“Atam öləndə heç nə hiss etmirdim” FOTO


Kriminal 10 Mar 2025 22:44:00 92 0

“Atam öləndə heç nə hiss etmirdim”  FOTO

Mərhum Xalq yazıçısı Rüstəm İbrahimbəyovun qızı Fatimə İbrahimbəyova atası ilə bağlı paylaşım edib.

Son.az bildirir ki, o, atasının vəfatından sonra yaşadıqlarından yazıb:

"Üç il əvvəl atam vəfat edəndə nə baş verdiyini dərhal dərk etmədim. Onun ölümü ilə bağlı sözlər havada səslənirdi, amma mən onları eşitmirdim. Dünya sanki yapışqan kimi ağırlaşmışdı, düşüncələrim yavaş hərəkət edirdi. İçimdə qəribə, soyuq bir sakitlik vardı - xəyanətə bənzər bir hiss. Axı ən yaxın insanını itirəndə ağrı hiss etməlisən. Amma mən heç nə hiss etmirdim. İnsanlar zəng edir, yazır, gəlir, məni qucaqlayırdılar... Mən başımla təsdiqləyir, dinləyirdim, amma içim boş idi. İtkinin ağrısı dərhal gəlmədi. O, səssizcə yaxınlaşdı, bu boşluğu doldurdu. Xatirələrlə içimə işləyir, sinəmi sıxır, nəfəsimi boğurdu. Elə bil dünya bir şüşənin o biri tərəfində idi, mən isə bu tərəfdə. Kədər mənim bir hissəmə çevrildi. 

Onu ikinci bir dəri kimi daşıyırdım. Elə bil onu üzərimdən atsam, unutmuş olacaqdım. Zaman sağaltmır, sadəcə kəskinliyi azaldır. Əvvəlcə hər gün o anı yenidən yaşamırsan. Sonra "zəng etmək" refleksi yox olur. Daha sonra isə özünü onun haqqında keçmiş zamanda danışarkən tutursan. Və sonra qəbul etmə gəlir. O, hiss olunmadan yaxınlaşır. Ağrı artıq səni iflic etmir. O, sadəcə sənin bir parçana çevrilir. Bir gün ilk dəfə içdən, gerçək, səmimi bir gülüşlə güldüyümü fərq etdim. Və birdən başa düşdüm: sevinc heç yerə getməyib. O, sadəcə, onu yenidən qəbul etməyə hazır olmağımı gözləyirdi. Və atam da məhz bunu istəyərdi. Qəbul etmək - unutmaq deyil. Bu, özünə yenidən həyata sevinməyə icazə verməkdir. Amma fərqli şəkildə. İndi hər gözəl anın içində onun da yeri var. Hər uğurumda onun dəstəyi. Hər xoş günümün içində onun müdrikliyi. Başa düşdüm ki, o, getməyib. O, buradadır. Mən onsuz yaşamıram. Mən onunla yaşayıram. Sadəcə, başqa cür". /Olay.az


Xəbərə aid fotolar

Bakıda şirniyyat mağazasında iyrənc mənzərə  Tortların yanında tarakan gəzir  VİDEO like
  • 10 Mar 22:32  
Digərləri Bakıda şirniyyat mağazasında iyrənc mənzərə Tortların yanında tarakan gəzir VİDEO

Bakıda yerləşən şirniyyat mağazalarından birində xoşagəlməz hadisə

arrow Ətraflı
"Reels" izləmək beyni zəiflədir like
  • 10 Mar 22:30  
Digərləri "Reels" izləmək beyni zəiflədir

Araşdırmalar göstərir ki, sosial şəbəkələrdə qısa videolar, xüsusil�

arrow Ətraflı
Acun bu tarixdə hakim qarşısına çıxacaq like
  • 10 Mar 22:22  
Şou-biznes Acun bu tarixdə hakim qarşısına çıxacaq

Türkiyənin İstanbul şəhərində qanunsuz mərc oyunları ilə bağlı apar�

arrow Ətraflı
Bu şəxslərin “Green Card”ları like
  • 10 Mar 22:11  
Dünya Bu şəxslərin “Green Card”ları

ABŞ Dövlət Departamenti sonradan deportasiya etmək məqsədilə HƏMAS tər�

arrow Ətraflı
Dırnaq göbələyini məhv edir  Hamının evində like
  • 10 Mar 22:00  
Digərləri Dırnaq göbələyini məhv edir Hamının evində

Demək olar ki, hər evdə olan mentollu kremlərin dırnaq göbələyini məhv

arrow Ətraflı
Zelenski Ağ Evdəki mübahisəyə görə Trampdan üzr istəyib like
  • 10 Mar 21:50  
Dünya Zelenski Ağ Evdəki mübahisəyə görə Trampdan üzr istəyib

Ukrayna lideri Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampa məktub göndər

arrow Ətraflı
Banklar depozit fazilərini niyə artırır? like
  • 10 Mar 21:42  
Digərləri Banklar depozit fazilərini niyə artırır?

Son zamanlar əmanət, xüsusən də xarici valyutada depozit faizlərində kəs

arrow Ətraflı
Keçmiş baş həkim ürək çatışmazlığından öldü like
  • 10 Mar 21:32  
Digərləri Keçmiş baş həkim ürək çatışmazlığından öldü

Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının keçmiş baş həkimi

arrow Ətraflı
Daim gənc qalmağın sirri like
  • 10 Mar 21:30  
Digərləri Daim gənc qalmağın sirri

Gec yaşlanmaq üçün sağlam həyat tərzi sürmək vacibdir. Bunun üçün il

arrow Ətraflı
Almaniyada məktəb avtobusu tramvayla toqquşdu like
  • 10 Mar 21:28  
Dünya Almaniyada məktəb avtobusu tramvayla toqquşdu

Almaniyanın Münxen şəhərində məktəb avtobusu ilə tramvayın toqquşmas�

arrow Ətraflı
"Survivor"da kuryoz anlar: Adada qurulan evlər hökumət tərəfindən söküldü like
  • 10 Mar 21:24  
Digərləri "Survivor"da kuryoz anlar: Adada qurulan evlər hökumət tərəfindən söküldü

Dominikan Respublikasında çəkilən "Survivor" realiti-şousunda gö

arrow Ətraflı
Şimali Makedoniya Prezidenti Azərbaycana rəsmi səfərə gəlib  FOTO like
  • 10 Mar 21:23  
Siyasət Şimali Makedoniya Prezidenti Azərbaycana rəsmi səfərə gəlib FOTO

Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkova mart

arrow Ətraflı
Qukasyandan Qarabağda erməni dili ilə bağlı etiraf like
  • 10 Mar 21:13  
Siyasət Qukasyandan Qarabağda erməni dili ilə bağlı etiraf

Martın 10-da Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesin

arrow Ətraflı
Bakıda mənzillər bahalaşdı like
  • 10 Mar 21:12  
Digərləri Bakıda mənzillər bahalaşdı

Bu ilin fevral ayında Bakıda mənzillərin qiymətləri yanvar ayı ilə mü

arrow Ətraflı
Evdə sezar salatını necə hazırlamaq olar? like
  • 10 Mar 21:06  
Digərləri Evdə sezar salatını necə hazırlamaq olar?

Evdə Sezar salatı hazırlamaq üçün toyuq filesi, kahı, kruton (qızardılm

arrow Ətraflı