Buraxılış imtahanı keçirildi


Digərləri 02 Mar 2025 14:39:00 104 0

Buraxılış imtahanı keçirildi

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirib.

DİM-dən Son.az-a verilən xəbərə görə, imtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 242 imtahan binası, 4292 imtahan zalı ayrılıb.

İmtahanların idarə olunmasına 242 ümumi imtahan rəhbəri, 675 imtahan rəhbəri, 4292 nəzarətçi, 747 buraxılışı rejimi əməkdaşı (mühafizə) və 242 bina nümayəndəsi ayrılıb.

İmtahanda 36 nəfər sağlamlıq imkanları məhdud abituriyent iştirak edib

İmtahanda 36 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) abituriyent də iştirak edib. Bu abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli şagirdlərin bina və zala daxil olması və hərəkəti üçün də şərait yaradılıb.

Mobil telefon və ağıllı saat istifadə edən 7 nəfər imtahandan kənarlaşdırılıb

İlkin məlumatlara əsasən, 6 nəfərdə mobil telefon, 1 nəfərdə ağıllı saat aşkarlandığı üçün imtahandan xaric edilib. 2 nəzarətçi isə iştirakçılara kömək etməyə cəhd etdiyi üçün imtahandan kənarlaşdırılıb. Qeyd olunan hallarla bağlı araşdırma aparılır.

İmtahanda iştirak etmək üçün tələb olunan sənədləri qaydasında olmayan - şəxsiyyət vəsiqəsini evdə unudan, etibarlılıq müddəti başa çatan, şəxsiyyəti təsdiq edən sənədin surəti ilə imtahana gələn və ya vəsiqəsində şəkli olmadığı üçün məktəbdən verilən şəkilli arayışı özü ilə gətirməyən şagirdlər də olub.

Növbəti imtahanlarda iştirak edəcək şagirdlərə bir daha xatırladırıq ki, sənədləri ilə diqqətli olsunlar. İmtahana gələrkən buraxılış vərəqəsini, şəxsiyyəti təsdiq edən sənədin əslini (şəxsiyyət vəsiqəsində şəkli olmayan şagirdlər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı gətirməyi unutmasınlar.

Canlı yayımda test tapşırıqları və düzgün cavablar izah ediləcək

Bu gün saat 16:00-da DİM-in "Youtube" kanalı vasitəsilə canlı yayım ediləcək və Mərkəzin məsul əməkdaşları, ekspertlər tərəfindən imtahanda istifadə olunmuş test tapşırıqları ilə bağlı izahat veriləcək, həmçinin qapalı və kodlaşdırıla bilən açıq tipli tapşırıqların düzgün cavabları təqdim olunacaq. Abituriyentlər onları maraqlandıran sualları canlı yayımın şərh bölməsinə yaza bilərlər.

Martın 3-dən etibarən DİM-də imtahan protokolları və cavab vərəqlərinin emalına başlanılacaq.

İmtahan nəticələri 6 həftə ərzində açıqlanacaq

İmtahanlarda istifadə olunan yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələrin yaxın 6 həftə ərzində elan olunması nəzərdə tutulur.

İmtahanda iştirak edənlər, həmçinin valideynlər, müəllimlər, ekspertlər bütün test tapşırıqlarının izahının elektron versiyasını (pdf formasında) canlı yayımdan sonra DİM-in sosial şəbəkə hesablarından əldə edə biləcəklər .

---------

06:24

Dövlət İmtahan Mərkəzi (DİM) bu gün Bakı şəhərinin Nərimanov, Sabunçu, Xəzər, Səbail, Nəsimi, Nizami, Abşeron (I hissə), Sumqayıt (I hissə), Gəncə (I hissə), Goranboy, Yevlax, Naftalan, Şəmkir, Gədəbəy, Şirvan, Hacıqabul, Neftçala, Salyan, Göyçay, Ağdaş, Şamaxı, Qobustan, Kürdəmir, Lənkəran, Cəlilabad, Yardımlı, Bərdə, Tərtər, Ağdam, Şəki, Oğuz, Qəbələ, Xaçmaz, Siyəzən, Şabran, Ağdərə (Talış kənd tam orta məktəbi), Xocalı, Xankəndi, Şuşa və Laçında (Şəhər 2 №-li tam orta məktəb, Zabux və Sus kənd tam orta məktəbləri) Dövlət İmtahan Mərkəzi tərəfindən tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirəcək.

Zelenski kimə güvənir?  Ağ Evdə “vabank” gedişi like
  • 02 Mar 14:16  
Dünya Zelenski kimə güvənir? Ağ Evdə “vabank” gedişi

Ağ Evdə Tramp-Zelenski mübahisəsinin Ukrayna üçün mənfi perspektivləri

arrow Ətraflı
Əhaliyə xəbərdarlıq: martın 3ü gündüzdən 4dək... like
  • 02 Mar 14:08  
Digərləri Əhaliyə xəbərdarlıq: martın 3ü gündüzdən 4dək...

Milli Hidrometeorologiya Xidməti martın 3-ü gündüzdən 4-ü gündüzədək

arrow Ətraflı
Daha uzun yaşamanın SİRRİ  qatığın inanılmaz FAYDALARI like
  • 02 Mar 14:04  
Digərləri Daha uzun yaşamanın SİRRİ qatığın inanılmaz FAYDALARI

Qatıq sevənlərdə bütün səbəblərdən ölüm nisbəti digərlərinə nisb

arrow Ətraflı
Bu BÜRCƏ hər kəs gözüyumulu inana bilər like
  • 02 Mar 13:41  
Digərləri Bu BÜRCƏ hər kəs gözüyumulu inana bilər

Astrologiya dünyasında ən dürüst və etibarlı bürcün hansı olduğu bar�

arrow Ətraflı
Türkiyənin daha bir məşhuru Bakıya gəlir like
  • 02 Mar 13:40  
Şou-biznes Türkiyənin daha bir məşhuru Bakıya gəlir

Türkiyənin məşhur müğənnisi Zeynəb Bastık Bakıda konsert verəcək.

arrow Ətraflı
Böyük Britaniya Baş naziri Zelenskini belə qarşıladı like
  • 02 Mar 13:28  
Dünya Böyük Britaniya Baş naziri Zelenskini belə qarşıladı

Ukrayna Prezidenti Volodimir Zelenski Londonda Böyük Britaniyanın Baş naziri

arrow Ətraflı
İsraildən Qəzzayla bağlı sərt QƏRAR like
  • 02 Mar 13:11  
Dünya İsraildən Qəzzayla bağlı sərt QƏRAR

İsrail Qəzza sektoruna humanitar yardımların buraxılmasını dayandırıb.

arrow Ətraflı
Gavalı qurusunun faydaları like
  • 02 Mar 13:05  
Digərləri Gavalı qurusunun faydaları

Gavalı qurusunun müntəzəm istehlakı sağlamlıq üçün çox faydalıdır.

arrow Ətraflı
Oyuncaq “Kalaşnikov”la YDMni soydu like
  • 02 Mar 12:53  
Digərləri Oyuncaq “Kalaşnikov”la YDMni soydu

Türkiyənin Afyonkarahisar vilayətində bir nəfər oyuncaq "Kalaşnikov

arrow Ətraflı
Felmar Ələkbərli vəfat etdi like
  • 02 Mar 12:46  
Digərləri Felmar Ələkbərli vəfat etdi

Bu gün Vətəndaş Həmrəyliyi partiyası Ali Məclisinin sədri Felmar Ələk

arrow Ətraflı
"Günahları yuyan yağış", Quranda adı keçən TƏK AY like
  • 02 Mar 12:42  
Digərləri "Günahları yuyan yağış", Quranda adı keçən TƏK AY

Ramazan hicri-qəməri aylarından doqquzuncunun adıdır. Bu mübarək aya Rama

arrow Ətraflı
"O müğənniləri niyə efirdə it kimi "hürdürürlər"?"  VİDEO like
  • 02 Mar 12:36  
Şou-biznes "O müğənniləri niyə efirdə it kimi "hürdürürlər"?" VİDEO

Müğənni Mədinə Məlik son zamanlar efirdə müğənniləri trend olan "

arrow Ətraflı
"Bu, birbaşa Avropanın məhvidir" like
  • 02 Mar 12:30  
Dünya "Bu, birbaşa Avropanın məhvidir"

Amerika tərəfindən tərk edilmiş Ukrayna Britaniya və AB-dən asılı olara

arrow Ətraflı