Ölən şəxsi vəsiyyət etdiyi yerdə və formada dəfn etmək MƏCBURİDİR? – HÜQUQİ İZAH


Digərləri 09 Mar 2025 17:37:00 97 0

Ölən şəxsi vəsiyyət etdiyi yerdə və formada dəfn etmək MƏCBURİDİR? – HÜQUQİ İZAH

Artıq dünyanın bir çox ölkələrində insanlar özləri üçün dəfn yeri alır, onu tikir. Və hətta necə dəfn olunmaq istədiyini də bəyan edir. Bu məsələlər bir sıra xarici ölkələrdə müvafiq qanunvericiliklə tənzimlənir.

Bəs, Azərbaycan qanunvericiliyi bu barədə nə deyir?

Son.az xəbər verir ki, suala aydınlıq gətirən hüquqşünas Fuad Rüstəmli bizim.media-ya açıqlamasında bildirib ki, Mülki Məcəllədə dəfn və onunla əlaqəli prosedurlar barədə vərəsəlik hüququ sahəsində konkret münasibəti tənzimləyən maddi hüquq norması yoxdur:

"Lakin bunu qadağan edən maddi hüquq normaların da olmadığını nəzərə alsaq o zaman, şəxs hər bir halda istədiyi məzmunda vəsiyyətnamə tərtib edə bilər.

İnsan sağ ikən dəfn yeri və ya dəfn mərasimi ilə bağlı öz iradəsini yazılı və şifahi şəkildə ifadə edə bilər. Bundan əlavə, insanın öz iradəsini açıq şəkildə ifadə etməsinə də ehtiyac yoxdur. Əgər insanın sağ ikən davranışından və ya hadisələrə münasibətindən güman edilə bilən iradəsi müəyyən olunarsa, bunlar nəzərə alınmalıdır. Məsələn, əgər bir şəxs sağ ikən yaxın qohumunun dəfn olunduğu yerə "adamı da burda basdırarlarmı?" deyərək etiraz edibsə və ya doğma kəndində dəfn olunmaq istəmədiyini, məskunlaşdığı şəhərdə dəfn olunmaq istədiyini dəfələrlə səsləndiribsə, bu cür iradə bəyanı nəzərə alınmalıdır".

Ölmüş şəxsin vəsiyyətnaməsi icra olunmalıdır.

Müsahibimiz bildirib ki, şəxs sağlında vəsiyyətnamə tərtib edərək, onun icraçısını təyin edə bilər:

"Eyni zamanda dəfn yeri ilə bağlı başqa, dəfn mərasiminin təşkili ilə bağlı başqa, cənazə maşının təşkili ilə başqa icraçı təyin edə bilər. Mülki qanunvericiliyə əsasən miras qoyanın xüsusi xarakterli vəsiyyət sərəncamlarından biri vəsiyyət icraçısının təyin edilməsi adlanır.

Miras qoyanın vəsiyyətdə ifadə olunan iradəsini bir qayda olaraq, vəsiyyətnamə ilə təyin olunmuş vərəsələr həyata keçirirlər. Əgər vəsiyyətnamədə başqa sərəncam nəzərdə tutulmazsa, elə hesab edilir ki, bütün vərəsələr eyni dərəcədə, bərabər qaydada vəsiyyət sərəncamının yerinə yetirilməsinə çağırılıblar.

Bununla belə, vəsiyyət edənin hüququ var ki, o, vəsiyyətnamədə vəsiyyətin icrasını xüsusi şəxsə tapşırsın. Ölülərin sağ ikən bəyan edilmiş iradələri onların ölümündən sonra yerinə yetirilərsə, cəmiyyətin mənəvi mövqeyi yüksələ bilər.

Çünki belə iradəyə əməl etmək ölülərin ləyaqətinə hörmətdən xəbər verir. Ölülərin sağ ikən bəyan edilmiş iradələrinin ölümdən sonra yerinə yetirildiyini görən sağ insanlar ölümdən sonra onların da iradə və arzularına hörmət ediləcəyində əminlik tapa bilər".

Uşaq qidaları bahalaşır: Qiymət artımına nəzarət var? like
  • 09 Mar 17:33  
Digərləri Uşaq qidaları bahalaşır: Qiymət artımına nəzarət var?

Süni uşaq qidalarının qiymətlərində artım müşahidə edilir.

arrow Ətraflı
Gəlinin toydan sonrakı "hədiyyəsi" bəyi DƏLİ ETDİ like
  • 09 Mar 17:29  
Digərləri Gəlinin toydan sonrakı "hədiyyəsi" bəyi DƏLİ ETDİ

Hindistanın Uttar Pradeş ştatında qeyri-adi hadisə baş verib. Toydan cəmi

arrow Ətraflı
Hacıqabulda avtomobil aşdı: xəsarət alanlar var  Adlar like
  • 09 Mar 17:16  
Digərləri Hacıqabulda avtomobil aşdı: xəsarət alanlar var Adlar

Hacıqabul rayonu ərazisində minik avtomobilinin aşması ilə nəticələnən

arrow Ətraflı
DİNdən xəbərdarlıq  Təhlükəli sahələrə daxil olmayın! like
  • 09 Mar 17:13  
Digərləri DİNdən xəbərdarlıq Təhlükəli sahələrə daxil olmayın!

Daxili İşlər Nazirliyi (DİN) vətəndaşlara müraciət edib.

arrow Ətraflı
İlon Mask Ukraynada münaqişənin sona çatmasının əsas amilini açıqlayıb like
  • 09 Mar 17:09  
Dünya İlon Mask Ukraynada münaqişənin sona çatmasının əsas amilini açıqlayıb

Böyük yerli sahibkarlara qarşı sanksiyalar tətbiq olunarsa, Ukraynadakı m�

arrow Ətraflı
Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib like
  • 09 Mar 17:00  
Digərləri Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ötən həftə paylaşılmış

arrow Ətraflı
Suriyada vətəndaş müharibəsi yenidən BAŞLAYIR? like
  • 09 Mar 16:50  
Dünya Suriyada vətəndaş müharibəsi yenidən BAŞLAYIR?

Suriyanın sahil bölgələrində - Lazkiye və Tartus şəhərlərində şiddə

arrow Ətraflı
Lalə Məmmədova anası və qızı ilə obyektiv qarşısında like
  • 09 Mar 16:41  
Şou-biznes Lalə Məmmədova anası və qızı ilə obyektiv qarşısında

Əməkdar artist Lalə Məmmədova anası və qızı ilə obyektiv qarşısına

arrow Ətraflı
"Baxışı ən sərt qəlbləri yumşaldan..." like
  • 09 Mar 16:15  
Şou-biznes "Baxışı ən sərt qəlbləri yumşaldan..."

Xalq artisti Zülfiyyə Xanbabayeva qara geyimdə obyektiv qarşısına keçib.

arrow Ətraflı
Argentinada 7 metrlik yeni titanozavr növü kəşf edildi like
  • 09 Mar 15:55  
Digərləri Argentinada 7 metrlik yeni titanozavr növü kəşf edildi

Bir qrup paleontoloq Argentinanın geniş duzlu düzənliyinə yaxın ərazidə

arrow Ətraflı
KİV: PKK terror təşkilatı qurultay keçirəcək, özünü buraxacaq like
  • 09 Mar 15:52  
Dünya KİV: PKK terror təşkilatı qurultay keçirəcək, özünü buraxacaq

PKK terror təşkilatının yaxın bir ay ərzində qurultayı keçirəcəyi və

arrow Ətraflı
"Evdən işləmək müxtəlif psixoloji problemlərə yol açır"  Psixoloqdan AÇIQLAMA like
  • 09 Mar 15:46  
Digərləri "Evdən işləmək müxtəlif psixoloji problemlərə yol açır" Psixoloqdan AÇIQLAMA

"Həyatımızın tempinin hər zaman eyni olacağını gözləmək doğru y

arrow Ətraflı
Zəngilan, Cəbrayıl və Füzulidə buraxılış imtahanı keçirilib like
  • 09 Mar 15:40  
Digərləri Zəngilan, Cəbrayıl və Füzulidə buraxılış imtahanı keçirilib

09 mart 2025 - ci il tarixində işğaldan azad olunmuş Zəngilan, Cəbrayıl v

arrow Ətraflı
Aygün Kazımova çiçəklərə büründü like
  • 09 Mar 15:34  
Şou-biznes Aygün Kazımova çiçəklərə büründü

Xalq artisti Aygün Kazımova yeni fotosessiyasını izləyiciləri ilə bölü�

arrow Ətraflı