Evini kirayə verənlərin diqqətinə: Sizi bu TƏHLÜKƏ GÖZLƏYİR
Digərləri 11 Mar 2025 09:31:00 93 0
Bakının Nərimanov rayonu ərazisində yerləşən evlərin birində müvəqqəti yaşayan şəxsin həmin ünvanda kirayənişin qalan 2 nəfərin mobil telefonunu oğurlaması barədə polisə məlumat daxil olub. Bu barədə DİN-in mətbuat xidməti məlumat yayıb.
Bu xəbəri də oxu: Sabah bu ərazilər qazsız qalacaq
Bildirilib ki, Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə hadisəni törətmiş paytaxt sakini 23 yaşlı Fikrət Ramazanov saxlanılıb. Onun F.X.Xoyski küçəsində yerləşən elektronika və məişət avadanlıqları satılan mağazalar şəbəkəsindən, eləcə də kirayədə yaşadığı daha 3 evdən oğurluq etdiyi də müəyyən olunub. Göründüyü kimi, kirayədə yaşadığı evdə digər kirayənişinlərin əmlakını oğurlayıb. Bu faktın üzə çıxması isə bir daha kirayə mənzillərdə qeydiyyat məsələsini aktuallaşdırır.
Yeri gəlmişkən, son vaxtlar polis əməkdaşları qapı-qapı gəzərək mənzildə yaşayan şəxsləri sorğu-sual edir. Bununla bağlı sosial şəbəkələrdə çox sayda paylaşımlar edilir. Qeyd olunur ki, DİN əməkdaşları mənzilin kimin adına olduğunu və s. soruşur. Bu vəziyyət paytaxt sakinlərinin bəziləri arasında narahatlığa səbəb olub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Elşad Hacıyev mətbuata açıqlamasında bu sorğuların nə üçün aparılması məsələsinə aydınlıq gətirib:
"Yaşayış sahələrində kriminal vəziyyətin diqqətdə saxlanılmasına, yaxud tam aradan qaldırılmasına xidmət edən profilaktik tədbirdir. Daha təfərrüatlı sakinlərin təhlükəsizliyinə xidmət edir. DİN-dən polisə göstəriş verilib ki, inzibati ərazidə kim yaşayır bilsin, qeydiyyatı olmayan şəxslərin qeydiyyat məsələləri həll edilsin. Başqa sözlə, bu evlər, kriminal vərdişlərin alətinə çevrilməsin", - DİN rəsmisi bildirib.
Qeyd edək ki, qanunvericiliyə görə, kirayə verən kirayənişinlə notarial qaydada təsdiq olunmuş kirayə müqaviləsi imzalamalıdır. Müqavilə ilə ödəmə mənbəyindən tutulan vergi tətbiq olunur və bu, rəsmi daxil olan məbləğin 14 faizi həcmində müəyyən olunur. Kirayədə qalanlar mütləq bir ay ərzində yaşadıqları ərazi üzrə polis idarəsinə sənədlərini və kirayə müqaviləsini təqdim etməklə müvəqqəti qeydiyyata düşməlidirlər.
Əgər kirayədə qalanlar qeydiyyata düşməsələr, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 563.1-ci maddəsinə əsasən xəbərdarlıq edilir və ya 30 manat məbləğində inzibati qaydada cərimə olunurlar.
Hüquqşünas Əkrəm Həsənov açıqlamasında kirayə verənlərlə kirayənişinlər arasında müqavilə bağlamağın önəminə diqqət çəkdi:
"Bundan əlavə, kirayədə qalan şəxs olduğu yer üzrə daxili işlər orqanlarında qeydiyyata düşməlidir. Bu, qanunun tələbidir. Sadəcə, təcrübədə buna riayət olunmur. Kirayənişinin qeydiyyata düşməsini kirayə verən tələb etməlidir. Adətən kirayə verənlər 14 faiz vergi ödəməli olduqları üçün müqavilə bağlanmasına maraq göstərmirlər. Yəni kirayə verən vergidən yayınmaq üçün müqavilə bağlanmasına göz yumur. Amma nəticədə neqativ hadisələrlə üzləşməyə məcbur olur".
Əmlak məsələləri üzrə ekspert Elnur Azadov mövzunu şərh edərkən qeyd etdi ki, təəssüf ki, kirayə götürən şəxslər fiziki korlamalar, oğurluqlar, vaxtında ödəniş etməmək kimi neqativ hallara yol verirlər. Ekspert vurğuladı ki, hətta müqavilə imzalansa belə, ödənişi vaxtında etməyərək kirayədə qalıb borc yaradan kirayənişinlər var: "Borc yaradan, hətta evdən qaçarkən evin əşyalarını oğurlayan kirayənişinlər var. Bunun qarşısını almağın ən effektiv yollarından biri depozit almaqdır. Sadəcə, Azərbaycanda depozit alınması o qədər də geniş yayılmayıb. Nisbətən ucuz qiymətə təklif olunan kirayə evlərə aşağı gəlirli insanlar maraq göstərdiyi üçün onlarda ehtiyat pul olmur. Digər məsələ qanunvericiliklə nəzərdə tutulmuş qaydada vətəndaş bir evdə 6 aydan çox qalırsa, qeydiyyata alınmalıdır. Öncə rəsmi müqavilə bağlanmalıdır, bu zaman isə rəsmi qeydiyyat məsələsi gündəmə gəlir. Kirayənişinin qeydiyyata alınması kirayə verəni heç nədən sığortalamır. Bu, sadəcə, daxili işlər orqanlarının işini asanlaşdırır, o cümlədən seçkilərdə və digər proseslərdə önəmlidir".(Musavat.com)
Ölkə ərazisində müşahidə olunan dumanlı hava şəraitinin martın 14-də

Müğənni Ülviyyə Namazova efirə 8 manat 50 qəpiyə sırğa taxıb.

Xəbər verdiyimiz kimi, hazırda paytaxtda dumanlı hava şəraiti müşahidə

09:02 Universitetində (ADU) bədii rəhbər vəzifəsinə təyin edilən kla

Meksikanın Oaxaka və Duranqo ştatlarında baş verən iki ayrı avtobus qəza

Böyükşor-Pirşağı avtomobil yolu Heydər Əliyev prospekti ilə birbaşa ə

"Azərbaycanda yarımsaatlıq toya ən çox Xalq artistləri Aygün Kazımo

Müəllimlərə "Hinduşqabaş" deyərək təhqir edən 301 nömrəli

Ramazanda qidalanma digər günlərdən az olsa da, bu ərəfələrdə idmanla m

ABŞ-nin dövlət katibi Marko Rubio Ukrayna nümayəndə heyəti ilə danışı

Mart ayı bəzi bürclər üçün çətin sınaqlar gətirəcək. Bəziləri dos

"Xalq artisti" adını alanların bəziləri bu ünvana layiq deyillə

Martın 10-da Ukrayna Prezidenti Volodimir Zelenski Səudiyyə Ərəbistanına s

Təbii mühit və vəhşi təbiət, insanların psixoloji sağlamlığı üzəri

Naxçıvan şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib, bir nəfər
