Ermənistanın təcavüzkar siyasəti məhkəmə qarşısında Levon Mnatsakanyan etiraf etdi


Siyasət 13 İyn 2025 14:25:00 87 0

Ermənistanın təcavüzkar siyasəti məhkəmə qarşısında  Levon Mnatsakanyan etiraf etdi

İyunun 13-də Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Levon Mnatsakanyan prokurorun suallarını cavablandırarkən 2020-ci ildə 44 günlük müharibə zamanı qondarma qurumun "prezidenti" Arayik Harutyunyanın istəyi ilə bir neçə istiqamətdə olduğunu bildirib.

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, o, həmin vaxt heç bir vəzifə tutmadığını, təqaüddə olduğunu söyləyib.

A.Harutyunyan ona iki dəfə - oktyabrın 14-də və noyabrın 3-də, yaxud 4-də (dəqiq günü xatırlamır - red.) ona müraciət edərək təhlükəsizlik, mülki müdafiə işləri ilə əlaqədar yerli "hakimiyyət orqanları"na kömək etməyi və artilleriyanın vəziyyətini yoxlamağı istəyib. L.Mnatsakanyan da öz növbəsində qeyd olunanlarla bağlı Hadrut, Suqovuşan və digər istiqamətlərdə olub.

Bu zaman məhkəmədə növbəti sübut tədqiq olunub. 44 günlük müharibə zamanı çəkilmiş videokadrlarda Şuşakənddə məktəbin sinif otağında hərbi müşavirə keçirildiyi görünür.

Videokadrlarda Levon Mnatsakanyan da görünür.

Müşavirəni Samvel Babayan (qondarma rejimin keçmiş "müdafiə naziri", keçmiş "təhlükəsizlik şurasının katibi" - red.) keçirir. Videokadrlarda Azərbaycan hərbçilərinə qarşı hücum müzakirə edilir. Samvel Babayan bildirir ki, "orada xəritədə minalanmış sahə var, həmin o minalanmış sahə ilə keçməyin, partlayar". O, daha sonra deyir: "Sığnağın altı ilə oradan bura kilsə tərəf 1-1,5 kilometrdir. Oradan "karyer"lə yol var. Həmin yol bağlanmalıdır. Deməli, tapşırıq düşməni Şuşada mühasirəyə almaqdır. Bizim sabahkı fəaliyyətimiz bütün Qarabağın taleyini həll edəcək. Qarabağın taleyi bizim sabahkı fəaliyyətimizdən asılıdır. Qarabağın taleyi asılıdır. Nə dediyimi başa düşürsünüz...

...Kim hansı tapşırığı alırsa o tapşırığı da icra etməlidir. Yəni ki, biz düşmənin arxa yolunu, çıxışını bağlamalıyıq. Bizə lazım olan mövqeləri sürətli şəkildə tutmalıyıq. Səhər saat 6-da biz orda oluruq. Heç kim geçikmir. Otururuq 1 saat nəzarət edirik, baxırıq. Saat 7-də artıq yarılma başlayır. Artilleriya təxminən 15 dəqiqə işləyir. Çünki biz hücuma keçəcəyik. Bir-birimizi başa düşdük, bir-birimizi tapa biləcəyik? Telefonları, hər şeyi bir-birinizə vermisiniz?".

Sübutun tədqiqindən sonra Levon Mnatsakanyan prokurorun suallarını cavablandırarkən müşavirədəki müzakirlərdə iştirak etmədiyini iddia edib, səhəri günə planlaşdırılan hücumun baş tutmadığını bildirib.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.

"2 ayın gəlini olmuşam, dedi ki, uşağını at..." like
  • 13 İyn 14:20  
Şou-biznes "2 ayın gəlini olmuşam, dedi ki, uşağını at..."

Əməkdar artist Sevinc Əliyeva şəxsi həyatı barədə maraqlı etiraf edib.

arrow Ətraflı
İkinci dalğa başladı  İsrail İranın bu şəhərlərini bombalayır  VİDEO like
  • 13 İyn 14:11  
Dünya İkinci dalğa başladı İsrail İranın bu şəhərlərini bombalayır VİDEO

İsrail İyunun 13-də İranın bir neçə şəhərini hədəfə alan ikinci dal

arrow Ətraflı
Sahibkarlıq fəaliyyətinə verilən icazələrin siyahısı genişləndirilir like
  • 13 İyn 14:07  
Digərləri Sahibkarlıq fəaliyyətinə verilən icazələrin siyahısı genişləndirilir

Sahibkarlıq fəaliyyətinə verilən icazələrin siyahısı genişləndirilir.

arrow Ətraflı
Leysan olacaq, dolu düşəcək  XƏBƏRDARLIQ like
  • 13 İyn 14:05  
Digərləri Leysan olacaq, dolu düşəcək XƏBƏRDARLIQ

İyunun 14-ü gündüz Azərbaycanın şimal və qərb rayonlarından başlayara

arrow Ətraflı
Psixoloq Samirə bu sözlərinə görə QINANDI like
  • 13 İyn 14:00  
Digərləri Psixoloq Samirə bu sözlərinə görə QINANDI

Tanınmış psixoloq Samirə Bağırova açıqlaması ilə diqqət çəkib.

arrow Ətraflı
Avropa Şurası sülh istəyirsə, İrəvana diqqətlə baxsın like
  • 13 İyn 13:54  
Siyasət Avropa Şurası sülh istəyirsə, İrəvana diqqətlə baxsın

Avropa Şurasının baş katibi Alen Bersenin Ermənistana səfəri siyasi hadis

arrow Ətraflı
Qazın qiyməti dəyişir  Yeni tarif sistemi kimə necə təsir edəcək? like
  • 13 İyn 13:46  
Digərləri Qazın qiyməti dəyişir Yeni tarif sistemi kimə necə təsir edəcək?

2028-ci il iyulun 1-dən qaz təchizatı sektorunda tənzimlənən qiymətlər (

arrow Ətraflı
İranda internetə məhdudiyyət qoyuldu like
  • 13 İyn 13:40  
Dünya İranda internetə məhdudiyyət qoyuldu

İranda internet məhdudlaşdırılıb. 

arrow Ətraflı
İran prezidenti xalqa müraciət edəcək like
  • 13 İyn 13:35  
Digərləri İran prezidenti xalqa müraciət edəcək

İran prezidenti Məsud Pezeşkian İsrailin İrana hücumu ilə əlaqədar tezl

arrow Ətraflı
Səhiyyə sahəsində məsuliyyətsizlik halları üçün cərimələr artırıldı like
  • 13 İyn 13:31  
Digərləri Səhiyyə sahəsində məsuliyyətsizlik halları üçün cərimələr artırıldı

Sağlamlığın qorunması sahəsində vətəndaşların hüquqlarının pozulma

arrow Ətraflı
Prezident fərman imzaladı like
  • 13 İyn 13:30  
Siyasət Prezident fərman imzaladı

Prezident İlham Əliyev "Hərbi xidmətkeçmə haqqında" Əsasnamən

arrow Ətraflı
Yaxın Şərqdə müharibə havası  Azərbaycan iqtisadiyyatı necə təsirlənəcək? like
  • 13 İyn 13:20  
Siyasət Yaxın Şərqdə müharibə havası Azərbaycan iqtisadiyyatı necə təsirlənəcək?

Xəbər verdiyimiz kimi, iyunun 13-də gecə saatlarında İsrail İranın bir s

arrow Ətraflı
Nəzrinin ölümündə təqsirləndirilən Sənan Mehdiyev məhkəmə qarşısında like
  • 13 İyn 13:04  
Digərləri Nəzrinin ölümündə təqsirləndirilən Sənan Mehdiyev məhkəmə qarşısında

Bakıda burun əməliyyatından sonra komaya düşən Nəzrin Mansurlunun ölüm

arrow Ətraflı
Azərbaycanda orta aylıq əmək haqqı artdı like
  • 13 İyn 12:55  
Digərləri Azərbaycanda orta aylıq əmək haqqı artdı

Bu ilin yanvar-aprel aylarında Azərbaycan iqtisadiyyatında muzdla çalışan

arrow Ətraflı