Elektrik enerjisinə sabit tarif gəlir Yeni sistem nələri dəyişəcək?
Digərləri 13 İyn 2025 14:31:00 91 0
Elektroenergetika sektorunda tarif tənzimləmələri istiqamətində sabit tarif tətbiq ediləcək.
Bu xəbəri də oxu: Turizm sektorunda yaradılmış əlavə dəyər 7 ildə 30% artıb Şöbə müdiri
Trend xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə olunan "Elektroenergetika haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Bildirilib ki, beynəlxalq təcrübədə elektrik enerjisinin tarif və qiymətlərinin tənzimlənməsi zamanı sabit tarifin tətbiqi halları mövcuddur.
Sabit tarifin əsas mahiyyəti şəbəkəyə qoşulan istehlakçıların sabit xərc şəklində aylıq müəyyən vəsait ödəməsindən ibarətdir. Sabit tarif istehlak miqdarı ilə bağlı deyil, istehlakçı kateqoriyasından asılı olmayaraq tətbiq edilir və paylayıcı sistem operatorunun müəyyən xərclərinin qarşılanması üçün istifadə olunur.
Qanun layihəsi sabit tarifi elektrik enerjisinin istehlak səviyyəsindən asılı olmayan sabit xarakterli xərclərin tənzimləyici tərəfindən müəyyənləşdirilən hissəsinin qarşılanması məqsədilə hər bir istehlakçı üzrə tətbiq olunan aylıq tarif elementi kimi təsbit edir.
Qanun layihəsində həmçinin sabit tarifin tətbiqi ilə bağlı elektrik enerjisi təchizatçısının və istehlakçının hüquq və vəzifələri, eləcə də sabit tarifin tətbiqindən irəli gələn məsələlər tənzimlənib.
Qanun layihəsi səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.
İyunun 13-də Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesi

Əməkdar artist Sevinc Əliyeva şəxsi həyatı barədə maraqlı etiraf edib.

İsrail İyunun 13-də İranın bir neçə şəhərini hədəfə alan ikinci dal

Sahibkarlıq fəaliyyətinə verilən icazələrin siyahısı genişləndirilir.

İyunun 14-ü gündüz Azərbaycanın şimal və qərb rayonlarından başlayara

Tanınmış psixoloq Samirə Bağırova açıqlaması ilə diqqət çəkib.

Avropa Şurasının baş katibi Alen Bersenin Ermənistana səfəri siyasi hadis

2028-ci il iyulun 1-dən qaz təchizatı sektorunda tənzimlənən qiymətlər (

İran prezidenti Məsud Pezeşkian İsrailin İrana hücumu ilə əlaqədar tezl

Sağlamlığın qorunması sahəsində vətəndaşların hüquqlarının pozulma

Xəbər verdiyimiz kimi, iyunun 13-də gecə saatlarında İsrail İranın bir s

Bakıda burun əməliyyatından sonra komaya düşən Nəzrin Mansurlunun ölüm

Bu ilin yanvar-aprel aylarında Azərbaycan iqtisadiyyatında muzdla çalışan
