"Əlimyandı" adı ilə satışa çıxarılan problemli maşınlar Uzaq durun
Digərləri 18 İyn 2025 13:48:00 67 0
Son illərdə avtomobil alqı-satqısı artıq bazarda yox, sosial şəbəkələrdə baş verir. Gecə saatlarında "əlimyandı", "cekpot", "qaçırma" şüarları ilə ucuz qiymətə paylaşılan elanlar diqqəti cəlb edir. Amma bu təqdimatın altında çox vaxt görünməyən, lakin bahalı problemlər yatır.
Əgər bir avtomobil bazar qiymətindən xeyli ucuz təklif olunursa, bilin ki, burada ya mühərrik nasazdır, ya sənədlərdə problem var, ya da maşın hansısa səbəblə təcili əldən çıxarılmağa çalışılır. Bəzən şassi və mühərrik kodlarında problem olur, amma bu detalları alıcı gecikmiş formada - artıq maşın alınandan sonra öyrənir.
Avtomobil satmaq istəyənlər maşını "makiyajlayıb" təqdim edir: bir az cilalama, yağ dəyişikliyi, kiçik nasazlıqların gizlədilməsi vəssalam - bir neçə gün problemsiz işləyəcək bir görüntü yaradılır. Alıcı isə sevinc içində maşını alır, sabahı gün isə ya mühərrik yatır, ya ötürücü qutu sıradan çıxır, ya da digər problemlər başlayır.
Unutmayın: əgər biri maşını real qiymətindən aşağı satırsa, ondan xilas olmaq istəyir. Həqiqətən yaxşı vəziyyətdə olan avtomobil sahibini tələsməyə məcbur etmir.
Ekspertlər deyir: "Tələskənliklə alınan maşın sabah peşmançılıq yarada bilər." Maşın alışı bir gecədə telefon işığında yox, gün işığında, ustayla birlikdə, detallı baxışla olmalıdır. Avtomobil almaq yox, problem almaq istəmirsinizsə - səbirli və diqqətli olun.
İslam Son.az
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 18-də Bolqarıst

Dünyada baş verən qlobal istiləşmə ekoloji tarazlığın və enerji balans

Ermənistanın Baş naziri Nikol Paşinyan tanınmış iş adamı Samvel Karapet

İranın hüquq-mühafizə orqanları ölkənin cənub-qərbində İsrailin MOSS

Nardaran ərazisindəki qayalığın satışa çıxarılması ilə bağlı xəb�

Ziya Bünyadov və Azadlıq prospektlərinin kəsişməsində qəza baş verib.

Ermənistan azərbaycanlıların öz dədə-baba yurdlarına qayıtmaq hüququna

Azərbaycan Respublikası Nazirlər Kabineti 12 iyun 2025-ci il tarixində ölk�

Azərbaycanda avtomobillərlə bağlı vahid məlumat bazasının yaradılması

Prezident İlham Əliyev "Qanunun aliliyinin gücləndirilməsi: ombudsmanl

İyunun 18-i saat 13:00-dan 17:00-dək istismar müddəti başa çatmış və is
