Nazirlər Kabinetindən kino sahəsi ilə bağlı sərəncam
Kriminal 18 İyn 2025 11:49:00 61 0
Azərbaycan Respublikası Nazirlər Kabineti 12 iyun 2025-ci il tarixində ölkədə kinematoqrafiya və digər audiovizual əsərlərin istehsalını stimullaşdırmaq məqsədilə sərəncam qəbul edib. Sərəncam, Azərbaycan Respublikası Prezidentinin 29 may 2025-ci il tarixli 610 nömrəli Sərəncamının icrasını təmin etməyə yönəlib.
Bu xəbəri də oxu: Tanınmış aktrisa vəfat etdi
Sərəncama əsasən, bir sıra tapşırıqlar müəyyən edilib. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Ədliyyə Nazirliyi, Maliyyə Nazirliyi və İqtisadiyyat Nazirliyi ilə birgə audiovizual əsərlərin istehsalı zamanı çəkilmiş xərclərin qismən geri ödənilməsi mexanizminin layihəsini hazırlayaraq 15 gün müddətində Nazirlər Kabinetinə təqdim edəcək. Bundan əlavə, Ədliyyə Nazirliyi aidiyyəti dövlət orqanları ilə birgə kinematoqrafiya sahəsində normativ hüquqi bazanın təkmilləşdirilməsi ilə bağlı təkliflərini iki ay ərzində hazırlayıb təqdim edəcək. Prezident sərəncamına uyğun olaraq Nazirlər Kabinetinin normativ hüquqi aktlarının uyğunlaşdırılması istiqamətində təkliflərin beş ay müddətində təqdim olunması nəzərdə tutulur.
Qərar Azərbaycanda film və audiovizual məzmunun istehsalına olan marağı əhəmiyyətli dərəcədə artıracaq, bununla ölkəyə xarici investisiyaların axını sürətlənəcək və xarici təcrübənin ötürülməsi ilə yerli kadr potensialı güclənəcək. Geriödəmə mexanizminin tətbiqi həm yerli, həm də beynəlxalq istehsalçılar üçün daha cəlbedici və rəqabətqabiliyyətli mühit yaradacaq, yeni iş yerləri formalaşdıracaq və nəticə etibarilə ölkənin kino sənayesinin ÜDM-dəki payının artmasına və Azərbaycanın beynəlxalq film bazarında tanınmasına ciddi töhfə verəcək.
Azərbaycanda avtomobillərlə bağlı vahid məlumat bazasının yaradılması

Prezident İlham Əliyev "Qanunun aliliyinin gücləndirilməsi: ombudsmanl

İyunun 18-i saat 13:00-dan 17:00-dək istismar müddəti başa çatmış və is

Cəbhə xətti təkcə səngərlərdən və hava hücumlarından keçmir. Müasi

İsrailin İrana hava zərbələrindən dərhal sonra Çindən üç gün ardıc�

Milli Məclisin sədri Sahibə Qafarova Qara Dəniz İqtisadi Əməkdaşlıq Tə

Rusiyanın dövlət televiziya kanalı "Rossiya 1"-də Azərbaycanın

Azərbaycan və Maldiv arasında viza tələbi qismən aradan qalxıb.

Şabranda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

İranın 17-dən 18-nə keçən gecə İsrail ərazisinə endirdiyi raket zərb�

Xalq artisti Məleykə Əsədova maraqlı açıqlama verib.

17 iyun gecəsi İsrail hərbi hava qüvvələri Tehranın yaxınlığında yerl
