Prezident Mingəçevirdə Adolfo Ursonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib FOTO
Siyasət 24 İyn 2025 10:56:00 43 0
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 24-də Mingəçevirdə İtaliya Respublikasının şirkətlər və "Made in Italy" naziri Adolfo Ursonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Bu xəbəri də oxu: Rəsmi Bakıdan Ermənistan XİNə
Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, söhbət zamanı dövlətimizin başçısının Adolfo Urso ilə görüşləri məmnunluqla xatırlandı.
Prezident İlham Əliyev Adolfo Ursoya "8 Noyabr" Elektrik Stansiyasının açılışında iştirakına görə minnətdarlığını bildirdi, gələcəkdə də birgə layihələrin həyata keçiriləcəyinə ümidvarlığını ifadə etdi.
Qonaq İtaliyanın "8 Noyabr" Elektrik Stansiyasının inşasında iştirakını ölkələrimiz arasında dostluğun və uğurlu əməkdaşlığın göstəricisi kimi dəyərləndirdi.
Azərbaycana dəfələrlə səfər etdiyini xatırlayan Adolfo Urso bu tədbirdə iştirakdan məmnunluğunu bildirdi. O, 2020-ci ildə Gəncə və Ağdam şəhərlərinə səfərinə toxundu.
Dövlətimizin başçısı Adolfo Ursonun işğaldan azad edilmiş torpaqlarımıza Avropa ölkəsini təmsil edən ilk xarici yüksəksəviyyəli şəxslərdən biri olduğunu vurğuladı və buna görə minnətdarlığını bildirdi.
Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərimizdə hazırda genişmiqyaslı quruculuq işlərinin aparıldığını və orada artıq 3 beynəlxalq hava limanının istifadəyə verildiyini dedi.
Söhbət zamanı münasibətlərimizin strateji xarakter daşıdığı bildirildi, siyasi əlaqələrimizin çox yüksək səviyyədə olmasından məmnunluq ifadə edildi. Azərbaycan-İtaliya əməkdaşlığının daha da genişləndirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin roluna toxunuldu.
Görüşdə Hökumətlərarası Komissiyanın fəaliyyətinin vacibliyi bildirildi, enerji, o cümlədən bərpaolunan enerji, metallurgiya, kənd təsərrüfatı, əczaçılıq, elm, təhsil, mədəniyyət və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparıldı, İtaliya şirkətlərinin işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən bərpa və quruculuq işlərində iştirakı qeyd edildi. "Azərenerji" ilə "Ansaldo" şirkəti arasında əməkdaşlığın perspektivlərinə dair məsələlər müzakirə olundu.
Sonra xatirə şəkli çəkdirildi.
Xəbər verdiyimiz kimi, İran və İsrail arasında atəşkəs razılığı əl

Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsində yaşayış binasında yan

İran və İsrail arasında davam edən münaqişə hər iki ölkəyə milyardla

Bu ilin əvvəlindən Rusiya Federasiyasının Həştərxan vilayəti üzrə Fed

Bir neçə ay əvvəl bağlanan "Azadlıq" partiyasının sədri Əhm�

AzTV-də yayımlanan "Həftə" analitik-informasiya proqramında Ermə

"Səni axtarıram" verilişində hər kəsi şoka salan hadisə yaşan

Türkiyənin məşhur aktrisası Hande Erçel "Aşk Hatırla" serialı

Azərbaycanda yay mövsümünün sevilən meyvələrindən olan gilasa tələbat

Nigerin Tillaberi bölgəsində yerləşən Manda kəndində törədilən terror

Həm İtaliya, həm də Çin Azərbaycanın strateji tərəfdaşlarıdır.

Mingəçevirin energetika mərkəzi kimi tarixi zəngindir və burada formalaşm

ABŞ Prezidenti Donald Tramp İsrail və İrana müraciət ünvanlayıb.

Bu stansiya ("8 Noyabr" elektrik stansiyası - red.) bizim enerji pote

Azərbaycan rəssamı Cahan Namazova London Beynəlxalq İncəsənət və İsted
