Bakıda “Yer ünsürü”nə həsr olunmuş Azerbaijan Fashion Weekin 18ci mövsümü başa çatdı FOTO
Kriminal 05 İyn 2025 17:36:00 75 0
"Daş Salnamə Muzeyi"ndə Azerbaijan Fashion Week-in 18-ci mövsümü keçirildi. Tədbir təşkilində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında fəaliyyət göstərən YARADICI - Mədəni və Yaradıcılıq Sənayelərinin İnkişafı Mərkəzi iştirak etdi. AFW-in hər mövsümü təbiətin bir ünsürünə həsr olunur və bu yanaşma təkcə vizual deyil, həm də fəlsəfi bir konsepsiyaya çevrilir. Mövsüm mədəniyyət, moda və kimlik anlayışlarının vəhdətini ifadə edir. 2025-ci il mövsümünün mövzusu Yer ünsürü seçildi - dayanıqlılığın, dərinliyin və mirasın simvolu. Mövsümün sloqanı - "The Spirit of Stone" (Daşın Ruhu) - dizaynda təbii forma, struktur, material və daxili gücə diqqəti ön plana çəkir. Azerbaijan Fashion Week çərçivəsində yalnız podium nümayişləri deyil, həm də təhsil təşəbbüsləri, yaradıcılıq görüşləri və brendlərin kolleksiyalarını təqdim etdiyi showroom proqramı həyata keçirildi. Hyatt Regency Baku otelində keçirilən showroom-da yerli və beynəlxalq brendlərin işləri təqdim olundu. Showroom iştirakçıları arasında Octavio Pizarro (Fransa), Naiyl Baikuchukov (Qazaxıstan), Ianis Chamalidy, Leffers, Lilia Fisher, Yulia Kiseleva və EDGE (Rusiya) yer aldı. 24 may tarixində AFW podiumunda Naiyl Baikuchukov, Reve, Malique, Tsyhkovskyi və Aksona kimi dizaynerlər çıxış etdi. Həmçinin Menzer Zakizade Fashion School proqramının iştirakçılarının işləri nümayiş olundu. Bu kolleksiyalar həm dizaynerlərin fərdi estetik baxışını, həm də mövsümün ümumi əhval-ruhiyyəsini əks etdirdi. AFW-nın ilk gününü isə etnik yanaşması, ənənəvi formalar və sənətkarlıq texnikalarına olan diqqəti ilə tanınan Natavan brendinin kolleksiyası bağladı. Onun işləri milli irsi müasir estetikayla birləşdirərək kimlik və mənsubiyyətin dərinliyini vurğulayır - bu mövsümün mahiyyətini ən yaxşı ifadə edən təqdimatlardan biri oldu. Kolleksiya Cahangir Cahangirov adına xorun bənzərsiz müşayiəti ilə təqdim edildi. 25 may tarixində isə tanınmış beynəlxalq dizaynerlərin solo nümayişləri keçirildi. Podiumda Zemfira Jaffar Couture, Letters brendi, həmçinin mövsümün xüsusi qonaqları olan Octavio Pizarro (Paris) və Yanis Chamalidi (Sankt-Peterburq) öz kolleksiyalarını təqdim edəcəklər. Onların dizayna yanaşması - kütür texnikası, dərin mədəni kontekst və forma üzərində müasir düşüncənin harmoniyasıdır. Bu mövsümdə xüsusi diqqət təhsil proqramlarına yönəldi. YARADICI mərkəzinin dəstəyi ilə UNEC Dizayn Məktəbi, Mədəniyyət və İncəsənət Universiteti və gənc dizaynerlər üçün bir sıra mühazirə və ustad dərsləri təşkil olundu. Tədbirdə yerli və beynəlxalq mütəxəssislər - fotoqraflar, moda prodüserləri, stilistlər və sənaye ekspertləri, o cümlədən Adil Yusifov, Natavan Əliyeva, Nadejda Kojevnikova və Andrey Artonov öz təcrübələrini bölüşüblər. AFW-2025-in baş informasiya tərəfdaşı və nümayişlərin təşkilatçısı HELLO! jurnalına məxsusdur. Xüsusi dəvət olunmuş qonaq - top-model Vialina Lemann. 2015-ci ildən etibarən Azerbaijan Fashion Week Avropa, MDB və Asiyadan olan dizaynerləri, media nümayəndələrini və ekspertləri bir araya gətirən beynəlxalq mədəniyyət platforması statusunu qoruyur. Hər mövsüm yalnız estetik meyilləri əks etdirmir, eyni zamanda moda, mədəniyyət və kimlik arasında dialoq üçün real meydançaya çevrilir.
Bu xəbəri də oxu: “Balacalar üçün Sirk” adlı teatr tamaşası bütün ailəni sevindirəcək
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Son.az, Azernews.Az
Azərbaycan Dövlət Uşaq Filarmoniyasında Uşaqların Beynəlxalq Müdafiəsi

Bakı-Qazax sürət qatarının qiyməti məlum olub.

İstintaq Komitəsi Moskvadakı Yaroslavski dəmir yolu vağzalında saxlanmış

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) sərnişin məmnuniyyətinin t

ABŞ-nin Kiyevdəki səfirliyi son günlər Rusiya tərəfindən Ukraynaya qarş

"Ermənistanın baş naziri Nikol Paşinyanın kilsəyə qarşı sərt rito

ABŞ-nin Miçiqan ştatında yaşayan bir cütlük evliliklərinin 25-ci ildön�

Beynəlxalq Muğam Mərkəzində "Muğamat axşamı" konsertində Əm�

Xalq artisti Niyameddin Musayev yeni videosu ilə diqqət çəkib.

Dünyanın aparıcı elektron ticarət platformalarından biri və Türkiyənin

Pasiyentinin çılpaq videosunu paylaşan həkim barədə Səhiyyə Nazirliyinin

M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və O

Hindistanın Banqalor şəhərində kriket komandası "Royal Challengers Be
