik sahəsində təcrübə mübadiləsi proqramına göndərilmişdir.
Vətən müharibəsi şəhidi Fariz Həsənovun həyat yoldaşı Əzizə Həsən

Səlahiyyətli orqanlar tərəfindən inzibati xətalar haqqında protokol və q

İyunun 13-nə keçən gecə İranın səması parlaq işıq selinə bürünənd

İyunun 23-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyin

İstilik təchizatı sektorunda qiymətlər (tariflər) istilik təchizatı suby

İranda nüvə sahəsində çalışan daha bir mütəxəssis qətlə yetirilib.

Hayal Köseoğlu: “10 ildir bu xəstəliklə yaşayıram”

Xəbər verdiyimiz kimi, Braziliyada 22 nəfərin olduğu hava şarı yanaraq ye

Bakıda sərnişinə əxlaqsız təkliflər edən daha bir taksi sürücüsü in

Meyxanaçı Balaəli Maştağalı açıqlaması ilə diqqət çəkib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 24-də Mingəçev

Xəbər verdiyimiz kimi, İran və İsrail arasında atəşkəs razılığı əl

Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsində yaşayış binasında yan

İran və İsrail arasında davam edən münaqişə hər iki ölkəyə milyardla
