İnternet sürətini belə artırmaq olar
Digərləri 02 Mar 2025 16:04:00 81 0
İnternet həyatımızın ayrılmaz bir hissəsinə çevrilib. Əvvəllər sadəcə informasiya mənbəyi kimi qəbul edilən internet, bu gün təhsil, iş, əyləncə, alış-veriş və sosial münasibətlərin əsas platformasıdır. Gündəlik həyatımızda internetin rolu o qədər böyükdür ki, artıq həyatımızı internetsiz təsəvvür etmək mümkün deyil.
Bu xəbəri də oxu: Səkinin qanunsuz zəbt olunmasının qarşısı alındı VİDEO
Bu halda internetinizin sürəti həyatınıza birbaşa təsir edən faktora çevrilir. İnformasiyanın ötürülməsi nə qədər sürətli olarsa, istifadəçilər üçün internetdən istifadə bir o qədər rahat və səmərəli olur. Yüksək internet sürəti iş proseslərindən tutmuş əyləncə və təhsilə qədər hər sahədə vacib rol oynayır.
İnternet sürəti, məlumatların cihazlara nə qədər sürətlə ötürüldüyünü ifadə edən bir göstəricidir və əsasən Mbps (Megabit per second) və ya Gbps (Gigabit per second) ilə ölçülür. İnternet sürətinə müxtəlif faktorlar təsir edə bilər. İnternetinizin sürətinə təsir edən əsas amillərdən biri Wi-Fi routerinizin hansı tezlik diapazonunda işləməsidir. Wi-Fi routerləri iki əsas tezlik diapazonunda işləyir: 2.4 GHz və 5 GHz. Bu tezliklər internetin sürətinə, əhatə dairəsinə və stabil işləməsinə təsir göstərir. Bəs bu iki tezlik arasında hansı fərqlər var və hansını seçmək daha məqsədəuyğundur? 2.4 GHz tezliyi - daha geniş əhatə dairəsinə malikdir, lakin məlumat ötürmə sürəti daha aşağıdır. 5 GHz tezliyi - daha sürətli internet təmin edir, lakin əhatə dairəsi daha məhduddur.
Demək olar ki, bir çox müasir routerlər 5 GHz tezliyini dəstəkləyir, amma hər zaman istifadəçilər 5 GHz tezliyinə qoşulmuş olmur. Bunun əsasən iki səbəbi olur. Birincisi, router 5 GHz tezliyinə qoşuludur, amma siz cihazınızda 5 GHz tezliyinində olan Wi-Fi adını seçməmisiniz. Bu zaman siz internet sürətinizi artırmaq üçün Wi-Fi şəbəkənizi 2.4 GHz tezliyindən 5 GHz-ə keçirməlisiniz. Linkdəki addımlar sizə faydalı ola bilər: https://bit.ly/5ghz-qoshulma-3. İkincisi, routerinizdə 5 GHz tezliyi qoşulu deyil, bu zaman routerinizdə 5 GHz tezliyini konfiqurasiya etmək lazımdır. Linkdəki ətraflı addımlar sizə çox faydalı olacaq: https://bit.ly/5ghz-konfiqurasiya-3
İğdır-Naxçıvan təbii qaz kəmərinin istifadəyə veriləcəyi tarix məlu

"Putini dayandırmalıyıq, əks halda özü dayanmayacaq".

Bəzi bürclər var ki, təbiətcə çox sərt olurlar və səhvləri bağışla

ABŞ rəhbəri Donald Tramp vitse-prezident Ceyms Devid Vensin Ukrayna lideri Vo

Hazırda oxunan: "Neftçilər"də təcili yardım avtomobili aşdı:

NATO hazırkı formada ABŞ və onun avropalı üzvləri arasında Ukraynaya də

Avstraliyada yaşayan 24 yaşlı Enni Holland 10 ildir heç bir şey yeyə bilmi

Teleaparıcılar Zaur və Günay Baxşəliyevaların görüntüsü marağa səb�

Əlindəki ziyili götürmək üçün xəstənaya müraciət edən və orada və

Rusiyada miqrantların ailələrini gətirməsinə qadağa qoyulması ilə bağl

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) tam (11 illik) orta təhsil səviyyə

Ağ Evdə Tramp-Zelenski mübahisəsinin Ukrayna üçün mənfi perspektivləri

Milli Hidrometeorologiya Xidməti martın 3-ü gündüzdən 4-ü gündüzədək
